Yeni Bakının tikilməsi: Hər tərəfdə bir baner
"Müvəqqəti narahatlığa görə üzr istəyirik "
Ölkə əhalisinin dörtdə birinin yaşadığı, 2.4 milyon əhalisi olan Bakı Qafqazın ən böyük şəhəridir. Bakı həm də gələcək Azərbaycanın əsas simasıdır.
Burada kütləvi inşaat işləri son 20 ildə, ölkəyə neft pullarının axını ilə başlayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Sovet Bakısını öz zövqünə görə yenidən tikmək arzusu şəhərin qədim mirasını və öz evlərinin saxlanılmasını tələb edənlərin etirazına baxmayaraq “köhnəlmiş” bina və evlərin sökülməsi ilə müşayiət olunur.
Bakının mərkəzi şəhərin məşhur bina və meydanların əks olunduğu banerlərlə əhatə olunmuş böyük inşaat ərazisini xatırlatmağa başlayıb.
Gələcəyin ideal şəhərinin şəkillərinin əks olunduğu bu banerlər o qədər geniş yayılmağa başlayıb ki, Bakını onlarsız təsəvvür etmək mümkün deyil.
İnşaat ərazilərinin yanından keçənlər “müvəqqəti narahatlığa görə üzr istəyirik” yazısının əks olunduğu banerlərin arxasında nəyin olduğunu ancaq təxmin edə bilərlər.
Lakin bildiyimiz kimi, müvəqqəti qədər daimi heç nə yoxdur.
ianə verin