Rəy
06.14.2020
Üç il əvvəl çətin bir ürək əməliyyatından sonra xəstəxanada yatırdım. Bir gün tanımadığım bir qadın mənimlə əlaqə saxladı və internet vasitəsilə mənimçün piano çalmaq istədiyini dedi. Razılaşdım və biz yaxın dost olduq”, rejissor Rəşid Ağamalıyev qeyd edir.
"Zuleyha ilə dialoqlar" filmində müəllif musiqi terapiyası sənətinə səmimi bir səyahət edir. O, Züleyhanın musiqi ilə insanları necə müalicə etdiyini və şəxsən özünə bu müalicənin təsirlərini başa düşməyə çalışır.