Ailəmin Sovet Albomu
Atalar və Oğullar əsərində, rus yazıçısı İvan Turqenyev, Nikolay və onun oğlu Arkadinın simasında iki nəsil arasında böyüyən ziddiyyəti təsvir edir. Nikolay liberal şəhər Sankt –Peterburqda təhsil alıb kəndə qayıdan oğlu Arkadinin fikirlərini anlamır və qəbul etmək istəmir. Onun təsvir etdiyi dövr 1862 - ci ildi, lakin eyni vəziyyət 2017-ci ildə də var.
Mən Turqenyevin təsvir etdiyi Arkadiyəm. 2015-ci ildə xaricdə oxuduğum müddət ərzində, ayda iki –üç dəfə doğma Sumqayıta qayıdanda, anlayırdım ki, dünya dəyişsə də atamın dünyasında heç nə dəyişmir. Biz iki ayrı dövrün nümayəndələriyik. O, Sovet dövrünün stabilliyinin tərəfdarı, mən - onun 29 yaşlı qızı isə söz azadlığı, insan hüquqları və buna bənzər demokratik dəyərlərin tərəfdarıyam.
“SSSR-i mənim vətənim idi. Mən o dövrün geri qayıtmasını istəyirəm” – o, deyinir. Mən o qadağalar və represiyyalar dövrü üçün necə darıxmaq mümkün olduğunu təsəvvür edə bilmirəm. Mənə o dövrün ağ-qara şəkillərindən ibarət ailə albomunu göstərirdilər, lakin hər kəsin və hər şeyin bir-birinə bənzədiyi o dövrün şəkilləri mənə maraqli gəlmirdi.
2017-ci ilin yanvar ayına qədər, daha dəqiq yeni ildən sonra mən evdə idim və valideyinlərimin albomuna baxmağa qərar verdim, düşündüm ki, bəlkə az da olsa Sovet nostalgiyasına anlaya bildim. Sovet dövründəki həyat haqqında heç də inandiricı olmayan hekayələri güman ki, gələcək nəsil də eşidəcək, lakin onda Sovetlər Birliyi yaddaşlarda deyil, tarix kitablarının səifələrində olacaq.
Mən uzun zamandır baxılmayan üstü tozlanmış albomu götürdüm. Valideyinlərimin hər ikisinin ayrı şəxsi albomu var.
Anam Gülnarə Seyidova 1964-cü ildə - Brejniyevin hakimiyyətdə olduğu zamanda dünyaya gəlib. Bu dövr iqtisadi və sosial durğunluq dövrü kimi xarakterizə olunur. Atam Azər Əliyev isə, 1959 –cu ildə Stalin rejiminin qadağalarının yumuşadığı “Mülayimləşmə” kimi tanınan dövrdə dünyaya gəlib. Bir çox şəkillər 1980-ci ilə qədər davam edən durğunluq dövrünə təsadüf edir. Bu dövrü bir çoxları “inkişaf etmiş sosializm” adlandırır.
Atamın albomunu vərəqlədim, hərbi qulluqda olduğu illərin şəkillərinə baxdım. Sovet Ordusunda xidmət etmək böyük bir şərəf idi. Dövlətin inteqrasiya və miqrasiya siyasətinə uyğun olaraq əsgərlər SSSR-nin istənilən ölkəsinə göndərilə bilərdi. İki illik məcburi hərbi xidmətdən sonra 1978-ci ildə ona xidmət etdiyi Qazaxıstanda qalmaq və işləmək təklif olunur. Lakin bu xəbər atamın ailəsinin qulağına çatanda ona teleqram göndərib təcili olaraq Azərbaycana gəlməyi istənilir. Ona qohumlardan birinin ağır xəstə olduğu deyilir. Əlbəttə ki, bu onu Azərbaycana qaytarmaq üçün hazırlanmış yalan idi. Mənim atam Qazaxıstanı tərk edir və Sumqayıta gəlir. Burada o, boru zavodunda işə düzəlir. Atam burada doğulur burada anamla qarşılaşır və 1982-ci ildə onlar evlənir. 1984-cü ilə mənim bacım dünyaya gəlir, üç il sonra isə mən doğuluram. Bizim üçün də yeni sovet albomu hazırlanır. Albomları əlimə alanda bir şeyi düşünürdüm: bu şəkillər o dövrü necə işıqlandıra bilər, mənim üçün o dövr repressiya, və şəxsi düşüncənin yox olduğu zaman kəsiyi idi.
Nəyə görə o vaxt üçün belə darixirlar? Bəlkə o dövrün stabilliyi və günlük həyatlarında heç bir sürprizlə qarşılaşmadıqları üçün? Bəlkə sabaha olan inam? Bəlkə də heç vaxt ölkələrinin müstəqilliyini görmədikləri üçün?
ianə verin