İki daş arasında: Azərbaycandan köçən erməni qaçqınlar
Onlar yük maşınlarında qruplar şəklində gəlmişdilər: bəzilərinin öz maşını olsa da, çoxu icarəyə götürmüşdü.
“Bəzi kənd sakinləri bizə maşın icarəyə götürməyə və əşyalarımızı daşımağa kömək elədi,” Mixail Qaribyan xatırlayır. “Bəzi Azərbaycanlılar Ermənistana keçməyə də kömək etdi, buna görə də bura gələndə heç bir təhlükə ilə qarşılaşmadıq”.
1980-ci illərin sonunda, Dağlıq Qarabağ ətrafında davam edən gərginlik müharibə ilə nəticələndi və bir çox azərbaycanlı ailələr Ermənistandan, Erməni ailələr isə Azərbaycandan getməli oldu. Bir çox ailələr evlərini və əşyalarını dəyişdi.
Azərbaycanın Mirzik kəndindən olan Qaribyan 1988-ci ildə Azərbaycanı tərk edərək, sərhədə çox yaxın Ermənistanın Jil kəndində məskunlaşdı. O, qərbə köç etdiyi zaman yüzlərlə azərbaycanlı Azərbaycanın şərqinə köçürdu. O zaman köçməyə məcbur qalan insanlar bir daha heç vaxt doğma yurdlarına qayıda bilmədi.
Jil Sevan gölünün şimal şərqində yerləşir. 1988 –ci ilə qədər Jil kəndində əsasən azərbaycanlılar yaşayırdı. Sonradan burada məskunlaşan ermənilər əsasən Daşkəsən, Şəmkir, Xanlar (hazırkı Göygöl) kəndlərindən idilər.
Burdakı şərait yaxşı deyildi. Nəğd pul və mağazaların azlığı səbəbindən əhali günlük ərzaqları geyim və meyvə ilə dəyişməyə məcbur oldurdu. Bir çoxu yeni şəraitə uyğunlaşa bilmədikləri üçün oranı tərk edir. Buna görə də 29 il keçməsinə baxmayaraq, kəntdə cəmi 600 nəfər yaşayır.
Kəndin icra başçısı Qaribyan kimi qalmağa məcbur olanlar üçün isə bura sanki cəhənnəmdir : onlar nə Azərbaycandakı evlərinə qayıda bilmir, nə də Sevan- Vardenis şossesinə yaxın olsa da, Ermənistanın digər rayonlarına getmək üçün kəndin normal yolu yoxdur.
Kəndin Azərbaycanla sərhədi 3.5 km-dır. Altmışa yaxın kəndli sərhəd bölgəsini qoruyan orduda çalışır.
“Keçən ilin Aprel döyüşlərində vəziyyət gərgin idi,” hərbi qulluqçu Artur Hovhanisyan deyir. “Göl ilə sərhədin arasındakı məsafə 10 km-dan da azdır. Biz düşündük ki, bura hücum olacaq. Əgər Azərbaycan ordusu yolu ələ keçirsəydi, 5-6 kənd mühasirədə qalardı.”
Lakin bu baş vermədi. Yüksəkliklər Ermənistan ordusunun nəzarətində olduğu üçün, Ermənistanın şimal-şərqi ilə müqayisədə, Jil kəndində atışma səsləri az eşidilir.
ianə verin