Bu hekayə Sovet zamanında populyar olan sənətlərini müasir şəraitə uyğunlaşdırmağa və yeni mühitdə yaşamağa çalışan üç insan– dərzi, bərbər və misgər- haqqındadır. Hər üçü Azərbaycanın müxtəlif rayonlarından gələrək Bakıda məskunlaşıblar. Onların sənətlərinin yaxşı gəlir gətirdiyi,durğunluq yaşadığı və trendlərin dəyişdiyinə şahid olduğu zamanlar olub. İndi isə şəhər hazırki görünüşü qazanıb.
Dərzinin emalatxanası tezliklə tarix səifələrinə qarışacaq Təbriz Xaliq Rza oğlu küçəsində yerləşir. Bakının bu məhəlləsi yerində hündür binaların tikilməsi üçün intensiv şəkildə sökülür. Buna görə də¸ məhəllə sakinləri bu gün sabah köçəcəklər əhval ruhiyyəsində yaşayırlar. Bəlkə də emalatxananın görünüşünü bununla izah etmək olar.
Usta Rafael,55, köhnə dəri gödəkcəni yeniləyirdi. Onun balaca otağı köhnə məhşur Azərbaycan musiqilərinin sədalarına və qaynayan çayın səsinə bürünmüşdü.
Ağdamdan olan usta Rafael 1980-cı ildə Bakıya köçüb və elə o zamandan dərzi kimi işləyir. Onun babaları Ağdamda məhşur dərzilərdən idi və şəhər rəsmiləri üçün kostyumlar tikirdi. Onun babası öz sənətini onun atasına və üç qardaşına öyrədib.
Usta Rafael nə yeni və daha böyük emalatxanaya köçmək, nə də öz biznesini genişlənidrmək istəyir. O, balaca otağının romantik abu- havasını və radioda səslənən musiqini yüksəkdən oxumaqla öz köhnə müştərilərinə xidmət etməyi sevir. Müştərilərin bir çoxu ilə artiq dostlaşıblar. Buna baxmayaraq o, təəssüflə qeyd edir ki, muasir gənclərimizdə onun sənətini öyrənib davam etdirmək həvəsi yoxdur.
Öz sənətini iki oğluna öyrətməsinə baxmayaraq, heç birində dərzilik sənətini davam etdirmək istəyi yoxdur. “ Ancaq, əgər mənin sənətimi davam etdirmək istəyən oğlan nəvəm olsa,bu qayçı və tikiş maşını hələ yüz il də xidmət göstərə bilər”, o ümüdlə deyir.
“Əvvələr gənc qız və oğlanlar bura gəlib məndən onlara dərzilik öyrətməyi xahiş.edirdilər, lakin bu on il əvvəl idi”. İndi isə heç kim bu sənətə ciddi yanaşmır.
Usta Rafaelə görə dərzilik sənətində də mühüm dəyişikliklər olub. “Əvvəllər məhşur ustaların xüsusi alətləri vardı ki, Sovet dövründə tapılması olduqca çətin idi.
Usta Rafael öz qayçı, ütü və tikiş maşınını göstərək bildirir ki, bütün bunlar ona öz dayısından qalıb və bütün kariyerası boyu ona yoldaşlıq edib,
Usta Rafael deyir ki, indiki dərzilərdə işinə həvəs yoxdur. Bəlkə də onlar düşünür ki, bu sənətin onlara bir xeyri yoxdur.
"Insanlar mənə paltarlar gətirir və mən onlara baxıb,bunu kimin tikdiyini soruşuram, çünki iş bərbad olur. Mən onlara baxıb sadəcə başımı yelləyirəm”.
O, düşünür ki, həmin ustalarda öz işinə həvəs yoxdur.
"Onlar işlərinə çox vaxt sərf etməli və gördüyü işi sevməlidirlər. Ancaq bu halda yaxşı nəticə əldə edə bilərlər. Bəs onlar nə edirlər? Sadəcə bahalı bir yer icarəyə götürür, o yeri bahalı mebellərlə bəzəyir və sonra da müştəriyə ya mən bu işi görə bilmərəm, yada maşın bu tip işləri icra edə bilmir.deyirlər. İndi yaxşı dərzi çox azdır, dəri məmulatları ilə işləyən isə lap azdır”, usta Rafael narahatlıqla bildirir.
Usta Rafaelin təmir elədiyi açıq çəhrayı məktəbli çantası istisna olmaqla, otaqdakı hər şey-onun alətləri, musiqi, çay fincanları- başqa dövrə aid idi. O, əsl baba kimi, hətta gələn qonaqla sağollaşarkən ona konfet də verdi.
Dərzi dükanının yaxınlığında Sovet dövrünü xatırladan bir bərbərxana var. Məkanın köhnə iri pəncərələrindən içəridə nələr olduğunu aydın şəkildə görmək mümkundür. Məkanda demək olar ki heç bir dəyişiklik olmamışdır. Sonradan, bərbərxanda Sovet dövründən bu yana heç bir yeniliyin olmadığını usta özü də təsdiqlədi.
Dərzi dükanının yaxınlığında Sovet dövrünü xatırladan bir bərbərxana var.Məkanın köhnə iri pəncərələrindən içəridə nələr olduğunu aydın şəkildə görmək mümkundür. Məkanda demək olar ki heç bir dəyişiklik olmamışdır. Sonradan, bərbərxanda Sovet dövründən bu yana heç bir yeniliyin olmadığını usta özü də təsdiqlədi.
