Ermənistan: İtkin düşənlərin yolunu hələ də gözləyirlər.

Müəlli̇f:

09.01.18

Sanam Çaqaryan Qarabağ cəbhəsində xidmət edən 20 yaşlı oğlu Ağası ilə telefon əlaqəsi kəsiləndə onun başına nəsə piş bir şey gəldiyini hiss etmişdi. Hazırda 23 il keçməsinə baxmayaraq, ondan heç bir xəbər yoxdur.

 

“Mən poçta getdim və oğlumla telefonla danışmaq istədim,” Çaqaryan xatırlayır. Onun 66 yaşı var və Azərbaycan sərhədindən bir neçə kilometr uzaqda yerləşən Aygedzor kəndinin  sakinidir. Mən hər dəfə zəng edəndə əsgərlər müxtəlif bəhanələr gətirir və onun hərbi hissədə olmadığını məndən gizləməyə çalışırdılar”

Çaqaryan hətta bir neçə gecə  Aygedzor kəndinin poçt şöbəsində qalıb ki ictimai telefondan istifadə edə bilsin.

Yalnız üç aydan sonra oğlunun da daxil olduğu 7 əsgərindən ibarət qrupun Azərbaycan tərəfinin qurduğu pusquya düşdüyünü öyrənə bilir. Erməni ordusu oğlunun öldüyü xəbərini heç vaxt təsdiq etməyib.

Bu günə qədər də Sanam qrupun içində ən gənc əsgər olan oğlunun yaşadığına inanır.

“Mən oğlumun öldüyünə inanmıram, oğlum ölən o əsgərlərin içində olmayıb.”

Ermənistanın sərhəd kəndi olan Aygedzor. Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, Qarabağ münaqişəsi nəticəsində bu kəntdə iki ailənin övladı itkin düşüb.
Sanam Çağaryanın nəvələri öz əmilərini – Çağaryanın oğlu Ağası- ancaq şəkillərdə görüb.
Şam ağacının qurudulmuş budağı keçmiş Milad bayramlarından bir xatirə kimi Ağası Çağaryanın portretinin kənarına asılıb
Ağası Çağaryan, soldan birinci. 1994-cü ildə itkin düşməmişdən 3-4 il əvvəl dostları ilə.
Dağlıq Qarabağ konflikti Ağası Çağaryanın qardaşı qızı kimi sərhəddə yaşayan yüzlərlə uşağın həyatının bir parçasıdır.
Sanam Çağaryan və keçmiş hərbi qulluqçu oğlu Sarkis.
Sanam Çağaryanın qonşularının bəziləri Aygedzorun poçt məntəqəsində işləyirdi.1994-cü ildə Çağaryan oğlundan xəbər almaq üçün bir ay həmin məntəqədə qalmışdı.

Çaqaryan tək deyil- 1991-1993-cü illərdəki Dağlıq Qarabağ münaqişəsində itgin düşən sevdiklərinin nə zamansa qayıdacağına hələ də inananlar var. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (İCRC) bu ailələrlə əlaqə saxlamağa və onlara dəstək olmağa çalışır. Komitənin hesabatına görə, münaqişə nəticəsində 4500 Erməni və Azərbaycanlı itgin düşüb.

Ermənistan Qırmızı Xaç Cəmiyyətinin hesabatına görə, 400 itgin düşmə faktından 15-i Azərbaycanla sərhəddə yerləşən Tavuş kəndində qeydə alınıb. 


Müharibədən əvvəl sərhəd kəndlərin əhalisinin qarşılıqlı əlaqəsi vardı. Bəzən bu əlaqələr nəticəsində itkin düşənlər haqqında məlumat almaq olurdu. Lakin münaqişə gərginləşəndə sərhədlər bağlandı və əlaqələr tamamiylə kəsildi.

