Ağdam rayonundan məcburi köçkün olan sahibkar Gülnarə Quliyeva Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinə baxmayaraq yaşadığı cəbhə xəttinə yaxın ərazidə kiçik mağazasında işləməyə davam edir.
müəlliflər
Ilkin Hasanov
Müəllifin materialları
Cəbhə Xəttində Qadın Sahibkarı
Sərsəng su ambarı Ağdərə rayonun ən böyük anbarıdır və Dağlıq Qarabağ müharibəsi bitdiyi vaxtdan Erməni hərbi qüvvələrinin nəzarəti altındadır. 1976-ci ildə istifadəyə verilən bu anbar, 6 Azərbaycan rayonunu – Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax, və Ağcəbədi- su ilə təmin edirdi. Müharibənin sonundan etibarən, yay aylarında su anbarından istifadə mümkünsüz olmuş və insanlar ən adi su ehtiyacını ödəməkdən məhrum qalmışdılar. Azərbaycan tərəfinin idarə etdiyi əraziyə su yayda məhdudlaşdırılır, qışda və payızda isə məhdudiyyət aradan qalıdırlır. Bu fəsillərdə isə kütləvi yağışlar və anbarın suyu daşqınlara səbəb olur. Bu vəziyyət 130 ailəni, ümümilikdə isə 500,000 sakinin təsərüfatına ziyan vurur. Fazil Bayramov onlardan biridir.
Susuz Torpaqlar, Çarəsiz İnsanlar
1983-cü ildə istifadəyə verlən Köçərli dəmiryolu stansiyası Qarabağ bölgəsində işğal altında olmayan sonuncu stansiyadır. Qarabağ münaqişəsi başlayana qədər bura Bakı-Xankəndi dəmir yolu xəttinin bir stansiyası kimi həm sərnişin, həm də yük daşınması məqsədilə istifadə olunub. 1994-cü ildən bəri Köçərli Bakidan Qarabağ bölgəsinə gedən dəmir yolu xəttinin axırıncı stansiyası kimi fəaliyyət göstərir və yalnız sərnişin daşınmasında istifadə olunur.
Köçərli: sonuncu stansiya
Həftənin hər bazar günü Avçalada, Tbilisi yerləşən krişna məbədinə bu dinin ardıcılları toplaşır. Onlar mühazirələrə qulaq asır, fikir mübadiləsi aparır və dua edirlər. Krişnaçıların arasında çoxlu azərbaycanlı var.