Usta Zeynur öz müştərisinin saçını kəsməyə hazırlaşırdı. Onlar 30 ildən çoxdur ki dostdular. Onlar bir-birini o qədər yaxşı tanıyır ki, müştəri Usta Zeynura saçını hansı formada kəsdirmək lazım olduğunu belə deməyə ehtiyac görmədi. Usta Zeynur da ona müştəri deməyi sevmir, ona “dost” deyir.
“Mən onun toyunda da saçını qaydaya salıb gəlini gətirməyə göndərmişdim. Elə o vaxtdan bir- birimizin ailə üzvlərinin toyunda iştirak edirik”, usta Zeynur deyir. “Onda mənim saçım uzun idi”, dostu gülərək deyir.
O, 40 ilə yaxındır ki bərbər işləyir və bunun 26 ili “ZAnbaq” adlanan bu salonda keçib. 20 yaşında Usta Zeynur bərbər olmağa qərar verir. Ondan əvvəl ailəsində heç vaxt saç ustası olmayıb. “ Bu sənətdir, mən başqa peşənin sahibi olmaq istəməzdim. Hətta hərbi xidmətdə də mən bu işi görürdüm”, Usta deyir.
Usta Zeynur peşəsinə təzə başladığı zamanlardan danışır.” O vaxtlar Bakı çoxmillətli şəhər idi, mən erməni, yəhudi, tatar millətinin nümayəndələri ilə birlikdə işləyirdim. Onun sözlərinə görə onlar hamısı çox yaxşı ustalar idi və bir- birinə çox şey öyrədirdi.
Usta Zeynurun sevimli işi onun həyatının ayrılmaz hissəsidir. O, çox işləyir və evdə olanda istrahətini elə təşkil edir ki, yeni günə daha gümrah olsun.
Bütün günü ayaq üstündə durmaq çətindir. Ayaqları suya qoyub uzadıb istrahət etdirmək kimi xüsusi rituallar var.
Həyatında ən mühüm şey nədir? “ Sözsüz ki, nəvələrim”, o deyir, və üzündəki dəqiq və ciddi ifadə mülayimləşir.”Bəzən Balakənə gedirəm, ordakı bağımızda işləyirəm və vaxtımı ailəm ilə keçirməyə çalışıram”.
Novruz bayramı ərəfəsində, 84 yaşlı Usta Kişiağa olduqca həyəcanlıdır. O, ailəsini görməyə Azərbaycanın İsmayıllı rayonunun kəndlərindən biri olan və əsasən misgərlik sənəti ilə məhşur olan Lahıca gedəcək.
Usta Kişiağa misgərlik sənəti ilə məşqul olan ailəninin nümayəndəsidir. Onun ailəsində hər kəs misgərliklə məşquldur, o özü isə bu sənətə 8 yaşında yiyələnməyə başlayıb.
“Uşaqlarim mənə deyir ki, artıq işləməməliyəm. Bilirəm ki,5 gün işləməsəm xəstə düşəcəm” bu düşüncə onun həyat devizidir.
1991-ci ildə daha əlverişli şərait olduğu üçün Bakıya köçür. O vaxtlar xarici vətəndaşlar Azərbaycana təzə- təzə gəlməyə başlamışdılar və mis əşyalar onlara maraqlı gəlirdi. Lakin Lahıca tez-tez gəlmirdilər.
Sonradan bir çox jurnallar Lahıcın şəkillərini nəşr etdi,indi isə bütün turistlər Lahica gedir. Ona görə də ora geri qayıtmaq pis fikir deyil.
Usta Kişıağanın Təzə Bazarda emalatxanası var. Təzə Bazar Bakının mərkəzində yerləşir və orada istədioyin hər şeyi tapmaq mümkündür.
O bütün zamanını burada 15 yaşlı tələbəsi ilə birlikdə keçirir. Demək olar ki, misdən antik samavardan qızların cehizi üçün hədiyyəyə qədər hər şey düzəldə bilir.
Ustanın sözlərinə görə misgərlik sənətinin üç əsas problem var. Hər şeydən əvvəl böyük cehiz vermək və mis əşya toplamaq adətləri yavaş-yavaş sıradan çıxır. İndi insanlar balaca evlərdə yaşayır və mis əşyaları saxlayacağı ehtiyat anbarları yoxdur. İndi çoxları Türkiyə, İran, Çin istehsalı olan müasir mətbəx mebellərinə üstünlük verir. İkinci problem isə, xammal almaq günü-gündən bahalaşır və çətinləşir.
Sovet dövründə ustanın xammal almaq və bahalıqla bağlı narahatçılığı yox idi. İndi isə bu xammal ya Moskva, ya da Tuladan gəlir ki, bu da öz növbəsində olduqca baha başa gəlir. Hətta köhnə mis qabları materiala çevirib yenidǝn istifadə etmək daha sərfəli olur.
Üçüncü problem isə odur ki, bütün qalayçılar diş texniki olub və yaxşı mütəxəssis tapmaq çətinləşib.
Bütün bunlara baxmayaraq Usta Kişiağa düşünür ki, bu sənətə olan tələbat və maraq azalsa da,onu qiymətləndirənlər həmişə tapılacaq. Məsələn, ölkədə un məmulatları biznesi inkişaf edir və paxlava bişirməyə mis sinilər lazım olur.
Digər tərəfdən, xarici turistlərin xırda ölçüǀü, mis ev əşyalarına marağı böyükdür. Usta misgərlik sənətinin gələcəyinə inanır, öz nəvələrinə və Lahıcda işləyən 16 yaşlı köməkçisinə də bu sənəti öyrədir.