İCRC-in məlumatlarına görə, Ağası Çaqaryanın itkin düşdüyü və ya öldüyü ilə bağlı məlumatlar ziddiyətlidir. Oğlunun itkin düşməsindən sonra əsəb gərginliyindən əziyyət çəkən ana birinci versiyaya inanmaq istəyir.

Aygedzordan 131 kilometr uzaqlıqda yerləşən Tavuş rayonunun İjevan kəndində 70 yaşlı  başqa bir ana da oğlunun ölməyinə inanmaq istəmir.

Maretta Simonyanın evində 13 il evli olduğu Sarıbek Saruxyanın böyük portreti var. İtkin düşəndə onun 41 yaşı vardı və 3 uşaq atası idi.

Saruxyan yük maşını sürücüsü idi, 1990-cı il avqust ayının 19-da onun sürdüyü yük maşını hazırkı Azırbaycan və Ermənistan sərhədi olan Berkaber - Sarıqyuh kəndləri arasında tapılır. Saruxyan yük maşında olmur və hələ də onun başına nə gəldiyindən heç kimin xəbəri yoxdur.

Qarabağ münaqişəsinin alovlandığı zamanda insan oğurluğu qeyri - adi hal deyildi.  İCRC-nin səyləri və hüquqi müraciətlərin heç bir nəticəsi olmur.

Ermənistanın şimal-şərqində yerləşən Tavuş regionun administrativ mərkəzi olan İjevanda 22,000 sakin yaşayır.
İjevan sakini Marietta Simonyan 27 il əvvəl Qarabağ münaqişəsi zamanı itkin düşən əri Saribəyin fotolarına baxır.
Sarıbək Sarukyanın olduğu ailə fotosu. ( sağdan ikinci. 1990 –ci il)
Evin nəmişlik olması Sarıbək Saruxyanın şəkillərini tədricən korlayır.
1990-cı ilin 19 Avqust tarixində Saribək Saruxyanın boş yük maşını Azərbaycan sərhədindən çox da uzaq olmayan Berkaber və Sarıqyuh kəndlərinin arasındakı yolda tapılır.
2017-ci ilin Aprel ayında Qırmızı Xaç Cəmiyyəti işçiləri Qarabağ münaqişəsi zamanı itkin düşən Tavuş sakinlərinin xatirəsinə İjevan şəhərinin mərkəzində ağac əkiblər.

Satıcı işləyən Simonyan uşaqlarını tək böyüdür. İki qızı universitet oxuyub, oğlu isə atası kimi sürücü olmağı seçib.

İndi vaxtiylə atasının gördüyü işlərin  çoxu oğlanın belindədir. Lakin bu o demək deyil ki, Simonyan ərinin öldüyünü qəbul edib.

“Əgər, indi qapı açılıb, o içəri girsə, mən təəcüblənməyəcəm, çünki onun yolunu həmişə gözləyirəm.”

İcevanın şimal-şərqində üç saat yarımlıq məsafədə yerləşən kəntdə yaşayan Şuşan Xaçikyan gözü yolda qalmağın nə demək olduğunu yaxşı bilir.

1980-ci illərdə Qarabağda müharibə başlayanda Xaçikyanın, Cogaz rezervuarının mühəndisi olan əri Xaçik, Voskevan kəndindən müharibəyə könüllü gedənlərdən biri olub. 1990-cı ilin 24 iyulunda işə gedir və bir daha qayıtmır.

Uzun illər ailəsi Xaçikyanın qayıdacağına inanır.

Münaqişənin mənfi təsirləri bir çox insanin həyatında özünü göstərib. Bir ailənin üç oğlundan biri mina partlayışı zamanı əlini itirib, digər oğlu isə ayağından güclü zədə alıb.

Hazırda mağaza işlədən Xaçikyan bütün bu olanların onu həyatdan soyutmasına imkan vermir.

