“İnteqrasiya dildən başlayır”

Müəlli̇f: Nurana Mammad
16.05.17
Buraxılış: Müxtəliflik

Azərbaycanda yaşayan etnik gürcü Temur Sukaşvili autsayder olmağın nə demək olduğunu yaxşı başa düşür. Buna görə də ona Gürcüstandakı etnik azərbaycanlıların orta məktəbində gürcü dərsi demək təklifini tərəddütsüz qəbul edir.

“İnteqrasiya dildən başlayır,” o deyir.

28 yaşlı Suxaşvili özü azərbaycanda yaşayan etnik gürcü kimi, Gürcüstanda yaşayan etnik azərbaycanlıların ehtiyaclarını və Gürcü cəmiyyətinin bir parçası olmaq üçün hansı çətinliklərlə üzləşdiyini yaxşı anlayır.

Məhz bu çətinliklərlə mübarizə aparmağa kömək etmək istəyi  onun müəllim olmaq qərarına təsir edib.

Azərbaycanın  şimal qərbindəki Qax rayonundan olan Suxaşvili danışıq səviyyəsində azərbaycan dilini bilir. Evdə isə ancaq gürcü dilində danışır.

Universitetə hazırlaşdığı vaxt o, anlayır ki, azərbaycan dili bilikləri kifayət qədər deyil. O bildirir ki, doğma Əlibəyli kəndində oxuduğu gürcü dilli məktəbdə təhsil səviyyəsi elə də yüksək deyildi.

Azərbaycan rəsmiləri iddia edir ki, ölkədə yaşayan 9900 min etnik gürcülərin demək olar ki hamısı Azərbaycan dilində rahat danışır.

Lakin, reallıq fərqlidir. Azərbaycanda etnik gürcülərin Azərbaycan ictimai həyatına inteqrasiya etməsi və azərbaycan dilinin daha yaxşı öyrənilməsi üçün dövlət proqramları yoxdur.

 

Marneulinin 2 nömrəli məktəbindəki 5-ci sinif etnik azərbaycanlı şagirdləri, tələbə adını qazana bilmək və yaxşı işlə təmin olunmaq üçün gürcü dilini öyrənir
Gürcüstanın dövlət dilinin öyrənilməsi qızların gələcəyi üçün daha əhəmiyyətlidir. Gürcüstan ombudsman ofisindən verilən məlumata görə, Marneulinin yerləşdiyi Kvemo Kartli reqionunda qızların erkən yaşda evləndirilməsi kimi ciddi problem var.
Son on illikdə başqa dillərdə təhsil verən məktəblərin sayı azalsa da Marneuli regionunda Azərbaycan dili əsas dil olaraq qalır.
Gürcü dilinin müxtəlif səviyyələrdə bilinməsi, gürcü məktəblərinin etnik mənsubiyyətə görə ayrılması deməkdir. Temur Suxaşvili kimi müəllimlər bu cür halların azalması üçün çalışır.

“Dil biliyim az olduğu üçün öz ölkəmdə təhsilimi davam etdirə bilmədim” Suxaşvili bildirir. (Azərbaycan ali məktəblərindəki təhsil azəri, rus və İnglis dillərindədir)

“İstəməsəm də ölkəmi tərk etməli oldum”

Başqa etnik gürcülər kimi, Suxaşvili də Gürcüstanın paytaxtı Tbilisiyə oxumağa gedir.

Qafqaz Universitetində  maqistr dərəcəsi aldıqdan sonra Suxaşvili Gürcüstandakı dövlət proqramına qoşulur. Proqramın əsas vəzifəsi müəllimləri  gürcücəni ikinci dil kimi tədris etmək üçün reqionlara göndərməkdir.

Son dörd ildə o, Gürcüstanın cənubunda, Ermənistan və Azərbaycan sərhədlərinə yaxın yerləşən və əsasən azərbaycanlıların məskunlaşdığı Marneuli şəhərindəki məktəblərdə gürcü dilini tədris edir. Bununla da o, etnik azərbaycanlılara dil maneəsini aşmağa kömək edir.

Gürcüstan əhalisinin 6.3 faizini təşkil edən azərbaycanlılar ölkənin en böyük etnik qrupudur. Lakin, başqa etnik azlıqlar kimi onların da gürcü dilini bilmədən təhsil almaq və yaxşı iş tapmaq imkanları məhduddur.

 

Gənclər arasında gürcü dilinin öyrənilməsinə həvəs yaratmaq üçün 2016-ci ildə “Gürcü dili günü” tədbiri elan edildi. Bu tədbirdə yerli gənclər iştirak edə bilər.
Gürcüstan hökümətinin istifadə edilən kitabları azərbaycan dilinə tərcümə etməsinə baxmayaraq, yerli müəllimlər kitabların olduqca keyfiyyətsiz olduğundan şikayətlənir. Tərcümə edilmiş kitablar yerinə, onlar Azərbaycandan gələn kitablardan istifadə edirlər.
Gənclərə gürcü dilini öyrənməyə kömək etmək üçün, hökümət gürcü dili dərslərinin verildiyi mədəniyyət evi açıb.

Ölkəni bölən iki konfliktin olduğunu nəzərə alsaq, bu icmaların özünü Gürcüstanın bir hissəsi kimi hiss etməsi olduqca vacibdir. Hökümət beynəlxalq ictimaiyyət və gürcüstan vətəndaş cəmiyyətinin köməyi ilə azlıqlar üçün təkcə dil proqramları təşkil etməklə kifayətlənməyərək, həm də onların Gürcüstan universitetlərində təhsil almasını sürətləndirən proqramlar hazırladı. İştirakçılar 4 illik üniversitetin birinci ilində gürcü dili öyrənirlər.

Proqramın qiymətləndirilməsi müxtəlif olsa da, Suxaşviliyə görə onun şagirdləri əsl uğur göstəricisidir.

O, Marneulinin 2 nömrəli məktəbinin 5–ci sinifinə daxil olanda uşaqlar onu gürcücə salamlayır –“ Qamarjoba”.

Dərsdən sonra Suxaşvili öz şagirdləri ilə futbol oynayır və ya onları şəhər kənarəna gəzməyə aparır. O, düşünür ki, birgə vaxt keçirməklə onlarda gürcü dilinə daha çox maraq yaradır.

Məktəb yalnız imtahanlardan keçmək deyil,” o deyir.

“Yaxşı olar ki, Azərbaycan höküməti də milli azlıqlar üçün buna bənzər proqramlar həyata keçirsin”, o əlavə edir.  Azərbaycan hökümətindən bu mövzuyla bağlı rəy almaq mümkün olmadı

Bununla yanaşı o, şagirdlərinin çoxunun gürcü dilini öyrənməyə marağı olmadığından şikayətlənir.

“Məktəbi qurtardıqdan sonra Azərbaycana gedib təhsillərini orda davam etdirmək istəyirlər. Bunu görmək məni kədərləndirir” – Suvaşvili deyir.

Öz keçmişində də oxşar vəziyyət olduğu üçün, o uşaqları anlamağa çalışır.

“Etnik kimliyindən aslı olmayaraq, insan öz ölkəsində özünü yad hiss etməməlidir”, o əlavə edir.  



“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin