Oxuduğunuz foto hekayə Chai Khana arxivinin bir hissəsidir. 2015–2025-ci illər arasında Chai Khana Cənubi Qafqaz ölkələrindən - Gürcüstan, Ermənistan və Azərbaycandan vizual hekayələr paylaşıb.
Avqustun 28-də Şəki şəhərində “Qafqaz Moto Festivalı” keçirildi. “Qafqaz Moto festivalı” həm Gənclərin moto festivalda necə əyləndiyi, motosikletlərə, kampinqə olan marağı və, gənc qızların cəmiyyətimiz üçün o qədər də xarakterik olmayan bir sahədə aktiv olub-olmamasını göstərdi.
Afaqın 22 yaşı var, Şəkidə suvenir mağazasında işləyir. “17, 19, 25 fərq etməz. Kim neçə yaşda istədisə, o vaxt da ailə qurur”. Afaqın sözlərinə görə, cənub bölgələrindən fərqli olaraq burada 17-18 yaşdan sonra ailər qurmayanlara “evdə qaldı” deyən olmur. Afaq da vaxtdan şikayətlənib, əylənməyə zamanın olmadığını deyir. “Amma vaxt olanda gedirik, ailə restoranlarında otura bilirik, kinoklub var şəhərdə, ora gedirik və ya hər hansı bir bayramda konsert olan zaman ora da gedirik”. Moto festivala gedəcəyini soruşduğumda nədənsə neqativ reaksiya verdi Afaq. Qənaətlərim məni yanıltmırsa, bir çoxlarının fikrinə görə, ora qızlar üçün tam arzuolunan yer deyil. Afaq həmçinin fotoda üzünün göstərilməsini də istəmədi.



Digər xanım baykerlərdən biri Ülfət Nəzərovada velosipeddən baykerlik mərhələsinə keçid Səlmidən fərqli olaraq daha çətin olub. Ülfətin də 26 yaşı var, onun sözlərinə görə, o, artıq iki ildir ki, motosiklet sürür: “Əslində, qardaşım həmişə motosikl almaq həvəsində olub. Mən də demək olar ki, onunla birgə oğlan kimi böyümüşəm. Belə hər zaman velosiped sürməyi çox sevmişəm. Qardaşımın motosikl almağında təşəbbüskar demək olar ki, mən olmuşam. Ona aldıqdan sonra mən də sürməyə başlamışam. Evdəkilər buna çox pis reaksiya verdi. Çox ağır günlər idi (gülür). Anamı yola gətirə bilmirdik. Bu çox vaxt aldı...” –deyən Ülfət motosikl aldıqdan bir ay sonra qardaşının qəzaya düşdüyünü dedi: “İşdən çıxdım ki, qardaşıma qulluq edim. O sağaldı, sonra 3-4 il sonra yenidən mövzu gündəmə qayıtdı, mən özümə motosikl almaq istədim. Təbii ki, evdə yenə söh-söhbətlər oldu. Qardaşım mənə dəstək oldu və motosikl hədiyyə etdi mənə”.
Toğrul Şəkidə rəqs müəllimidir. Onun sözlərinə görə, əsasən 14 yaşlı qızlar rəqsə gəlir, lakin 18-20 yaşdan sonra, onların sayı azalır.



Şəkidə doğulub boya-başa çatan, lakin illərdir ki, artıq Bakıda çalışan və yaşayan Leyla Qasımova da gənc qızların Şəkidə ailə adət-ənənələrindən danışdı: “Kəndlərdə deyə bilmərəm, ancaq Şəkinin özündə qızın ailəsi həmişə ona ailə qurmaqdan əvvəl ali təhsil verməyi özlərinə borc biliblər. Və ərə verdikləri şəxsin də ali təhsilli olmasının tərəfdarı olublar. Evlilik yaşına gəldikdə isə 23 yaşa qədər normaldır. Ancaq 23-dən sonra artıq qonum-qonşular “qızı nə vaxt verirsən? qızın hələ getmir?” deyə sorğu-suallara başlayırlar” deyən Leyla gülərək bu ay artıq 23 yaşının tamam olacağını da dedi.
