Kənar şəxslər üçün Xəzər dənizi ancaq neft və qazı ilə tanına bilər. Amma 50 yaşlarında boyu qısa, əlində mavi döymələri olan, ön dişləri olmayan balıqçı Mamed üçün Xəzər burada nə vaxtsa yaşayan nərə balıqları ilə həmahəngdir.
"Mən çox yaxşı pul qazanmışam. Düşünürdüm həmişə belə olacaq, " Azərbaycanın Pirallahı adasından Xəzərə çıxışı olan estakadanın yaxınlığında dayanan Mamed danışır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda balıq və balıq məhsullarının illik məhsuldarlığı 2000-ci ildən bəri 96 faiz azalaraq 739 tona düşüb.
Daha qiymətli nərə cinsli balığa nisbətən kilkələr ovun əksəriyyətini təşkil edir.
Bu, xüsusilə Pirallahı adasına (həmçinin, Artyom adlanır) təsir göstərir.
Azərbaycanın paytaxtından avtobusla təxminən iki saatlıq məsafədə olan 12 kilometrlik ada uzun müddət ölkə neft sənayesinin ulduzu olub. Bura balığına görə də az tanınmayıb.
Bu gün isə dövlət enerji nəhəngi ARDNŞ-in sahəsi olaraq bura yalnız nefti ilə anılır.
Ada həm də vertolyotların neftçiləri dəniz platformasına apardığı, qayıqların Azərbaycanın ən qədim dəniz platforması sayılan Neft Daşlarına yollandığı nəqliyyat qovşağıdır.
Pirallahının enerji sənayesindən gələn pul adanın 17 min nəfər yaşayan və rəsmi olaraq şəhər sayılan ərazisinə geri dönür.
Sakinlər buna misal olaraq dövlət büdcəsindən maliyyələşən yol tikintisini, xəstəxananın təmirini və məscid binasının inşaatını göstərir.
Ərazidə Dövlət Yüksək Texnologiyalar Parkı da salınır.
Adada qalan balıqçı ailələrdən bəziləri, görünür, enerji sahəsində işləməyə başlayıb.
Rəyi soruşulan bir neçə sakin isə ötən illərin balıq ovundan danışır. Deyirlər ki, o vaxt balıq bol idi və ovlamaq üçün də icazə tələb olunmurdu.
"Bizim öz qayığımız var idi. Çox yaxşı yaşayırdıq," 50 yaşlarında bir bərbər, xanım Əhmədova keçmişi həsrətlə xatırlayaraq deyir.
"Onlar burada nərə balığı, ağ balıq, kefal tuturdular. Ağ balıq o qədər böyük idi ki, bir neçə kişi ancaq götürə bilirdi. Balıqlardan dolma və kotlet də hazırlanırdı," o davam edir.
Əhmədova və başqaları iddia edirlər ki, bütün bunlar 1999-cu ildə balıq ovu üçün məcburi icazə vəsiqələrinin tətbiqindən sonra dəyişməyə başlayıb.
Bir çoxları adadan köçüb və balıqçılıq peşəsindən imtina edib.
"Balıq polisi gəldi və bizdən qayığımızı təhvil verməyi tələb etdi," Mamed danışır, "İndi, əgər balıq tutmaq istəyirsinizsə, qayığı qeydiyyatdan keçməlisiz, icazə almalısız".
Məmməd və ona bənzər əzələli, 20-li yaşlarda olan oğulları Rəsul və Şahin hələ də dənizdən qazanc əldə edirlər, amma bu barədə danışmaqdan imtina edirlər.
Pirallahı şəhəri ətrafında yaşayan digər ailələr kimi, onlar da balıq tutur, çünki başqa çıxış yolları yoxdur.
Deyirlər ki, əldə etdikləri məbləğ ailələrini dolandırmaq və əsas ehtiyac xərclərini ödəmək üçün kifayətdir.
Onlar balıqçılıq təsərrüfatı kimi fəaliyyət göstərmirlər.
Qanuna görə, fərdi balıqçıların qanun çərçivəsində balıq tuta bilməsi üçün yalnız bir variant var - Ovçular və Balıqçılar İttifaqına üzv olmaq.
Bu kluba üzv olan şəxslərə illik 30 manat ödəniş qarşılığında günə 5 kiloqram balıq ovlamaq hüququ verilir.
Pirallahı adasında balıq bazarları mövcud deyil. Əvəzində, yerli sakinlər təzə balığı tanıdıqları balıqçılardan gizli alırlar.
Həmin balıqçılar öz məhsullarına diqqətlə nəzarət edir və qonaqlardan qoruması üçün böyük Qafqaz çoban iti saxlayırlar.
Onların ehtiyatlı olması üçün əsas var. Qanunsuz balıq ovuna görə cərimələr bu il 20 dəfə artıb. İndi bu cərimənin məbləği 2-3 min manatdır. Məbləğ orta kənd təsərrüfatı əmək haqqından hardasa 10 dəfə çoxdur.
Mamed belə məhdudiyyətlərə görə neft sektorunu ittiham edir.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi qeyri hökumət təşkilatının direktoru Telman Zeynalov isə balıq sayının azalmasını səbəb göstərir.
Xəzərin əhalisi "təbii şəkildə artmır və əslində, balığı yetişdirib dənizə buraxacaq balıq müəssisələri çox deyil," Zeynalov dənizdən iki kilometr aralıda tikilmiş bir regional balıqçılıq təsərrüfatına işarə edərək deyir.
O, neftçıxarma prosesindən sonra yaranan axıntıların Xəzər dənizində balıqların miqdarı və ya keyfiyyətinə təsir göstərmədiyini də deyir.
"Bu başqa məsələdir ki, yerli sakinlər sahilə öz məişət tullantılarını atır. Bunu etmək olmaz," Zeynalov bildirir.
Pirallahı yaxınlığında balıqçılıqla məşğul olan ailələrin sayı haqda heç bir rəsmi məlumat yoxdur.
Bununla belə, hökumət Pirallahının balıqçılıq tərəfini də canlı saxlamağa çalışır.
Artıq ildə 75 ton Rusiya nərəkimiləri, 25 ton çökə (Xəzər rayona doğma nərə balığı) və 4 ton qara kürü əldə etməsi proqnozlaşdırılan balıq fermasında iş başlayıb. Bu barədə iyul ayında rəsmi Azərtac Xəbər agentliyi yazıb.
Burda maaşlar da yüksək ola bilər.
Yeniyetmə oğlanların qayığı təmizlədiyi, zəncirləri və torları yuyub, təmir etdiyi Mamedin estakadasında isə yerli balıqçıların dəyişiklik etməyə hazırlaşması barədə heç bir işarə yoxdur.
More about Pirallahi island here: https://chai-khana.org/en/the-oily-sands-of-artyom