Dzyunashogh: Azərbaycandan qalan sınıq xatirələr
Oxuduğunuz foto hekayə Chai Khana arxivinin bir hissəsidir. 2015–2025-ci illər arasında Chai Khana Cənubi Qafqaz ölkələrindən - Gürcüstan, Ermənistan və Azərbaycandan vizual hekayələr paylaşıb.
Dzyunashogha gedən yol uzun və çala-çuxurludur. Ermənistan və Gürcüstan arasındakı dağlarda yerləşən bu ucqar kəndin sakinlərinin yaşlanmış xatirələri də elə bu çuxurlu yollara bənzəyir. Yollar geri dönüşün olmayacağını pıçıldayır. Otuz il əvvəl Dzyunashoghda buraya "Qızıl Şəfəq" və ya "Qırmızı şəfəq" adını verən etnik azərbaycanlılar yaşayırdı.
Lakin 1980-ci illərin sonunda Dağlıq Qarabağ bölgəsinə görə Ermənistanla Azərbaycan arasında gərginlik yarananda, kəndlilər evlərini Azərbaycanda yerləşən Kərkənc kəndindəki etnik ermənilərlə dəyişmək qərarı alır.
Kərkənc Dzyunashoghdan təxminin 540 kmlik məsafədə yerləşir.
Bir keçmiş Kərkənc sakini deyir ki, Azərbaycanı tərk etmək barədə ilk dəfə 1988-ci ilin fevralında Azərbaycanın Sumqayıt şəhərində etnik ermənilərin öldürülməsindən sonra düşünüb.
"Bir gün işdə idik, azərbaycanlılardan biri gəlib dedi ki, kənddən ayrılmalıyıq", 63 yaşlı Saşik Vardanyan xatırlayır. "İnanmadıq. Hər şey Sumqayıtdan sonra başladı."
Kəndlərin dəyişdirilməsində bir məqsəd var idi: kəndi bir yerdə saxlamaq. Bir qeyri-rəsmi komitə Ermənistanda potensial yeni ev tapmağa çalışırdı. Diqqət ilk növbədə Ermənistanın Ararat vadisinə, ermənilər üçün mədəni simvol sayılan Ararat dağının ətəyindəki zəngin kənd təsərrüfatı düzənliyinə yönəldi.
Ancaq paytaxt Bakıdan köçürülmüş ermənilər artıq bu ərazidəki kəndlərə məskunlaşmışdılar.
Lakin Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorun təxminən 52 km şimalındakı Qızıl Şəfəqə (Dzyunashogh) köçmək isə mümkün idi. Çünki buranın etnik azərbaycanlı sakinləri Kərkənc kəndliləri ilə eyni arzunu bölüşürdülər - birlikdə qalmaq və sülh içində yaşamaq.
Komitə, Kərkəncdə yaşayan 250 ailəninin hər biri üçün ailənin ölçüsünə görə yaşayış yerləri təklif etdi, Vardanyanın həyat yoldaşı 58 yaşlı Sonia xatırlayır.
Sonra fərdi ailələr öz təkliflərini irəli sürdülər, bir çox azərbaycanlı kəndlilərlə birbaşa danışıqlar aparmaq üçün Qızıl Şəfəq kəndinə üz tutur.
Hər iki tərəf üçün də prioritet yeni gələnlərin qəbiristanlıqları qoruya biləcəyinə əmin olmaq idi. Hər iki mədəniyyətdə də ölülərə hörmət göstərmə çox önəmlidir, hətta şərəf məsələsidir.
Beləliklə, hər iki kəndin sakinləri bir-birinin qəbiristanlığını kollektiv məsuliyyət kimi qoruyacağı ilə bağlı and içir.
"Bu günə qədər qəbiristanlıqlara qayğı göstəririk və uşaqlarımıza da bunu başa salırıq", Saşik Vardanyan deyir.
Artıq erməni kəndlilərinin qəbiristanlığı etnik azərbaycanlıların geridə qalan qəbiristanlığının yanında yerləşir.
Kəndlərin mübadiləsi 1989-cu ilin may və avqust ayları arasında sülh içində baş tutur. Kəndlilər deyirlər ki, hökumət və hakim Kommunist Partiyası yerdəyişmədə heç bir rol oynamayıb və bu hadisəyə biganə yanaşıb.
Az avtomobil təchizatı ilə kəndləri dəyişmək asan iş deyildi.
Bəzi kəndlilər deyirlər ki, Kərkənc kəndlilərini Ermənistana gətirən eyni avtomobildə etnik azərbaycanlı kəndlilər Kərkəncə gedirdilər.
Artıq Kərkəncdən Ermənistana köçmüş bir gənc yenidən Azərbaycana qayıdır və Sonia Vardanyanın ailəsi "gecə saat 2-də Azərbaycandakı kəndi tərk edirlər".
Belə gec vaxt təhlükəsizlik məqsədləri üçün seçilir. Eyni şəkildə sakinlər Azərbaycanla Ermənistanın inzibati sərhədindən keçmək əvəzinə, Azərbaycanın qərbində yerləşən Qazax rayonundan Gürcüstana, daha sonra isə yeni kəndlərinə köçürlər.
"Biz həmin kənddən (Kərkənc) ayrılan sonuncu adamlar idik, vəziyyət pisləşmişdi", deyir Vardanyan köçmək üçün avtomobil tapmaqda çətinlik çəkdiklərini də deyir.
Kəndlilər Qızıl Şəfəqə köçəndən sonra yeni yaşayış yerinə Azərbaycandakı kəndlərinin adını vermək istəyirlər. "Dzyunashogh" adının niyə seçilməsi məlum deyil. Köməklə bağlı fikir ayrılığı vardı. Şimali Ermənistan dağlarının iqlimi Kərkəncə nisbətən daha soyuq idi. Üstəlik onlar Azərbaycanda üzüm bağı yetişdirirdilər. Qızıl Şəfəqdə isə etnik azərbaycanlıların əsas gəlir mənbəyi mal-qara, kartof və taxıl idi.
Sonia Vardanyan xatırlayır ki, onlar Dzyunashogha gəldikdə kənddə artıq kartof, arpa və buğda əkilmişdi.
"İnsanlar işləməyə başladı, kimisi inək sağırdı. Mən qışda tövlədə işləyirdim, yaz aylarında isə mal-qaranı dağlarda otarırdım".
Bu gün burada yaşayan 27 ailənin əksəriyyəti pul qazanmaq üçün əsasən süd satır. Bu ailələrin yalnız səkkizi Kərkəncdən gələndir.
Dzyunashoghda vaxt sanki yerdəyişmə vaxtında donub qalıb. Evlərin əksəriyyəti məhv olub ya da tərk edilib.
Bakıdan olan etnik erməni miqrantları "heç bir şey edə bilmədi, çünki onlar keçmiş şəhər sakinləri idi", Sonia Vardanyan deyir. "Beləcə insanlar kəndi bir-bir tərk etməyə başladı, hər kəs Rusiyaya getdi. "
Burda qalmaq çətinlik demək idi. Nə ictimai nəqliyyat var idi, nə qaz təchizatı, nə də mağaza.
" Bir avtobus var idi, ancaq yoxa çıxdı", Sonia Vardanyan deyir. "Ərzaq dükanı var idi, çörək alardıq ordan. O da getdi. Hər şey özəlləşdirildi, ya da bölüşdürüldü".
Kərkəncli ermənilər Dzyunashoghu evləri kimi görürlər, lakin öz kəndləri üçün də həzin-həzin darıxırlar.
Hər iki kəndi ziyarət edən jurnalistlərdən başqa, Kərkəncdən birbaşa xəbər almaq üçün heç bir yol yoxdur.
Sonia Vardanyan, keçmiş azərbaycanlı həmkarlarını və qonşularını düşünərək "biz uzun illər yan-yana yaşayırdıq" deyir.
“The singer and drummer were from our village, the accordionist and clarinetist from a neighboring [ethnic Armenian] village.
O, hər həftə sonu Kərkəncin toy salonunda insanları bir araya gətirən "əsl" erməni toylarını xatırlayır. "Müğənni və təbilçi bizim kənddən idi, akordionçu və klarnet çalan isə qonşu [etnik erməni] kənddən idi", o deyir.
"Onlar dost oldular və hər həftə kəndimizdə musiqi çalırdılar. Qonşularımızla bir araya gəlib əylənirdik. "
Saşik Vardanyan isə torpağı xatırlayır. "Kərkənc əcdadları İranın Xoy şəhərindən olan ermənilərin ləhcəsində "daşdan bərk" deməkdir. "Lakin orada bir daş tapa bilməzdin. Ətrafda ancaq qara torpaq və üzüm bağları vardı... Biz suyu bulaqlardan doldururduq", o deyir.
Kəndlilər bir gün, bir şəkildə Azərbaycandakı kəndlərini görmək ümidi ilə yaşayırlar. İndi onları doğma kəndlərinə bağlayan yalnız xatirələrdir.
Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.