Şərikli Su

Müəlli̇f: , İlkin Hüseynov, ,

23.02.18
Buraxılış: Məkan
Ölkələr arasında fikir ayrılığının olması  suyun kirlədilməsi kimi vacib məsələnin həllinə mənfi təsir etsə də, demək lazımdır ki, Kür -Araz çayı əsrlər boyu öz hövzəsində yaşayan Cənubi Qafqaz xalqlarını birləşdirib, onlara həyat mənbəyi olub.  Suyun təmizliyinə qarşı etinasızlıq ondan aslı olan insanların həyatını daha da çətinləşdirir. Bu hekayədə çay ətrafında yaşayan insanların həyatı və mübarizəsi öz əksini tapıb.
 

Sabirabadlı balıqçı səhər erkəndən oyanır. Günəşin doğuşundan əvvəl günəş altında qalmaqdan dərisi qaralmış, əlləri qabar bir qrup insan suqovuşana balıq torları atır. Azərbaycanın bu bölgəsində Araz və Kür çayları qovuşur. Yerlilər torpağı qidalandıran bu qovuşan çaylara “Ana Kür” deyir.

Lakin Cənubi Qafqazın digər bölgələrində çayın bu xüsusiyyətini unudurlar. Çaylar sərhəd tanımır, lakin insanlar yenə də onları sərhədə görə bölməyə, onun sularını kortəbii istifadə etməyə, çirkləndirməyə və konfliktə qatmağa çalışır.

Bütün Cənubi Qafqazı bürüyən suları ilə Kür –Araz çayları onun hövzəsində yaşayan insanlar həyat mənbəyidir. Çayların hər ikisi başlanğıcını Türkiyə ərazisindən götürür və şərqə doğru axır. Şimala doğru Kür çayı 1.515 km uzunluğundadır, Gürcüstan ərazisindən Azərbaycana daxil olur və daha sonra Araz çayına qovuşaraq Xəzər dənizinə tökülür.

 1.072 km olan Araz çayı əsasını Türkiyə ərazisındən götürür Ermənistan və İran ərazilərindən keçməklə Azərbaycana daxil olur. Yol boyu ümümi 123 kv. km sahəsi olan bir kiçik qollara ayrılır. Lakin bu heç də asan səyahət deyil, çünki su hövzəsinə  nəzarət etmək  həmişə münaqişələrə səbəb olub, Cənubi Qafqaz kimi münaqişə ocaqlarının çox olduğu reqionda isə bu məsələ daha çətindir.

Sovet İttifaqı zamanında su hövzəsinə nəzarət  sistemi Kremldən idarə edilirdi. Türkiyə və İranla Araz çayının birgə istismarına dair ikitərəfli razılaşmalar imzalanmışdı. Çayın suyunun keyfiyyət standartları 1960-cı ildə qəbul edildi, lakin  çirklənmə mənbələri və suyun keyfiyyətinin monitorinqi  üçün xüsusi qaydalar və ya idarəetmə prinsipləri burada öz əksini tapmadı .

SSSR-I dağıldıqdan sonra 15 müstəqil ölkə yarandı və bu ölkələr onlara miras qalan həll edilməmiş məsələrlə üz-üzə qaldılar. Yeni yaranmış ölkələrin dövlət  telefon kodları, milli valyuta və   idarəçilik  institutları kimi məsələlərinin həllinə baş qarışmışdı və su hövzəsinin idarəedilməsinə vaxt yox idi. Bu məsələ isə əməkdaşlıq tələb edirdi.

1990-ci illərin əvvəllərində Cənubi Qafqazı amansız münaqişələr bürüdü. Bu münaqişələr Kür və Arazdan da yan keçmədi. 1991-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsi su hövzəsinin idarəedilməsi üçün Azərbaycan, Ermənistan və Türkiyə arasında vacib olan əməkdaşlığın qarşısını aldı. Çay hövzəsi ətrafında məskunlaşdırılanların axıtdığı tullantılar isə məsələni daha da qəlizləşdirdi.

 

Araz Çayı


 

 

Baqaran kəndinində asılmış xaç  Türkiyənin Halikislak kəndinin məscidinə baxır. Bu kənd hər iki ölkəni bir-birindən ayıran sərhəddir. Bu iki kənd bir-birindən elə də uzaq olmasa da, hər ikisi başqa bir dünyadır. Akuryan çayı iki kəndi ayırır, sərhəd isə illərdir ki bağlıdır. Su yolu ilə getməyin yalnız bir yolu var - adi kanat yolu. Burdan isə yalnız hər iki ölkənin rəsmi şəxsləri tərəfindən hər hansı sərhəd mübahisəsi olduqda keçilir.

 

Türkiyə ilə sərhəd Baqaran kəndindən axan Akuryan çayının görünüşü. Akuryan Arazın sol qollarından biridir. Çay Ermənistan və Türkiyəni bir-birindən ayıran sərhəddir.
Baqaran kəndində kəbab bişirmək üçün ocaq qalayan ailə. 1915-ci il hadisələrindən sonra Türkiyədən köçən ermənilər Arazı keçərək bu ərazidə məskunlaşmışdı.
Bagaran kəndində istrahət edən ailə. Bagaran kəndinin əsası 1920-ci ildə qoyulub.

Araks Türkiyədən axaraq Ermənistana daxil olan çayın, eyni zamanda bu kəndin adıdır. Bu yaşayış məskəni 1940-ci ildə Sovet hökümətinin burada böyük kolxoz yaratmaq istəməsi nəticəsində qurulub. Kənd əhalisi su qıtılığından əziyyət çəkir, yerli əhali Arazın qolu olan Akuryan çayının suyunu çənlərə toplayır, gündəlik işlərdə və mal-qara üçün istifadə edir. Suyun keyfiyyəti qənaətbəxş deyil, lakin bu ərazilərdə yaşayan insanların təmiz su almağa maddi imkanları da yoxdur.

 

62 yaşlı Avik Mkrtçyan Araz çayında balıq yetişdirir və təmizləyir. Bu həmçinin turistləri də cəlb edir. Bura gələn turistlər göldə balıq tuta bilir, daha sonra tutduğu balığın pulunu ödəyib ala, yada balığı yenidən suya ata bilər.
Aşot Aydınyan 49,(solda) və Serqey Ordyan 17,(sağda) Arazda açaçaqları yeni istixana üçün ləvazimatlar hazırlayır. Aydınyanın kəntdə 6 istixanası var. Kənd əhalisinin çoxu təsərüfatla məşquldu. Su isə daimi problemdir, çünki suvarma kanalları və boruları bərbad vəziyyətdədir.
İspanaq təmizləyən qadınlar. İspanaq, yaşıl soğan, keşniş və şüyüd bu kəndin iqtisadiyyatının bir parçasıdır və əsasən istixanalarda yetişdirilir.

Mehri rayonunun bu kiçik kəndindən əvvələr Yerevana qatarla getmək mümkün idi. Qatar yolu Sovet İttifaqı zamanında çəkilmişdi və Azərbaycanın ərazisi olan Naxçıvandan keçməklə paytaxta gedirdi. Lakin SSSR dağıldıqdan sonra  Dağlıq Qarabağ konflikti alovlanır və beləliklə Azərbaycan sərhədlərini bağlayır. Hər iki ölkə müharibə şəraitində olduğu üçün qatar yolu  hazırda da bağlıdır. Qatarın işləməməsi isə kəndi digər ərazilərdən qismən təcrid edir.

Arakseşendə istifadəsiz qatar vağzalı. Qatarla 3500 əhalisi olan Mehriyə getmək mümkün idi. Vağzal 1990-cı ildən istifadəsizdir. “Bura əvvələr çox dinamik yer idi, burda asanlıqla Yerevana gedə bilirdik”, kənd sakini deyir.
Rus qoşunları Araz çayını boyunca sərhədə nəzarət edir. Yenə də bir çox kəndli sürünərək sərhədi keçib İrana gedir, deyilənə görə orada çayda balıq boldu. Əgər insanlara çayda balıq tutmağa icazə verilsəydi bu kəndin iqtisadiyyatına ciddi təsir edərdi.
9 yaşlı Ani Beglaryan nənəsinin evində, əlində Araz çayının şəkli ilə. Bizim Araz haqqında söhbətlərimizi eşitdikdən sonra çayın şəklini çəkir.

