“2020” mövzusunda yaradıcı sənədli film ideyaları üçün müsabiqə

17.12.2020

Chai Khana Cənubi Qafqazdan olan rejissorlar üçün “2020” mövzusunda yaradıcı qısa sənədli film ideyaları üzrə müsabiqə elan edir. Biz unikal mövzular və 2020-ci ili əhatə edən yaradıcı, kinematoqrafik interpretasiyalar axtarışındayıq. Bu il sizin üçün, icmanız və ya ölkəniz üçün nəyi ifadə edir? Bu sualın cavabı olaraq film ideyanızı təsirli vizual konsepsiya və üslubda təqdim edin. Filminiz obraz–mərkəzli, sənədli esse, və ya hansısa spesifik hadisə və ya hadisələr zəncirini təsvir edən qısa film ola bilər. Seçilmiş mövzunun maraqlı və yaradıcı interpretasiyasını çatdıracağı təqdirdə, istənilən film formatı nəzərə alınacaq.

 

Kimlər müraciət edə bilər: Cənubi Qafqazdan (Azərbaycan, Ermənistan və Gürcüstan, eləcədə münaqişə bölgələrində yaşayanlar) ən azı 2-3 qısa yaradıcı sənədli film üzərində çalışmış yerli sənədli film rejissorları.

Əvvəlki sənədli film işlərinizdən ən azı iki nümunə ilə birgə, müraciət etdiyiniz filmin loqlayn və sinopsisini, o cümlədən CV-nizi “ ‘2020’ mövzusunda yaradıcı sənədli film ideyaları üçün müsabiqə” başlığı ilə info@chaikhana.media ünvanına göndərin.

Chai Khananın redaksiya heyəti bütün təklifləri nəzərdən keçirəcək. Sizin ideyanız ilkin mərhələdən keçərsə, sizdən əhatəli pitçinq və əgər varsa, qısa teaser (və ya görüntülər) də daxil olmaqla bəzi əlavə məlumatlar göndərməniz istənəcək. Qonorar 700 – 1000 avro (net) təşkil edəcək (səyahət və digər xərclər daxil olmaqla).

Sinopsis və loqlaynı göndərmək üçün son tarix: 15 Dekabr, 2020. İdeyalar göndərildikcə dəyərləndiriləcək, ona görə təkliflərinizi ən qısa zamanda göndərməyiniz xahiş olunur.