O, millətin atası, qüsursuz düha, xalqın himayədarı və “Baba”sıdır. O, sizi yeni bir qəsəbənin girişində və ya Heydər Əliyev adına Beynəlxalq Hava Limanında salamlayacaq, yaxud sizin yolunuz onun adını daşıyan prospekt və parkların birindən düşəcək. O, Heydər Əliyevdir və bu yazı onun kultuna girişdir.
müəlliflər
İlkin Hüseynov
Müəllifin materialları
İncəsənət, təbliğat və şəxsiyyətə pərəstiş
Qurban Bayramı azərbaycanlılar arasında o qədər önəmlidir ki, 70 illik kommunist idarəetməsi belə, bu bayramın populyarlığından heç nə əskiltməyib.
Qurban SSRİ-nin dağılmasından sonra 1992-ci ildən etibarən dövlət bayramı olaraq qeyd olunmaqdadır. Bu il bayram avqust ayının 22 və 23-nə təsadüf edirdi.
Bayramda dindar azərbaycanlılar məscidə gedir, bayram namazı qılırlarsa, bir çox insan da Qurbanı dünyəvi bir tədbir olaraq qeyd edir; qeyri-iş günlərindən yararlanaraq qısa bir tətil edir, qonaqlığa gedir, qohum-əqrəbaya baş çəkir və s.
Qurbanvermə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Bu hekayə müsəlmanlarla yanaşı, yəhudilər və xristianlara da tanış məsələdir. Belə ki, İbrahim peyğəmbərin etiqadını sınamaq üçün yuxuda Allah ona oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl inanclı kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu qərardan sona isə Allah qurbanlıq üçün ona bir qoç göndərir.
Buna görə də Qurban bayramında əsas atributlardan biri olan heyvan kəsmə Azərbaycanda da əhəmiyyətli yer tutur.
Bayramın ilk günündə qurban kəsiləcək məkanlarda gözə dəyən kişilər qurbanlıq qoyun seçir, qəssaba ödəniş edir, qoyunu kəsdirir, dərisini soydururdular. Müştərilərə əti qoymaq üçün plastik torbalar satan yeniyetmə oğlanlar da yaxınlıqda gözə dəyirdi.
İslam ənənəsinə görə, qurbanlıq ət kasıblar, imkansızlar arasında paylaşdırılmalıdır.
Qurbankəsmə ənənəsi heç kəsin ciddi narahatlığına səbəb olmasa da, heyvansevərlər tərəfindən kəskin qarşılanır. Bir çox heyvan hüquqları müdafiəciləri qoyunların açıq məkanlarda kütləvi qətl edilməsini qeyri-etik və qəddar hadisə hesab edirlər.
Elxan Mirzoyev, vegetarian və tanınmış heyvan hüquqları aktivistidir və Qurban Bayramını qeyd etmir. “Küçələrin heyvanların qanına boyanması çox ürəkbulandırıcı mənzərədir”, - deyə Mirzoyev bildirir. Onun fikrincə, inanclı müsəlmanlar heyvanları öldürmədən də bu bayramı müxtəlif yollarla qeyd edə bilərlər.
Bu il heyvansevərlər Azərbaycanda Qurban bayramını bəzi kəndlərdə mağazalara girib satıcılardan nisyə dəftərlərini göstərmələrini xahiş ediblər. “Onlar mağazaya borcu olan yoxsul insanların borclarını ödəyiblər. Heyvansevərlər bu üsulla ehtiyac içində olan insanlarla bayram həmrəyliyi nümayiş etdiriblər”.
“Un, düyü və digər vacib ərzaqlar alıb ehtiyacı olan insanlara paylamaq qurbanvermə fəlsəfəsinə daha çox münasibdir”, - Elxan Mirzoyev əlavə edir.
Ülfət Namaz, müsəlman və Azərbaycan Vegetarian Cəmiyyətinin rəhbəri hesab edir ki, Qurban Bayramının fəlsəfəsi “pis əməlini, asılı olduğumuz zərərli vərdişi qurban verməkdir”. O inanır ki, bu bayram heyvanların kütləvi şəkildə qətl edilməsindən daha böyük bir şeyi özündə ehtiva edir. “Tanrı insanları və heyvanları bərabər yaradıb. Yeganə fərq onların şüurundadır. Heyvanlar da, insanlar da Allahın övladlarıdır”.
Qoyunların kəsilməsinə uşaqların və digər heyvanların şahid olması isə Mirzoyev və digərlərinə daha çox toxunur. “İnanc insanın daxilində olmalıdır. Mən niyə pəncərəmi açıb qana boyanmış küçəyə baxmalıyam? Bu, qəbuledilməzdir”, - Mirozyev bildirir.
İlahiyyatçı Hacı Şahin Həsənli hesab edir ki, Qurban Bayramı dini ritual olaraq sorğu-sual edilməməlidir. “Dünyanın hər yerində heyvanlar kəsilir, sadəcə müsəlman icmasında deyil”, - o qeyd edir.
Bununla belə, Həsənli qəbul edir ki, qoyunları ictimai yerdə, açıq havada insanların, xüsusilə də uşaqların gözü qarşısında kəsməkdən çəkinmək lazımdır. “Qurbankəsmə gigiyenik qaydalara cavab verən qapalı məkanlarda həyata keçirilməlidir”.
Bu il Qida Təhlükəsizliyi Agentliyi paytaxtda və bəzi bölgələrdə 32 qurbankəsmə məntəqəsi müəyyən edib. Bundan əlavə, yerli məmurlara sanitariya qaydalarına cavab verən kəsim sahələrini təyin etmək tapşırılıb.
Qurbanlıqda müxtəlif heyvanlar kəsilə bilər, lakin Azərbaycanda əsasən qoyun qurban edilir ki, bu da milli mətbəxdə də əhəmiyyət kəsb edir. Qurban mərasimi ərəfəsində heyvanların buynuzu və ya ayağına qırmızı lent bağlanır.
Ülfət Namaz hesab edir ki, Qurban Bayramında heyvanların bu şəkildə kəsilməsi dini qaydalara söykənmir. “Bu, artıq ticarətə çevrilib. Bu vəziyyət ət biznesinin maraqlarına xidmət edir”, - deyə o bildirir.
Alıcıların bildirdiyinə görə, bəzi satıcılar, həqiqətən fürsətdən istifadə edib ətin qiymətlərini qaldırırlar.
İstər dindar, istərsə də sekulyar olsun, Bayramın ikinci günündə qohumlar, ailələr, dostlar aldıqları və ya kəsdikləri qurban ətindən pay verir və bayram süfrəsinə yaxınlarını dəvət edirlər. İnsanlar həm də vəfat etmiş yaxınlarının məzarını da həmin günlərdə ziyarət edirlər.
Azərbaycanda qurbankəsmə ənənəsini fotoqraf İlkin Hüseynovun Bakının bir neçə yerindən çəkdiyi fotoları ilə təqdim edir.
Tanrıya Nəyi Qurban Verməli?
Ölkə əhalisinin dörtdə birinin yaşadığı, 2.4 milyon əhalisi olan Bakı Qafqazın ən böyük şəhəridir. Bakı həm də gələcək Azərbaycanın əsas simasıdır.
Yeni Bakının tikilməsi: Hər tərəfdə bir baner
“ANS-i çağıracam!”. Bir il əvvəl bu cümlə vətəndaşların şikayətinə biganə yanaşan yerli məmurlar üçün bir növ hədə idi. ANS bir çoxları üçün şikayətlərinin eşidiləcəyi və hətta çox zaman nəticə əldə edə biləcəkləri bir yer idi.
Azərbaycanda ANS kanalının bağlanması
Azərbaycanın Abşeron yarımadasında yerləşən və mühafizəkar dini baxışları ilə seçilən Nardaran kəndində keçirilən toyda demək olar ki, toyun bütün atributları – konfetlər, kabab, milli rəqslər, bəzədilmiş çadır –var. Olmayan bir tək gəlindir. Qadın qonaqlar da gözə dəymir.
Gəlinsiz toy
Deyilənə görə, Kür və Araz çayları ətrafında həyat fərqli idi. Azərbaycanın əsas su yolunun ətrafında yaşayan insanlar bir növ cənnətdə idilər. Tarlarda ucu bucağı görünməyən pambiq sahələri, çaylarda saysız hesabsız balıq vardı. Xəzər dənizində isə Nərə balığı və kürü bol idi. Təbiət insanlara hər şey vermişdi. Bütün bunlarla yanaşı, Azərbaycanın qara qızılı-nefti də vardı. Sovet İttifaqı ideal ölkə olmasa da, müəyyən üstünlükləri vardı. Çay ətrafı ərazilərdə yaşayanların sözlərinə görə, insanların az da olsa özlərinə yetəcək qədər həyat şəraiti var idi. Bu gün isə hətta o da yoxdu. Pambıq olan sahələrdə indi alaq otları bitir, çaylarda isə balıq yoxdu. Fabriklər, otellər, sport klubları işləmir. Otellərdə indi turist yox, Dağlıq Qarabağdan qaçqın düşən insanlar yaşayır. Nərə balığı dənizdən yoxa çıxıb və suni gölməçələrdə çoxaldılır. Sovet İttifaqı cənnət deyildi, lakin çay ətrafında yaşayan insanlar həyatından məmnun idi.
Tükənmiş Sərvətlər
Bir banka qatıq evin təmsilçisidir; köhnə bir keramik qab bəşəriyyəti simvolizə edir; ənənəvi qaval coşğu oyandırır; köhnəlmiş, qoxulu bir sviter qayğısız uşaqlığı yada salır…
Bu, Mənəm
Qurban Bayramı azərbaycanlılar arasında o qədər önəmlidir ki, 70 illik kommunist idarəetməsi belə, bu bayramın populyarlığından heç nə əskiltməyib.
Tanrıya Nəyi Qurban Verməli?
“Çünki qorxunu qorxuyla çıxardarlar” – deyə, Səkkiz Qapı pirinin işçisi Mirtofiq Seyidrzaoğlu çıldağ prosesini izah edir.
“Məqsəd – insanı diksindirməkdir”
perfect past future
Ukrayna və Rusiya arasında gedən müharibənin mümkün nəticələrinə dair süni intellektlə yaradılmış fotoesse
Bulanıq xəyallar
Ölkələr arasında fikir ayrılığının olması suyun kirlədilməsi kimi vacib məsələnin həllinə mənfi təsir etsə də, demək lazımdır ki, Kür -Araz çayı əsrlər boyu öz hövzəsində yaşayan Cənubi Qafqaz xalqlarını birləşdirib, onlara həyat mənbəyi olub. Suyun təmizliyinə qarşı etinasızlıq ondan aslı olan insanların həyatını daha da çətinləşdirir. Bu hekayədə çay ətrafında yaşayan insanların həyatı və mübarizəsi öz əksini tapıb.