Oxuduğunuz foto hekayə Chai Khana arxivinin bir hissəsidir. 2015–2025-ci illər arasında Chai Khana Cənubi Qafqaz ölkələrindən - Gürcüstan, Ermənistan və Azərbaycandan vizual hekayələr paylaşıb.
Biləcəri Deposunun ərazisində, hər gün mazut, neft, qaz daşınan qatarların arasında özlərinə yarı taxta,yarı dəmirdən daxma quran təxminən 25 ailə yaşayır.
Əksəriyyəti Zəngilan və Cəbrayıl rayonundan olan bu məcburi köçkün ailələri Depo ərazisində Qarabağ müharibəsindən sonra, 93-94-cü illərdə məskunlaşıblar.
Zəif işıqları, çatlamış divarları, uçuq sökük qapı-bacası olan daxmaların hər iki tərəfində günün fərqli saatlarından vaqonlarda yanacaq daşınır. İnsan həyatı üçün yetərincə təhlükəli məkanda yaşadıqları halda, sakinlərin dediyinə görə 23 ildə onların taleyi ilə maraqlanan olmayıb.
Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.