Tükənmiş Sərvətlər
Deyilənə görə, Kür və Araz çayları ətrafında həyat fərqli idi. Azərbaycanın əsas su yolunun ətrafında yaşayan insanlar bir növ cənnətdə idilər.
Tarlarda ucu bucağı görünməyən pambiq sahələri, çaylarda saysız hesabsız balıq vardı. Xəzər dənizində isə Nərə balığı və kürü bol idi. Təbiət insanlara hər şey vermişdi. Bütün bunlarla yanaşı, Azərbaycanın qara qızılı-nefti də vardı.
Sovet İttifaqı ideal ölkə olmasa da, müəyyən üstünlükləri vardı. Çay ətrafı ərazilərdə yaşayanların sözlərinə görə, insanların az da olsa özlərinə yetəcək qədər həyat şəraiti var idi. Bu gün isə hətta o da yoxdu. Pambıq olan sahələrdə indi alaq otları bitir, çaylarda isə balıq yoxdu. Fabriklər, otellər, sport klubları işləmir. Otellərdə indi turist yox, Dağlıq Qarabağdan qaçqın düşən insanlar yaşayır. Nərə balığı dənizdən yoxa çıxıb və suni gölməçələrdə çoxaldılır.
Sovet İttifaqı cənnət deyildi, lakin çay ətrafında yaşayan insanlar həyatından məmnun idi.
ianə verin