Azərbaycan kimi dini dözümlülüyün və mültikulturalizmin rəsmi şəkildə dəstəkləndiyi bir ölkədə Bəhai inancı elə də qəribə görünməyə bilər- bu məhzəbin ardıcılları Məhəmməd, İsa, Musa, Budda, Krişna və Zərdüştü Allahın göndərdiyi elçilər kimi qəbul edir.
Onlar bütün irq və inancların bərabərliyini müdafiə edir. Və öz dediklərinə görə, siyasətdən fərqli olaraq onların istəyi sülhdür.
Azərbaycanlı bəhailərin sayı nəzərəçarpacaq qədər çox deyil. Dəqiqi rəqəmlər olmasa da, Bəhailərin nümayəndəsi 2016 cı ildə onların sayının 1000 nəfər olduğunu deyir. Bu isə 9.9 milyon əhalisi olan Azərbaycanın heç mində bir faizi də deyir.
Bu cəmiyyətin əsası 1844 cü ildə qonşu İranda qoyulur. Sovet dövründə Azərbaycanlı bahailər öz dinlərini gizli şəkildə yaşatmağa çalışsalar da, 1991 –ci ildən sonra bu məhzəb yenidən canlandı.
Eyni şeyləri 27 yaşlı fotoqraf Elturan Məmmədovun da ailəsi yaşayıb.
“Atam bəhailiyi qəbul edəndə mənim 11yada 12 yaşım vardı. Əlbəttə bundan əvvəl o müsəlman idi”, Məmmədov deyir. O, Bakının 30 km şimalında yerləşən və bir zamanlar sənaye şəhəri sayılan Sumqayıtda kafe işlədir. Bu şəhərdə rəsmi olaraq qeydiyyatdan keçən iki bəhai icması var.
Şiə məhzəbinin üstünlük təşkil etdiyi bir cəmiyyətdə bəhaili qəbul etmək asan olmayıb. Məmmədovun anası əvvəlcə buna qəti qarşı olub. Onun atası əvvəlcə şiə və bəhai məhzəblərinin nümayəndələrini müşahidə edərək, hər iki məhzəbin fikirlərini birləşdirmiş və öz mənəvi dünyasını qurmuşdur.
Özünün dediyinə görə Məmmədov yeniyetmə vaxtlarında din seçimi barəsində qərarsız olub. Lakin, Bəhailərin dərslərinə gedib, orada uşaqlara ədələt, sevgi və mərhəmət kimi hisslərin aşılandığını gördükdən sonra fikirləri qətiləşib. “O günə qədər heç kim mənə insani dəyərlər barədə danışmamışdı”, o deyir.
ABŞ və beynəlxaq təşkilatlar Azərbaycanda dini azadlıqların vəziyyətini tənqid etsə də, yerli bəhailər hökümətin onların dinini sıxışdırdığını düşünmür. Lakin, əlbəttə, onların da üzləşdikləri müəyyən çətinliklər var. Məsələn, Naxçıvan Muxtar Respublikasında bəhailik məhzəbi qəbul edilmir və onun ardıcılları daimi təyziqə məruz qalır.
2012-ci ildə Bakı şəhər İcra hakimiyyəti 19 –cu əsrdən qalan Bəhailiyin mənəvi lideri Həzrət Abdul Bəhainin adını daşıyan ibadət yerini, şəhərsalma işləri çərçivəsində söküb. Dindarların bütün şikayətlərinə baxmayaraq, rəsmilər binanın yenidən bərpa edilib bəhai icmasına verilməsinin mümkünsüz olduğunu bildirib, Bəhai tarixini araşdıran Ramazan Əsgərli deyir.
Bəhai icmasının ən böyük arzusu öz ibadət evlərinin olmasıdır. “ Ölkədə multikulturalizm və dözümlülük siyasətinin aparıldığı bir dövrdə biz bu istəyimizə tezliklə çatacağımıza ümid edirik. Ümidvarıq ki, hökümət bizə kömək edəcək”, dindar və psixoloq Ələsgərli deyir
“Əgər hökümət dağıdılmış binamızın yerinə yeni bina tikmək üçün tormaq sahəsi versə bu problem həll olar”
Hökümət isə bunün mümkünsüz olduğun bildirir. Görüşlər əvvəlcən planlaşdırılmadan inanclı insanların evində və istənilən başqa məkanda baş tutur.
Bununla bərabər Məmmədov kimi digər inanclı bahailər öz inanclarında qalmaqda davam edir. Onlar “sevgi minarəsi” üçün dua edir.
ianə verin