Təpələrin arxasında

Müəlli̇f: , Rasul Guliyev

01.10.17
Buraxılış: Kənd Həyatı

Qafqaz təhsilinə görə ədəbiyyat üzrə mütəxəssisdir. Lakin o, çoban olmağı seçib. Hər il baharın sonunda 59 yaşlı Qafqaz öz sürüsünü yığır, ailəsi və əşyaları ilə birgə Gürcüstanın cənubi Kvemo-Kartli bölgəsindəki doğma Dmanisi kəndini tərk edir və Ermənistanla həmsərhəd olan yaşıl otlaqlara və dağlara tərəf gedir.

Onlar may ayında bu əraziyə gəlir, oktyabr ayında ilk qar yağanadək bu təpələrdə yaşamağa davam edirlər.

Qafqaz əsrlər boyu düzənliklər və dağlar arasında bu mövsümi səyahəti və ya köçəri həyatı yaşayan regionda əhalinin əksəriyyətini təşkil edən onlarla etnik azərbaycanlıdan sadəcə biridir.

Yol boyu sağlam uzunqulaqlar qazanları, qıvraq atlar kətan kisələri daşıyır. Möhkəm Lada Nivalar  isə qadın və uşaqlar üçün nəqliyyatdır.

İnsanlar və qoyunlar dik təpələri birlikdə qalxır və geniş çəmənliklərdə məskunlaşırlar. Buraya “binə” deyirlər.

Ailələr yay ayları boyunca burada çadırlarda yaşayırlar. Elektrik enerjisi, qaz və su kəməri olmasa da, çobanlar enerjini günəşdən, qidanı isə heyvan və torpağın bəxşlərindən əldə edirlər.  Bu, bir nəsildən digərinə keçən dövrandır.

Ailələr qaldıqları bu çadırları həmişə özləri ilə daşıyırlar.
59 yaşlı Qafqaz kişi bu binənin ən təcrübəli çobanıdır. O həmdə toylarda tamadalıq da edir.
O uşaqlıqdan bu ərazilərdə böyüyüb və buraları çox yaxşı tanıyır.
Axşamüstü qoyunlar təpələrdən gəldikdən sonra, çobanlar onları sayır və zədəli olanları yoxlayır.
Axşamüstü qoyunlar təpələrdən gəldikdən sonra, çobanlar onları sayır və zədəli olanları yoxlayır.
Binədə bir neçə şəxsin sürüsü saxlanıldığından, qoyunları seçə bilmək üçün onlar işarələnir.
Dağlarda canavarlardan qorunmağın tək yolu çoban itləridir
Qafqaz kişinin 97 yaşlı anası binənin ən qocaman sakinidir.
Yayın sonunda qoyunların yunlarının qırxılması başlayır. Həmin o yunlar sonradan satılır.
Çobanların qaldığı yer təpələrin arasında, sivilizasiyadan uzaqda yerləşir.
Kəsilən heyvan, soyuducu olmadığı üçün həmin gecə də hazırlanaraq yeyilir.
Çobanlar çox qonaqpərvər olurlar. Vəziyyətlərindən asılı olmayaraq onlar qonaq gələn şəxs üçün bir qoyun kəsirlər.
Çobanlar həm də yaxşı qəssab olurlar
5ci sinifdə oxuyan Allahverdi yay tətilini burada ailəsi ilə keçirir.
Burada olan uşaqlar da böyüklərə işlərində yardım edirlər.
Sağılan süddən ailələr öz qidalanmaları üçün pendir, yağ və digər ağartı məsulları hazırlayırlar.
Uşaqlar yaylaq həyatına erkən yaşlardan öyrəşməyə başlayırlar.
Zədəli və xəstə qoyunlar sürüdən ayırılarır.
Ailələr paltarlarını yaxınlıqda olan bulaqlarda yuyaraq, qayalıqların üzərində qurudurlar
Burada eşşəklər yük daşımaq, əsasən də bulaqdan su gətirmək üçün istifadə edirlər
Hər şey kimi, yemək də qaz və ya elektriklə deyil, təbii şəraitdə bişirilir
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin