Türkiyənin etnik Azərbaycanlıları Ermənistandakı vətən həsrətini çəkir

Müəlli̇f: Emre Topalgökçeli

26.05.17
Buraxılış: Müxtəliflik

Təqaüdə çıxmış İlhan Güven Günalın mənzilindəki  bir əsirlik qara piano sanki nostalgiya, kədərli xatirələr və əbədi olaraq dəyişmiş həyatların hekayəsini özündə saxlayır.

Bu piano təxminən 1700 km-lik yol qət edib: Ermənistanın Gümrü şəhərindən Türkiyənin şərqindəki kələ-kötür dağları aşaraq İstanbula gəlib.

1922-ci ildə Sovet ordusu keçmiş Osmanlı şəhəri olan Gümrüdə nəzarəti ələ alır. Yarana biləcək etnik münaqişədən ehtiyat edən Günal ailəsi, bir çox digər azərbaycanlı ailələr kimi Gümrüdən 100 km aralıqda olan qonşu Türkiyənin Qars şəhərinə köçürlər.

Onlar öz pianolarını da Qarsa gətirirlər. “ Bu anamın cehizidir”, Günal deyir. “Qaçanda pianonu dəvəyə yükləyib Qarsa gətirmişdilər, çünki bu onun cehizi idi.”

“Heç pianonu cehizdi deyə gətirmək kiminsə ağlına gələr?”, o gülərək soruşur. “Hərdən anamla zarafat edirəm, deyirəm ki, ana gərək heç olmasa fleyta gətirərdin ( Türkiyədə geniş yayılan musiqi aləti—red.)

Gümruni tərk edən Azərbaycanlılar haqqında az araşdırma olsa da, onların Türkiyədəki nəvə nəticələrində o dövrdə yaşananların hekayəsi yaşayır.

Babam həmişə deyərdi ki, “biz nə vaxtsa qayıtmaq ümidi ilə gəlmişdik” Jurnalist Zergün Çapan xatırlayır. O İstanbuldaki mənzilində ailə albomuna baxır. “Onlar evin açarını həyətdə basdırmışdılar. Daş-qaşları döşəmənin altında gizlətmişdilər ki, nə vaxtsa onsuzda qayıdacaqlar.

Onun sözlərinə görə, hətta ailənin ABŞ-a köçmək şansı da olur, lakin onlar uzağa getmək yerinə, Gümruyə yaxın olan Qarsda qalmağa üstünlük verir.

"Bəzən sərhəd kəndlərə gedib SSR-I tərəfdə yanan işiqlara baxırdıq”, o, deyir. “ Biz həyəcanlanırdıq…Ailəm Gümrüdəki hər küçəni hər fontanın yerini əzbər bilirdi. Onlar ömürlərinin sonuna qədər doğma vətənlərinin həsrəti ilə yaşadılar. Ölənə qədər ümid etdilər ki, nə vaxtsa geri qayıdacaqlar”.

Lakin qayıda bilmədilər. Qarsda Çapan ailəsi tarlada əkin-biçinlə məşqul olur, çətin və yarıac həyat yaşayırdılar.

“Heç vaxt ticarətlə məşqul olmadılar”, Çapan deyir. “Onlar fermer deyildi. Bir dəfə buğda alqı satqısı ilə məşqul olmaq istədilər, lakin  bacarmadılar”.  Gümrüdə yaşadıqları cah –cəllalı həyat artıq ancaq şəkillərdə donub qalmışdı. “Piano, fransız müəlimə və Çapanın nənəsinin yaşadığı “saray kimi ev” artıq yalnız xatirə idi.

"Bizim kədərlənməməyimiz üçün nənə babamız özlərini xoşbət kimi göstərirdilər. Qarsda onların o qədər işi var idi ki, gələcəkləri üçün narahat deyildilər. “Lakin, gecə düşəndə, biz öz yataqlarımıza çəkildikdən sonra onlar gizli-gizli pıçıldaşırdılar. Bəzən anamın ağladığını eşidirdim. O uzun gecələrdə qardaşlarım yatırdı, amma mən yox. İndi sizə danışdıqlarımın çoxu o yuxusuz gəcələrdən yadımda qalanlardı."

 Çapanın nənə və babası övladlarına öz xatirələrini danışardı.

“Babam həmişə qonşu uşaqları ətrafına toplar və onlara azərbaycan nağılları danışardı. Demək olar ki hər səhər atam azərbaycan şerləri deyərdi”, journalist deyir.

Ailə həmçinin radioda SSR- Azərbaycanından səslənən “Danışır Bakı” proqramını dinləyirdi. Bu proqram gənclərin dinlədikləri içərisində birinci idi.

Azərbaycandan bəzən musiqilər də gəlirdi. “ Alverçilər çox vaxt Azərbaycandan musiqi valları gətirirdilər, biz onları o dəqiqə alırdıq və qulaq asırdıq”.

Günalın anası onları azərbaycan ruhunda tərbiyə edirdi: “Onun gözəl səsi var idi, o deyirdi ki, mənə Tərəkəmə, Şeyx Şamili çal”. Mən çalırdım, o, isə oynayırdı.

Günalın musiqiyə olan həvəsi onu İstanbula universitetə apardı.

“Mən səhərə qədər gecə klubunda piano çalırdım. Sonra iki saat yatıb universitetə gedirdim. Axşamlar isə mən Gümruni tərk edən Azərbaycanlı qaçqınların toylarında musiqi çalırdım.

Həvəskar bəstəkar kimi, Günal, öyrəndiyi ilk Azərbaycan muiqilərindən birini oxuyur: “'Samavara od salmışam  / istekene gend salmışam /  yarım gedip tek galmışam . . .”

1920 –ci ildə əri Gümrudə yoxa çıxandan sonra onun nənəsi ömrünün sonuna qədər tənha qalır.

“O Erməni kəndinə mal satmağa getmişdi, lakin geri dönmədi. Nənəm uzun illər onun yolunu gözlədi.”

İllər sonra Qarsda ailə babalarının başına nə gəldiyi öyrənə bilir. “Bir gün bir azərbaycanlı bizə gəldi…və dedi ki, “onu gözləməyin, əriniz heç vax qayıtmayacaq”.

Həmin azərbaycanlının sözlərinə görə etnik ermənilər babalarını bıcaqlayıb öldürüblər. Bütün bunları Gunala öz yaşlı qohumları danışıb.

Bu hadisə onların yaddaşında dərin yara buraxdı. Günalın sözlərinə görə, nənəsi ermənicə bilsə də, heç vaxt bir də ermənicə bir kəlimə də demədi.

Qaçqınlar Atatürkə və Türkiyə Respublikasına sadiq qaldılar. İstanbuldakı Azərbaycanlılar evindəki xəritədə Gümrü Azərbaycan ərazisi kimi göstərilir və divarda Türkiyə Respublikasının banisinin portreti asılıb.

Çapan böyük həvəslə danışır ki, 1930-cu ildə Atatürk şəhərin 1920-ci ildə ermənilərdən azad edilməsi münasibəti ilə Qarsa səfər edir. Təşkil edilən balda bu ailənin geyimi avropa dəyərlərinə bağlı olan presidentin diqqətini çəkir.

“Atatürk baldakı qadınların geyimlərini görəndə təəcüblənmişdi”, şəkildəki ipək donlu, uzun əlcəkli  dekolte geyinmiş qadını göstərir. “Əlbəttə, Türkiyənin şərq tərəflərində belə şey mümkün deyildi”.

Buna baxmayaraq, ailələr həmişə doğma yurdlarına geri qayıtmaq ümidi ilə yaşayıblar.

"Həyatda getməyi arzu etdiyim bir yer var, o da Gümrüdur”, Çapan tərəddüdsüz deyir.

Türkiyə, Azərbaycan və Ermənistan arasındakı münaqişəyə baxmayaraq, Gülay Ermənistan vizası üçün müraciət etməkdən çəkinmir.

"Mən həmişə insanların qardaş olduğuna inanmışam” Çapan deyir. “ Mən heç kimi günahlandıra bilmirəm”.

 

 

Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.

 

Çapanın İstanbulun Üsküdar məhəlləsində yerləşən evində, llhan Güven Günal pianoda ənənəvi Azərbaycan musiqisini çalır. Günal deyir ki, onun anası Mahizə fortepianoda yaxşı ifa edirdi.
Jurnalist Zergün Çapan, çətinliklərə baxmayaraq Qarsda keçən uşaqlıq illərini xatırlayır
Zergün Çapanın köhnə fotoları. Ortadaki şəkildə Çapan öz babasının dizinin üstündə oturub. 1920-ci ildə Gümri şəhəri Sovet nəzarəti altına keçdikdən sonra Çapanın ailəsi Turkiyəyə qaçır.
Bəstəkar İlhan Güven Günal onun konsertlərində müşayiət edən vokalçı Kəmalə ilə bir yerdə
Türkiyənin Qars şəhərində etnik azərbaycanlıların hər il təşkil etdiyi festivalda Günala fəaliyyətinə görə təqdim edilən lövhə
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin