Ermənistan: İtkin düşənlərin yolunu hələ də gözləyirlər.
Sanam Çaqaryan Qarabağ cəbhəsində xidmət edən 20 yaşlı oğlu Ağası ilə telefon əlaqəsi kəsiləndə onun başına nəsə piş bir şey gəldiyini hiss etmişdi. Hazırda 23 il keçməsinə baxmayaraq, ondan heç bir xəbər yoxdur.
“Mən poçta getdim və oğlumla telefonla danışmaq istədim,” Çaqaryan xatırlayır. Onun 66 yaşı var və Azərbaycan sərhədindən bir neçə kilometr uzaqda yerləşən Aygedzor kəndinin sakinidir. Mən hər dəfə zəng edəndə əsgərlər müxtəlif bəhanələr gətirir və onun hərbi hissədə olmadığını məndən gizləməyə çalışırdılar”
Çaqaryan hətta bir neçə gecə Aygedzor kəndinin poçt şöbəsində qalıb ki ictimai telefondan istifadə edə bilsin.
Yalnız üç aydan sonra oğlunun da daxil olduğu 7 əsgərindən ibarət qrupun Azərbaycan tərəfinin qurduğu pusquya düşdüyünü öyrənə bilir. Erməni ordusu oğlunun öldüyü xəbərini heç vaxt təsdiq etməyib.
Bu günə qədər də Sanam qrupun içində ən gənc əsgər olan oğlunun yaşadığına inanır.
“Mən oğlumun öldüyünə inanmıram, oğlum ölən o əsgərlərin içində olmayıb.”
Çaqaryan tək deyil- 1991-1993-cü illərdəki Dağlıq Qarabağ münaqişəsində itgin düşən sevdiklərinin nə zamansa qayıdacağına hələ də inananlar var. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (İCRC) bu ailələrlə əlaqə saxlamağa və onlara dəstək olmağa çalışır. Komitənin hesabatına görə, münaqişə nəticəsində 4500 Erməni və Azərbaycanlı itgin düşüb.
Ermənistan Qırmızı Xaç Cəmiyyətinin hesabatına görə, 400 itgin düşmə faktından 15-i Azərbaycanla sərhəddə yerləşən Tavuş kəndində qeydə alınıb.
Müharibədən əvvəl sərhəd kəndlərin əhalisinin qarşılıqlı əlaqəsi vardı. Bəzən bu əlaqələr nəticəsində itkin düşənlər haqqında məlumat almaq olurdu. Lakin münaqişə gərginləşəndə sərhədlər bağlandı və əlaqələr tamamiylə kəsildi.
İCRC-in məlumatlarına görə, Ağası Çaqaryanın itkin düşdüyü və ya öldüyü ilə bağlı məlumatlar ziddiyətlidir. Oğlunun itkin düşməsindən sonra əsəb gərginliyindən əziyyət çəkən ana birinci versiyaya inanmaq istəyir.
Aygedzordan 131 kilometr uzaqlıqda yerləşən Tavuş rayonunun İjevan kəndində 70 yaşlı başqa bir ana da oğlunun ölməyinə inanmaq istəmir.
Maretta Simonyanın evində 13 il evli olduğu Sarıbek Saruxyanın böyük portreti var. İtkin düşəndə onun 41 yaşı vardı və 3 uşaq atası idi.
Saruxyan yük maşını sürücüsü idi, 1990-cı il avqust ayının 19-da onun sürdüyü yük maşını hazırkı Azırbaycan və Ermənistan sərhədi olan Berkaber - Sarıqyuh kəndləri arasında tapılır. Saruxyan yük maşında olmur və hələ də onun başına nə gəldiyindən heç kimin xəbəri yoxdur.
Qarabağ münaqişəsinin alovlandığı zamanda insan oğurluğu qeyri - adi hal deyildi. İCRC-nin səyləri və hüquqi müraciətlərin heç bir nəticəsi olmur.
Satıcı işləyən Simonyan uşaqlarını tək böyüdür. İki qızı universitet oxuyub, oğlu isə atası kimi sürücü olmağı seçib.
İndi vaxtiylə atasının gördüyü işlərin çoxu oğlanın belindədir. Lakin bu o demək deyil ki, Simonyan ərinin öldüyünü qəbul edib.
“Əgər, indi qapı açılıb, o içəri girsə, mən təəcüblənməyəcəm, çünki onun yolunu həmişə gözləyirəm.”
İcevanın şimal-şərqində üç saat yarımlıq məsafədə yerləşən kəntdə yaşayan Şuşan Xaçikyan gözü yolda qalmağın nə demək olduğunu yaxşı bilir.
1980-ci illərdə Qarabağda müharibə başlayanda Xaçikyanın, Cogaz rezervuarının mühəndisi olan əri Xaçik, Voskevan kəndindən müharibəyə könüllü gedənlərdən biri olub. 1990-cı ilin 24 iyulunda işə gedir və bir daha qayıtmır.
Uzun illər ailəsi Xaçikyanın qayıdacağına inanır.
Münaqişənin mənfi təsirləri bir çox insanin həyatında özünü göstərib. Bir ailənin üç oğlundan biri mina partlayışı zamanı əlini itirib, digər oğlu isə ayağından güclü zədə alıb.
Hazırda mağaza işlədən Xaçikyan bütün bu olanların onu həyatdan soyutmasına imkan vermir.
“Mən üç oğlumu və bir qızımı tək böyütmüşəm, həmişə müstəqil olmağa çalışmışam. Belimdə meyvə daşıyıb satmişam ki, uşaqlarımı ac qoymayım, onları oxudum,” o deyir. “ İndi kiminsə həyatından şikayət etdiyini görəndə sadəcə gedib işləməyi məsləhət görürəm.
1992-ci ilin İyun ayında, atışmanın intensivləşdiyi vaxtda Serob Şamuyanın başqa kəntdəki tanışıyla ailələri təxliyyə etməyə getməyinə mane olan da məhz iş oldu.
Orduda xidmət edən Şamuyan heç yerə gedə bilmədi. Həmin gün Şamuyanın 39 yaşlı qardaşı Hovsep də onlarda idi.
“1992-ci ilin İyul ayında mən xidmətdə idim”, 62 yaşlı Şamuyan xatırlayır.
“Axşam qardaşım evə gəlmədi. Yadıma düşdü ki, o, meşəyə odun yığmağa gedəcəkdi. Onu bu fikrindən döndərməyə çalışırdım, amma yenə də getdi.”
Vaxt itirilmədən axtarışa başlanılsa da, Şamuyanın qardaşı tapılmadı.Ondan məlumat almağın mümkün olduğu yeganə yer Azərbaycanlı və Ermənilərin müəyyən əlaqəsinin olduğu 150 kilometr şimalda yerləşən Berdevan sərhəd məntəqəsi idi.
Orada, Şamuyan qardaşının təsvirinə uyğun olan birinin Azərbaycanın qonşu kəndində olduğunu öyrəndi. “Onu əsir saxlayanlar girovu geri vercəklərinə söz verdilər və biz 10-15 gün sonra görüşməyə qərar verdik”, o deyir. “Lakin, bundan sonra onlardan xəbər çıxmadı”.
“Mən qardaşımın artıq həyatda olmadığını hiss edirəm, o qədər uzun müddət onu əsirlikdə saxlamazlar”, Şamuyan deyir. “ Kaş ki, onun meyidini Qırmızı Xaçla bizə göndərəydilər, onu öz vətənində basdırardıq”.
Ailə ilə məsləhətləşdikdən sonra, Şamuyan qardaşının şəklinini və adını öz valideyinlərinin qəbir daşına əlavə edir. Lakin orada qardaşının ölüm tarixi qeyd olunmayıb.
ianə verin