Azərbaycan saxurlarının dili təhlükə altındadır

Müəlli̇f: Lalə Əliyeva

19.05.17
Buraxılış: Müxtəliflik

57 yaşlı, kiçik biznes sahibi olan Cuma İsakovun ana dili təhlükə altındadır. Və o, qorxur ki, dil ilə bərabər bütün mədəniyyəti də məhv ola bilər.

Rusiyanın Dağıstan respublikasında  doğulan etnik saxur İsakovun  8 yaşı olanda ailəsi daha yaxşı həyat və münbit torpaq axtarışında qonşu Azərbaycana köçürlər.

Onlar ana dilləri saxur dilini də özləri ilə gətirir.

YUNESKO-nun hesablamalarına görə bu gün dünyada 25,000 insan saxur dilində danışır. Saxur dili Şimali Qafqaz dillərinin ləzgi qrupuna daxildir. Bu dil birmənali şəkildə “təhlükə altında” olan dillərdən sayılır. Artıq heç bir uşaq ana dili kimi saxur dilini öyrənmir.

Baxmayaraq k, İsakov özü saxur dilində sərbəst danışır, hətta öz xanımı Gülzar, 58, ilə də söhbət edərkən şaxur dilində sözlərdən istifadə edir, onların üç qızı ata –anası ilə doğma dillərində danışa bilmir. İsakovun uşaqları saxur dilini nənələrinə qulaq asaraq öyrəniblər. Lakin, onların musiqi müəlliməsi olan  28 yaşlı qızı Nabat deyir ki, saxur dili  olduqca çətindir və danışmaq demək olar ki mümkün deyil. Evdə ailə əsasən azərbaycan dilində danışır.

Azərbaycanın şimal –qərbində yerləşən Zaqatalaya səfər edərkən müxtəlif dillərdə danışan insanlar görmək olduqca təbii haldır. Bu bölgədə 16 müxtəlif etnik azlıq yaşayır. 

Cuma İsakov və onun 28 yaşlı Nabat Saxurların dini baxışlarını müzakirə edir. İsakov deyir ki, onun nənəsi olduqca dindar idi və müntəzəm olaraq namaz və ibadətlərini yerinə yetirir. Azərbaycanlıların çoxu islamın şiə mənsəbinə inansa da, saxurlar sünnidirlər.
Nabat İsakova ailə üçün yemək bişirir.
İsakov ailəsinin ən gənc üzvü 15 yaşlı Nazlı yerli futbol komandasında oynayır.

Dağıstandan köçmə olan saxurların sayı 12,300 nəfərdir. Onlar 19 –cu əsrdə Azərbaycana gəliblər. Şeyx Şamil Çar Rusiyasının Şimali Qafqazı işğal etməsinə qarşı mübarizə aparmışdır. Saxurlar  ölkənin cənubuna doğru sıxışdırılmağa başlanılmış, beləliklə onlar Rusiyanın idarəçiliyində olan Azərbaycana yerləşmişdilər. Onlar əsasən Zaqatala, Şəki və Qax ərazilərində məskunlaşırlar.

Bu köklərə baxmayaraq, İsakov ildən ilə dillərinin yox olub getdiyindən narahatdır. Zaqatala rayonunun inzibati mərkəzi olan Zaqatala şəhərindəki gənclər məktəbdə Saxur dili öyrənmirlər və evdə əsasən azərbaycanca danışırlar.

Azərcaycan dilindən başqa bu reqionun ikinci ən çox istifadə olunan dili rus dilidir. İsakovların evində Rus TV kanallarına baxılır.  20 yaşlı milliyətcə avar olan taksi sürücüsü deyir ki, kişilərin Rusiya"ya axını nəticəsində “ evdə toyuq başı kəsməyə kişi qalmayıb”.

“ Hamı Rusiyadadır”, o deyir.  “Buna görə də yerli gənclər azərbaycan dili yerinə rus dilində təhsil almağa üstünlük verir.”

Rus dili biliyi onlara daha yaxşı maaş vəd etdiyi üçün valideyinlər öz uşaqlarını Zaqatalanın yeganə  Rus dilində təhsil verən məktəbinə göndərirlər.

İsakovun öz uşaqları da Rus dilində oxuyub, lakin son iki övladı 1990- cı illərin ortalarında  Azərbaycanda milliyətçilik ruhunun yüksəldiyi bir vaxtda məktəb yaşlarına gəldiyi üçün, azərbaycan dilində təhsil verən məktəbə gediblər.

 

Gülzar İsakova mətbəxtdə əsasən Zaqatala bölgəsində yeyilən maqara ( “günəş”) bişirir
58 yaşlı Gülzar İsakova təsviri incəsənət müəllimidir

Zaqatala şəhərinin 21 km  cənubunda məskunlaşan saxurların gələcəyi fərqli görünür. Suvagil ümümtəhsil məktəbində saxur dili  1993-cü ildə prezidentin bütün etnik azlıqların dillərinin “mühafizə və inkişafı” haqqında qanunundan bu günümüzə qədər tədris olunur.

Xarici dil kimi tədris olunan saxur dili, azərbaycan məktəblərində əsas fənlərdəndir. Tədris həftədə bir dəfə olur. ( Chai-khana Təhsil nazirliyindən icazəsi olmadığına görə saxur dili dərslərində iştirak edə bilmədi)

“Saxur dilini mükəmməl bilən hər kəs bu məktəbdə müəllim ola bilər” məktəb direktoru  Əbdurəhman Sultanov deyir.

O bu sahədə hər hansısa bir problemin olduğunu düşünmür. Suvagildə məskunlaşan 5,000 saxur həm evdə, həm də məktəbdə öz dillərində danışırlar, Sultanov deyir.

 

Zaqataladan 21 km cənubda yerləşən Saxur kəndi Suvagildə olan hər iki məktəbdə hər həftə saxur dili dərsləri verilir.
Zaqataladan Suvagilə gedən avtobus
Suvagildəki məktəbdəki bədən təlimi dərsində uşaqlar həm saxur həm də azərbaycan dilində danışır.
Saxur dilində danışılması istənilən qızlar gülürlər. Daha sonra onlar azərbaycan dilində həkim olmaq istədiklərini deyir. Reqionun daha ucqar kəndlərində insanlar əsasən öz dillərində danışır və azərbaycan dilindən daha az istifadə edir.
Yerlilər deyir ki, Zaqataladakı etnik və dil müxtəlifliyinə baxmayaraq, yerlilər arasında milli ayriseçkilik və konflikt yoxdur.
Azərbaycanın cənub zonasından fərqli olaraq, Zaqatala əhalisi qızlarını erkən yaşda evləndirmir, əksinə onları təhsil almağa həvəsləndirir.

Lakin, İsakovu azərbaycanlıların saxurların ləzgilərlə eyni millət olduğunu düşünməsi narahat edir.

Onlara bunun belə olmadığı izah ediləndə “fərqi nədir” sualı verilir. Onun cavabı isə “saxur saxurdu, ləzgi ləzgi” olur.

“Bizim dillərimiz tamamiylə fərqlidir. Biz necə eyni millət ola bilərik?” o deyir.  

Sovet zamanındakı passportlarda hər vətəndaşın milli kimliyi qeyd edilirdi. Lakin, Azərbaycanın şəxsiyyət vəsiqələrində bu yığışdırılıb.

“Sovet pasportumda saxur idim, Azərbaycan şəxsiyyət vəsiqəmdə isə azərbaycanlı,” İsakov deyir.

Ona İD kartında yenidən saxur yazılmasını istəyib istəmədiyini soruşanda cavab verməyə bir qədər  tərəddüd edir. Dövlətin belə məsələləri daha yaxşı bildiyini deyir.

1991-ci ildə Sovet dövlətinin dağılması ilə dəyişən təkcə saxurların pasportundan milli kimliklərinin çıxarılması olmur, həmçinin Dağıstandakı qohumlarını ziyarət etmək çətinləşir.

Sovet zamanında Rusiya ilə Azərbaycan arasında sərhəd yox idi və Zaqatala saxurları qısa müddətə Dağıstana gedə bilirdi. Lakin indi isə dogma kəndlərinə getmək üçün  əvvəlcə Bakıya daha sonra Dağıstanın paytaxtı Mahaçkalaya getmək lazımdır. Buna görə  avtobusa 14 saatlıq yol, tək gediş üçün 50 manat ödəməli olurlar.

“Dağıstandakı kəndimizə gedəndə bütün bədənim titrəyir,” İsakov deyir.

Köklərinin Dağıstandan gəlməsinə baxmayaraq, o ilk növbədə azərbaycanlıdır. “Doğulduğum yer həmişə ürəyimdədir, lakin mənim vətənim Azərbaycandır.”

 

Zaqatalanın Yuxarı Tala kəndində yeməkxana. Əsasən Zaqatalanın milli yeməkləri verilir.
Yuxarı Talada kafe. Qadın Zaqatala regionunun ən məhşur yerli tamı olan sürhülü – qovrulmuş quzu əti və mal ətindən ibarət yemək -hazırlayır.
Yuxarı Talada saxurlar və avarlar qarışıq yaşayır. Zaqatalada kəntdən kəndə dil və milli kimlik dəyişir.
Qovrulmuş ət Zaqatala mətbəxinin ayrılmaz hissəsidir. Sakinlər yayda qış üçün quzu və mal ətini qovururlar.
Əsasən kənd təsərüffatı bölgəsi kimi tanınan Zaqatala Sovet dövründə əsasən fındıq istehsalçısı kimi tanınıb.
Azərbaycanın digər mühafizəkar kəsimlərindən fərqli olaraq Yuxarı –Tala Kafesində qadın və kişlər bilikdə oturur.
Heyvandarlıq yenə də 31000 sakini olan Zaqatalanın əsas iqtisadi sahələrindəndir.
Etnik və dil müxtəlifliyinə baxmayaraq, yerli kitabxanasındakı kitabların hamısı azərbaycan və rus dillərindədir.
Rusiyanın Cənubi Qafqaz respublikası ilə qonşu olan Zaqatala reqionunun əhalisi əsasən sünnü müsəlmanlardır. Son illərdə bölgədəki bir çox məscidlər “Meşə qardaşları” radikal qrupunun yayılmasınının qarşısını almaq üçün bağlanıb.
Sürhülü
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin