buraxılış
Məqalə
Qısa sənədli film
Foto
Video
Özgələr
Yanvar / Fevral / 2021
Cənubi Qafqazda mənsubiyyət hər şeydir. Hər üç ölkəni təyin edən isti münasibətlər cəmiyyətin quruluşu ilə sıx şəkildə bağlıdır və bu münasibətlərin hüdudlarından kənarda qalanlara, “Özgəsi” deyə kateqorizə edilənlərə həyat çətin ola bilər.
Bir tərəfdən də dünyada “başqalaşdırma”, “özgələşdirmə“; bəzi sosial qrupları dehumanizasiya etmə, mənsub olanlar və olmayanlar arasında xətt çəkmə tendensiyası vüsət almaqdadır. Bu, Cənubi Qafqazdakı icmalara necə təsir edir?
Cəmiyyət evlərini itirənləri, kimliklərini dəyişdirənləri, fərqli bir sosial qrupda, fərqli bir yaşda, fərqli bir genderdə olanları, bullinqə məruz qalan və ya bir xəstəlikdən əziyyət çəkənləri necə təcrid edir? Cəmiyyətinizdəki, yan-yörənizdəki “özgələr” kimlərdir? Kimi özünüzdən görmürsünüz? “Özgələri”nə yaxınlaşmaq üçün körpüləri kim yıxır və ya qurur? Bu buraxılışda Chai Khana “Özgə” olmağın necə bir hiss olduğunu araşdıracaq.