Cənubi Qafqaz fotoqrafları üçün “2020” mövzusunda foto-layihə ideyası müsabiqəsi

17.12.2020

Chai Khana Cənubi Qafqazdan olan fotoqraflar üçün “2020” mövzusunda foto layihə ideyaları üzrə müsabiqə elan edir. Biz unikal mövzular və 2020-ci ili təmsil edəcək yaradıcı interpretasiyalar axtarışındayıq. Bu il sizin üçün, icmanız və ya ölkəniz üçün nəyi ifadə edir? Bu sualın cavabı olaraq foto-layihənizi təsirli vizual konsepsiya və üslubda təqdim edin. Layihə obraz–mərkəzli, sənədli esse, və ya hansısa spesifik hadisə və ya hadisələr zəncirini təsvir edən foto-hekayə ola bilər. Seçilmiş mövzunun maraqlı və yaradıcı interpretasiyasını çatdıracağı təqdirdə, istənilən foto-layihə üçün istənilən format nəzərə alınacaq.
 

Kimlər müraciət edə bilər: Cənubi Qafqazdan olan (Ermənistan, Azərbaycan, və Gürcüstan, münaqişə bölgələri də daxil olmaqla) yerli fotoqraflar.

Loqlayn və sinopsisi portfolionuza (vebsayt, İnstagram profili, facebook foto səhifəsi) keçid ilə birlikdə göndərin.

Chai Khananın redaksiya heyəti bütün təklifləri nəzərdən keçirəcək. Sizin ideyanız uğurlu olarsa, sizdən əhatəli pitçinq də daxil olmaqla bəzi əlavə məlumatlar göndərməniz istənəcək. Hər bir foto layihə üçün 300 avro (net) məbləğində qonorar nəzərdə tutulub. (Bu müsabiqə üçün toplam üç layihə qəbul olunacaq. Azərbaycan, Ermənistan, və Gürcüstandan – mübahisəli regionlar daxil olmaqla - hər ölkədən bir layihə şəklində)