Gəlinsiz toy
Azərbaycanın Abşeron yarımadasında yerləşən və mühafizəkar dini baxışları ilə seçilən Nardaran kəndində keçirilən toyda demək olar ki, toyun bütün atributları – kabab, milli rəqslər, bəzədilmiş çadır –var. Olmayan bir tək gəlindir. Qadın qonaqlar da gözə dəymir.
Adətən çox israfçılıqla müşahidə olunan, simvol və rituallarla zəngin bu adət əsrlərlə kişilərin iştirakı ilə keçirilib. Bu cür mərasimlərdə qadin və kişilərin ayrı olmasının kökü İslamın İxtilat qadağasına dayanır. Lakin, bu adətlər bir çox qonşu islam ölkələrindən fərqli olaraq, Azərbaycanda elə də çox gözlənilmir.
Bu ənənə Cənubi Qafqazda getdikcə yox olur və müasir toyların demək olar ki, hamısı qadın və kişilərin birgə iştirakı ilə keçirilir.
Əslində müasir toylar, ailələr üçün qızlarının özünü göstərib və uyğun ər tapa biləcəkləri yerdir.
Dünyəvi ölkənin Nardaran kimi dini mühafizəkarlığı ilə seçilən yerlərdə kişi toyu ənənəsi hələ də qorunub saxlanılır.
ianə verin