Araz çayının keçdiyi 4,000 nəfər əhalisi olan Horadiz kəndi Dağlıq Qarabağ və İranla sərhəddir. 1990-cı ildə, müharibə zamanı kənd əhalisi sürətlə azaldı və Araz üzərindəki körpü top ilə dağıdıldı. Human Rights Watch təşkilatının hesabatlarında deyilir ki, müharibədən qaçan insanlar çayı üzərək keçməyə məcbur olur və bir çoxu çayda boğularaq ölür. Hazırda kəndin əhalisinin çoxunu münaqişə zonasından gələnlər təşkil edir. İran sərhədi ilə üz-üzə Heydər Əliyevin şəkli asılıb.

 

Araz çayının İrandan axaraq Azərbaycan sərhədinə daxil olduğu bu ərazidə bir –birindən bir neçə kilometr aralıqda iki kənd yerləşir. Sovet zamanında bu regiounun ağ qızılı –pambıq ölkə iqtisadiyyatının əsasını təşkil edirdi. İllərlə bu sahəyə etinasız yanaşdıqdan  sonra hökümət yenidən pambıqçılığı canlandırmağa başlayıb. 

Şəkildə İranla sərhəd Azərbaycan ərazisi. Azərbaycan tərəfində patrul.

Şimali Azərbaycanda iki qonşu kənd - Saatlı və İmişlinin olduqca quraq və yarı çöl  təbiyəti var. Fermerlik əsas məşquliyyətdir, pambıqçılıq isə yenidən canlanır. 2010-cu ildə Kür çayının daşması nəticəsində ən çox ziyan görən kəndlərdən biridir. Daşqın nəticəsində 5 nəfər ölmüş, minlərlə insan təxliyyə olunmuş, yüzlərlə ev dağılmış və məhsula ciddi ziyan dəymişdi.  

İstifadəsiz qalmış beton zavodu
İmişlidə Araz çayında qumdaşı
Saatlıda Araz çayında qumdaşı. Kənd dəniz səviyyəsindən 28 m. yüksəklikdədir.

 

Kür – Araz çayı ətrafında yerləşən ölkələrin hələ də su hövzəsini idarə mexanizmi yoxdur. Sadəcə bir neçə qarşılıqlı saziş var.

Beynəlxalq qaydalara uyğun olaraq hər ölkənin öz milli kodeksləri var, lakin ekspertlərin sözlərinə görə çirkab suları, mədən və fabriklərdən axıdılan iqtisadi tullantılar nəticəsində çayın suyu getdikcə çirklənir.  Kənd təsərüfatı isə ayrı bir problemdir. Çay hövzəsi boyu olan su kanalları istifadəyə yararlı deyil. Məsələn, Azərbaycanda pambıqçılıq üçün yüksək miqdarda su və kimyəvi maddələr tələb olunur. Susuz qalmış şəhərlər isə vəziyyət daha pis olur.  

Sudan çox istifadə nəticəsində kiçik çay qolları Kürə qovuşa bilmir və yox olur. Mingəçevir və Şəmkirdə olan iki böyük su anbarları Kür çayının suyu ilə doldurulur. Şəmkirə axan çayın su səviyyəsi isə artıq azalmış olur.

Avropa Birliyi, NATO, BMT-nin İnkişaf proqramı və ABŞ-in Beynəlxalq İnkişaf agentliyi

Su hövzəsinin qorunması üçün texniki əməkdaşlığın ölkələr arasında sülhün qurulmasına xidmət edə biləcəyinə inanaraq, bu sahədə müxtəlif proqramları maaliyələşdirməyə başladı. Lakin bütün bunların bir faydası olmadı; hökümətlər yenə də çayın çirkləndirilməsində bir-birini günahlandırır.

Buna baxmayaraq Kür – Araz ətrafında olan ölkələrin sakinləri su məsələrinin həllində könüllü təşəbbüslər göstərməyə başladı. 2005 ci ildə aparılan sorğuda su mənbəyi menecerləri, araşdırmaçılar və rəsmilər bu kimi əməkdaşlığın regionda sülhə nail olmağa tövhə verə biləcəyini  və regionun ümümi rifahına müsbət təsir göstərəcəyini etiraf etdilər.  

Lakin bu etiraflar real təşəbbüslərə çevrilməsə su hövzəsinin kirlənməsi davam edəcək.

___

Azərbaycanda isə suqovuşanda günəşin çıxması ilə balıqçılar evlərinə üz tutur. Onların ətrafında isə Ana Kürün suyundan qidalanan pambiq sahələri uzanır.


