Mirbağır İsmayılov
Müəllifin materialları
Oktyabr ayında Dağlıq Qarabağ müharibəsinin gərgin günlərindəki hakim gündəmdən bir qədər uzaqlaşmaq üçü kameramı götürüb Lənkəranın Aşağı Nüvədi kəndinə getdim. Kənddə çətin anlara baxmayaraq, gündəlik yaşam qayğılarını davam etdirən köhnə tanışlarla görüşdüm.
Aşağı Nüvədi kəndində yaşayan Səxavət Həsənov 30 ilə yaxındır ki, elə yaşadığı kəndin sahilində balıqçılıqla məşğuldur. Rameş, Rza və Tehran da onun kimi uzun illərdir vaxtını dənizlə, balıqçılıqla keçirir.
Müharibə başlayalı onlar hər gün cəbhə xəbərlərini izləyir, döyüşən qohum və həmkəndliləri ilə maraqlanırlar, bəzən isə onlardan gələn bəd xəbərlərin kədərinə qapılırlar.
Bütün bu baş verənlərlə yanaşı həyatlarına qaldıqları yerdən davam edirlər. Onlar hər gün səhər tezdən dənizə girib balıq ovlayır, çətin günlərdə torlarının boş olmamasını və möcüzə baş verməsini – bütün arzularını yerinə yetirəcək qızıl balığı gözləyirlər.
Qızılbalıq üçün bir neçə arzu və digər ədviyyatlar
Oğlan övlad istəyən ailənin dördüncü qızına Qızbəs adı verilib, qıza “bəs” demək üçün. Lakin Qızbəs qoymayıb ki, adı onun taleyini müəyyən etsin. O, bu gün Lənkəranda yerli musiqini qorumaq üçün istedad, cəsarət və əzm göstərən qadınlardan ibarət folklor ansamblına rəhbərlik edir.
Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.