Arzunun sürdüyü avtobus uzaq Lənkərandan (Azərbaycan) Sumqayıta işləyən yeganə İkarus – dur. Bir zamanlar İkarus avtobusları lüks hesab olunsa da Sovet ittifaqi dağıldıqdan sonra sərnişinlər yeni avtobuslara üstünlük verməyə başladılar. Bütün sürücülər öz köhnə dostlarını, İkaruslarını tərk edib yeni avtobus əldə etməli oldular. Lakin Arzu bunu edə bilmədi – onun atası ona icazə vermədi və o, bu günə qədər də Arzunun yeni avtobus əldə etmək istəyinin əleyhinədir. Onun üçün dünyada İKARUS – dan yaxşı avtobus yoxdur. İndi, Arzu yeni avtobuslar arasında sağ qalmaq üçün öz tökülmüş avtobusunun qapılarını, digər sürücülərin daşəmaqdan imtina etdikləri hər kəsə və hər şeyə açıb. Amma o hələ də, bir gün nəhayət yeni avtobus əldə edəcəyi arzusu ilə yaşayır.