 

Kür Çayı

Dağ kəndlərindəki şəraitsizlik bu ərazilərin sakinlərini köçməyə məcbur edir. Gürcüstanın şimalındakı 900 nəfər sakini olan Axaldaba kəndi də bunlardan biridir.

Kənd Çinlə nəzərdə tutulan Yeni İpək yolu lahiyəsinin və rəsmi şəkildə 2017-ci ilə aşılışı olan  Bakı Tbilisi- Qars dəmiryolu xəttinin üzərində yerləşir. Bu lahiyələrin regiona investisiya yatırılmasına və Asiya - Avropa arasındakı iqtisadi ələqələrin inkişafına təkan verəcəyi gözlənilir.

 

Mariam Lomadze, 11 Milad bayramında qonaq otağında rəqs edir. Peşəkar rəqqas olmaq arzusundadır. Nənəsi onun rəqs dərslərini öz təqaüdündən ödəyir. “Pulumu heç vaxt belə həvəslə xərcləməmişdim”, o deyir.

Antik kəndtəsərüfatı şəhəri, Urbnisi 8-ci əsrdə Ərəblər tərəfindən dağıdılmışdı. Hazırda kənd daha çox Gürcü Ortodoks Kilisəsinin əsas mərkəzi Müqəddəs Stefan kilsəsinin yerləşdiyi şəhər kimi tanınır.  1977-ci ildə, o zamankı Sovet höküməti nümayəndələri kəndin təcrid olunmasının qarşısını almaq üçün onu qarşı sahildəki Skra dəmiryol stansiyası ilə birləşdirmək qərarına gəlir və   Mktvari çayı üzərində körpü salır. O zamandan bu günümüzə qədər sakinlər iki sahili bir birinə bağlayan bu körpüdən istifadə edir.

Ani, 10, Mktvari çayı üzərindəki körpüdə dayanıb. Bu kənd bir çox gürcüyə 1970-ci ildə çəkilən çoxseriyalı Data Tutaşkia filmindən tanışdır. Uşaq vaxtı Aninin atası da bu filmdə epizodik rolda çəkilib.
Eteri Abramidze, 36, altı uşağından üçü ilə. O 17 yaşında ailə qurub. Skradan fərqli olaraq, Urbnisi kəndi daha hündürdə yerləşir və müntəzəm daşqınlar kəndə ziyan vurmur.
Jemo körpünün kabelinin birinindən sallanır. Urbnisidə əylənmək üçün məkan yoxdur buna görə də uşaqlar özləri əylənməyə yollar tapır.

Kənd Gürcüstanın mərkəzində, Kür çayı ətrafında yerləşir. Kür çayı 1300 nəfərdən ibarət bu kəndin kiçik fermerlərinin əsas su qaynağıdır. Kənd yazda, xüsusən də May ayında daşqınlara məruz qalır. Sahilboyu tikilmiş evlərin çoxunu su dağıdır. Sakinlər yerli rəsmilər hökümətdən daşqınların qarşısını almaq üçün çayın ətrafında bəndlər tikilməsi üçün müraciətlər etsələr də heç bir nəticə əldə edilməyib. Skra kəndi həmcə 2008-ci ildə Gürcü – Rus münaqişəsi zamanı Cənubi Osetiyadan gələn qaçqınların məskunlaşdığı ərazidir.

 

Məktəbə gedən uşaqlar dəmiryolu xətti boyu qaçır. Məktəb avtobusu olmadığı üçün uşaqlar çox vaxt dəmir yolu xətlərini keçərək məktəbə gedir.
Marika Lapaçıya məktəbə hazırlaşan qızının saçını darayır. Onun evi də kəndin digər evləri kimi hər Mayda daşqından ziyan görür, lakin hökümət onlara nə bir kompensasiya verir nə də alternativ yaşayış yeri təklif edir.
Marika və qızı istrahət edir. 20 yaşlı Marika və ərinin 2 uşağı var. Daşqınlar zamanı onlar evlərini tərk etmir, lakin suyun səviyyəsi çox olanda uşaqları yaxınlığdakı Qori şəhərinə göndərirlər.

Uplistsixe kəndi, b.e.ə ikinci minilliyin əvvələrinə qədər gedən tarixi olan azsaylı turistik dağ kəndidir. Mktvari çayı kəndin yaşayış məntəqələrini arxeoloji hissəsindən ayırır. 

Kənd uşaqları çox vaxt Mtkvari çayı üzərindəki körpüdə balıq tutur. Tor yuxarı qalxanda sağ tərəfdəki uşaq başını aşağı əyir ki, tor ona dəyməsin.
Kənd oğlanları kamerya poz verir.
Mtkvari kəndi ikiyə bölür.

Qrakali Tiflisdən bir neçə km uzaqlıqda yerləşir və Mktvariyə yaxındır. Kəndin torpağı nəmli olduğu üçün kənd təsərüfatına yararlı deyil. Əhalinin çoxu paytaxta köçməyə pulu olmadığı üçün burda yaşamağa məcburdur. 

Qrakalidə otlayan sürü.
Luka, 4, anasının əlini qucaqlayır. Onun ailəsi Mtkvariyə yaxın yaşayır və torpağı var. Lakin torpaq nəmli olduğu üçün təsərüfata yararsızdır.

1953 – cu ildə Bozdağdan axan Kür çayının üzərində tikilən Mingəçevir su anbarı Qafqazın ən böyük su rezervuarıdır.  70 kilometr uzunluğu olan rezervuar reqionun kənd təsərüfatının su ilə təhciz edir. Şəhərə “işiqlar şəhəri” adı verilib.

Keçmiş Sovet Turistik binasının həyətində tualet. Bu tip otellərin çoxunda Dağlıq Qarabağ münaqişəsi zamanı qaçqın düşən insanlar yerləşdirilib. Sovet zamanı otel olan sığınacaqda qalan iki məcburi köçkün (şəkil aşağıda). Münaqişə həll olunmadığı üçün müvəqqəti sığınacaq üçün nəzərdə tutulan bina artıq daimi yaşayış evi olub.

 

Mingəçevir çimərliyində yüksəklikdə dayanan kişi. Bu sahilə qızıl qum deyirlər.
Qaçqın düşərgəsində nahara bişirilən balıq.
Mingəçevirdə Kür çayının qarşısını almaq üçün bəndlər. Torpaqla doldurulan bəndin uzunluğu yarım kilometrdi və tikintisi 8 il çəkib.

Bütün Cənubi Qafqazı dolaşan Kür və Araz çayları Sabirabad rayonunda qovuşur. Yerlilər bu məntəqəyə qovşaq və ya suqovuşan deyir. Mənası iki çayın qovuşduğu yer deməkdi. Bəzi məntəqələrdə sürət, temperatur fərqləri ilə əlaqədar olaraq çaylar qovuşmur və paralel olaraq axırlar.

 

2010-cu ildə baş vermiş daşqınlar zamanı zərar görən otelin hovusunun yanında oğlan. Daşqınlar zamanı 10,000 insan evakuasiya edilib 500 dən çox ev dağılmışdı.

Kür bu Bakıdan cənubda yerləşən bu şəhərdən keçərək Xəzərə tökülür.  Neftçala sözü “neft” və “çala” sözlərinin birləşməsindən yaranıb bu isə şəhərin ölkənin neft iqtisadiyatında əsas məntəqələrindən biri olduğuna işarədir. Burada ilk neft quyusu 1872-ci ildə qazılıb. Hazırda isə  təsərrüfat və balıqçılıq şəhərin iqtisadiyyatının əsasını təşkil edir. 

Nərə balığı ilə şəkil çəkdirən işçi. Suyun çirkləndirilməsi, kortəbii balıq tutulması, və qaçaqmalçılıq nərə balığının sayını azaltmışdır.
Neftçalada Kür çayı üzərindəki körpüdən keçən çoban. By ərazidə Kür çayı Xəzərə tökülür.
Nərə balığı zavodunun təmir olunmuş hissəsində təmizlik işçiləri.
Nərə balıqlarına yem verilir.

Qeyd: Keçdiyi ölkələrin demək olar ki hamısında Kür-Araz çaylarına fərqli adlar deyilir. Gürcüstanda Kür çayına Mtkvari Azərbaycanda Kür.  Ermənistanda Araza Araks deyilir.  Beynəlxalq hesabatlarda isə çayların adı isə Kura və Araks olaraq qəbul edilmişdir.

 

 


Dizayn üçün ForSet'e təşəkkür edirik.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin