Mətləb Muxtarov
Mətləb Muxtarov 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinoşünaslıq üzrə təhsil alıb. Bir müddət Türkiyədə reklam və serial sektorunda fəaliyyət göstərdikdən sonra Azərbaycanda müxtəlif telekanallarda rejissor işləyib. Kinodan əlavə, ədəbiyyat, mifologiya, fəlsəfə ilə maraqlanır.