Köhnələrdən kim var?

18.04.23

70 yaşlı Eldar Tbilisinin tarixi məhəlləsində uçuq-sökük evində tək yaşayır. Onun məhəlləsi özəl bir tikinti şirkəti tərəfindən qismən sökülüb, qonşularının evləri isə otellərlə əvəz olunub. Eldarı yaxından tanıdıqca onun Tbilisi ilə bağlarının nə qədər dərin olduğunu və mövcud problemləri Sovet İttifaqının dağılması ilə necə əlaqələndirdiyini anlayırıq. Eldarın hekayəsi vasitəsilə biz həm də Tbilisinin etnik tərkibinin necə dəyişdiyini və onun nöqteyi-nəzərindən azərbaycanlı kimliyinin şəhərə necə təsir etdiyini kəşf edirik.



Film Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Jurnalistika və Media İdarəçiliyi üzrə magistr proqramında sənədli film istehsalı kursu çərçivəsində istehsal edilib.



Bu film Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Filmdə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.