“Mən üç oğlumu və bir qızımı tək böyütmüşəm, həmişə müstəqil olmağa çalışmışam. Belimdə  meyvə daşıyıb satmişam ki, uşaqlarımı ac qoymayım, onları oxudum,” o deyir. “ İndi kiminsə həyatından şikayət etdiyini görəndə sadəcə gedib işləməyi məsləhət görürəm.

Üç tərəfdən Azərbaycan sərhədləri ilə əhatə olunan Koti kəndi 1990-cı ildə ən çox atışmaya məruz qalan məntəqələrdən biri idi.
Serob Çamuyan, keçmiş rabitəçi, könüllü müharibəyə gedib, daha sonra Ermənistan ordusunda rabitəçi işləyib.
1992-ci ilin 12 İyulunda onun 39 yaşlı qardaşı Hovseb Şamuyan Koti kəndindəki bu evdən meşəyə odun yığmağa gedib və bir daha qayıtmayıb.

1992-ci ilin İyun ayında, atışmanın intensivləşdiyi vaxtda Serob Şamuyanın başqa kəntdəki tanışıyla ailələri təxliyyə etməyə getməyinə mane olan da məhz iş oldu.

Orduda xidmət edən Şamuyan heç yerə gedə bilmədi. Həmin gün Şamuyanın  39 yaşlı qardaşı Hovsep də onlarda idi.

“1992-ci ilin İyul ayında mən xidmətdə idim”, 62 yaşlı Şamuyan xatırlayır.

“Axşam qardaşım evə gəlmədi. Yadıma düşdü ki, o, meşəyə odun yığmağa gedəcəkdi. Onu bu fikrindən döndərməyə çalışırdım, amma yenə də getdi.”

Vaxt itirilmədən axtarışa başlanılsa da, Şamuyanın qardaşı tapılmadı.Ondan məlumat almağın mümkün olduğu yeganə yer Azərbaycanlı və Ermənilərin müəyyən əlaqəsinin olduğu 150 kilometr şimalda yerləşən Berdevan sərhəd məntəqəsi idi.

Orada, Şamuyan qardaşının təsvirinə uyğun olan birinin Azərbaycanın qonşu kəndində olduğunu öyrəndi. “Onu əsir saxlayanlar girovu geri vercəklərinə söz verdilər və biz 10-15 gün sonra görüşməyə qərar verdik”, o deyir. “Lakin, bundan sonra onlardan xəbər çıxmadı”.

Hovsep Şamuyanın azsaylı şəkillərindən ikisi. Şəkillərin birində o, şagird, digərində anasının qucağında olan bir körpədir.
Serob Şamuyan qardaşının adını valideyinlərinin qəbir daşına həkk edib. Serobun qəbirdağına naxışlar vuran atası, altı tonluq bu daşı öz anasının xatirəsi üşün nəzərdə tutmuşdu.
23 illik atəşkəsə baxmayaraq, Ermənistanın sərhəd kəndi Voskevanda hələ də münaqişənin abu-havası hiss olunur.
“Azərbaycanlılarla münasibətimiz çox yaxşı idi. Biz bir-birimizə qonaq gedərdik”, Voskevan sakini Şuşan Xaçikyan deyir. “Kim düşünə bilərdi ki, bir gün bütün bunlar olacaq?”.
27 il keçsə də, Şuşan Xaçikyan hələ də əri Xaçikin evə qayıdacağına ümid edir.

“Mən qardaşımın artıq həyatda olmadığını hiss edirəm, o qədər uzun müddət onu əsirlikdə saxlamazlar”, Şamuyan deyir. “ Kaş ki, onun meyidini Qırmızı Xaçla bizə göndərəydilər, onu öz vətənində basdırardıq”.

Ailə ilə məsləhətləşdikdən sonra, Şamuyan qardaşının şəklinini və adını öz valideyinlərinin qəbir daşına əlavə edir. Lakin orada qardaşının  ölüm tarixi qeyd olunmayıb.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin