17 Yaşında Gəlin

Fotoqraf: Sitarə İbrahimbəyli,

Jurnalist:

23.08.18
Mövzu: Qadınlar

Onların nikahı rəsmi qaydada bağlanmadı. Amma qohum-əqrəbanın, qonşuların, dostların gözündə iki gəncin ailə qurmasını rəsmiləşdirən bütün ənənələr üsulunca yerinə yetirildi.

Toydan bir gün öncə qadınlardan ibarət xınayaxdı mərasimi təşkil edildi, 17 yaşlı Təranənin rəfiqələri, qohumları ona xeyir-dua verməyə və əylənməyə yığışdı.

Qız evi qonaqlarla qaynayırdı, masalar açılmış, hər kəs ən gözəl paltarını geyinmişdi. Bir azdan 21 yaşlı bəy gələcək və nişanlısı Təranəni atası evindən aparacaqdı…

Lerik rayonunda toyu baş tutan bu cütlük hüquqi əsasla evlənmirlər. 17 yaşlı Təranə rəsmi nikah üçün qoyulan minimum yaş həddindən bir yaş aşağıdadır.

BMT-nin hesabatına görə, bir çox azərbaycanlı bu cür erkən nikahı İslam dini ilə əsaslandırmağa çalışır. Xalq arasında belə bir fikir var ki, İslam erkən nikahları qəbuledilən sayır. Şəriət qanunlarında isə evlilik üçün konkret yaş minimumu yoxdur, sadəcə bir insanın evlənməmişdən əvvəl psixoloji yetkin və sağlam olması hökmü nəzərdə tutulur. Qafqazda erkən nikahlara dair Britaniyanın bir təşkilatının apardığı tədqiqat isə göstərir ki, dini kəbinləri kəsən axundlar bu fikrin formalaşmasına təsir edib, erkən nikahların qəbuledilən olması fikrini aşılayıblar. Aparılan başqa bir tədqiqat üçün müsahibə alınmış axund isə izah edib ki, İslamda erkən nikah uşaq evliliyi demək deyil.

Erkən nikahlar Lerik bölgəsində tez-tez rast gəlinən adi hadisədir. Bu mənzərəni daha dəqiq göstərmək üçün statistik göstəricilər belədir: UNICEF-in 2011-ci ildə apardığı hesablamalara görə, Azərbaycan qızlarının 11 faizi 18 yaşını qeyd etmədən ərə verilir.

Bununla belə, erkən nikahlarda dinin rolu mürəkkəbdir.

Təranənin toyunda axund iştirak etmirdi. Gəlinin yola salınma mərasimində cütlüyün Quranın altından keçirilməsi isə yerli camaat üçün simvolik bir əhəmiyyət daşıyır, bir növ nikaha legitimlik qazandırır.

Azərbaycanda tanınmış bir çox din xadimi, eləcə də dövlət rəsmiləri isə erkən nikaha girməyi pisləyirlər, lakin Lerik kimi bölgələrdə yoxsulluq, eyni zamanda ailə qurmağa və qadının ana olmasına əhəmiyyət verilməsi azyaşlı qızların evləndirilməsinə asanlıqla yol açır.

Ailənin nüfuzu məsələsi də bu məsələdə böyük rol oynayır. Məsələn, yerli mətbuata yayılmış məlumatlara görə, Lerikdə 14 yaşlı qız zorlanmaya məruz qaldıqdan sonra  ailəsi qızın adını və ləyaqətini qorumaq üçün onu təcavüz edən şəxslə evləndirmək qərarı verib. Bu hadisə Azərbaycanda qızların erkən yaşda nikaha girməsinə dair geniş müzakirələri yenidən gündəmə gətirib.

Təranənin ailəsi üçünsə erkən nikah müzakirə məsələsi olmayıb. Ailə hesab edir ki, yeniyetmə qız üçün evlənmək vaxtı gəlib çatıb və onu atasının iş parnyorunun oğlu ilə evləndirmək doğru qərardır. Təranə isə öz gələcək ərini bu qərardan cəmi bir neçə gün əvvəl tanıya bilib.

Fotoqraf Sitarə İbrahimova Lerikdə kəndləri gəzərkən Təranənin toy mərasiminə baş çəkib. 17 yaşlı gəlinin evlilik mərasimi Sitarə İbrahimovanın fotolarında belə əks olunub…

Təranənin toyundan bir gün əvvəl ənənəvi xınayaxdı mərasimi keçirildi, qızlar evə toplaşıb əllərinə ...
Təranənin toyundan bir gün əvvəl ənənəvi xınayaxdı mərasimi keçirildi, qızlar evə toplaşıb əllərinə xına çəkdilər. Gəlinin əmisiqızı onu mərasimə hazırlaşdırır. O da Təranə kimi nişanlıdır və 16 yaşında ailə quracaq.
Kənddə toya hazırlıq gedir.
Təranə tələb olunan nikah yaşına, yəni 18 yaşına çatana kimi evliliyi rəsmiləşdirilməyəcək.
Toy günün səhəridir, ailə üzvləri, qohumlar qız evinə yığışıblar, süfrə qurulub.
Qadınlar gəlinin evində təşkil olunan xına mərasimində qırmızı yaylıq üzərinə düyü səpirlər. Düyü il ...
Qadınlar gəlinin evində təşkil olunan xına mərasimində qırmızı yaylıq üzərinə düyü səpirlər. Düyü ilə bağlı adət-ənənələr Azərbaycanda məhsuldarlığın simvoludur.
Təranə ər evinə aparacağı cehizini hazırlayır.
Təranə ər evinə aparacağı cehizini hazırlayır.
Gəlinin cehizinə həm dəbdəbəli, həm də sadə, gündəlik ehtiyacları ödəmək üçün lazım olan əşyalar daxil edilib.
Təranə qohum qızlarla şəkil çəkdirir.
Azərbaycanda qızlari evləndirərkən əsasən “vermək” sözündən istifadə edirlər. Analar “verdikləri” qızlarını artıq ailə üzvü saymırlar.
Kişilərdən ibarət musiqi qrupu Təranənin tikintisi yarımçıq ata evinə dəvət edilib. Qız atası deyir ki, kiçik oğlunu da ailə sahibi edəndən sonra missiyasını tamamlamış hesab edəcək və rahatlıq tapacaq.
Təranə ərindən boşansa, yaxud ərinə nəsə olsa, valideynləri nə edər? Bu sualı eşidən kimi evdəki qad ...
Təranə ərindən boşansa, yaxud ərinə nəsə olsa, valideynləri nə edər? Bu sualı eşidən kimi evdəki qadınlar fotoqrafa yalvar-yaxar etdilər ki, bu sözü heç işlətməsin ki, belə də olmasın.
Ənənəvi musiqi sədaları altında rəfiqəsi taxta pilləkəndən Təranəyə düşməyə kömək edir. Rəfiqəsi Tər ...
Ənənəvi musiqi sədaları altında rəfiqəsi taxta pilləkəndən Təranəyə düşməyə kömək edir. Rəfiqəsi Təranəni oğlan evinə qədər müşayiət edəcək.
Dini kəbin kəsdirmə mərasimi olmasa da, gənclər Quran altından keçirildilər. Quranın altından keçmək yerli camaat üçün simvolik bir əhəmiyyət daşıyır, bir növ nikaha legitimlik qazandırır.
Təranənin əri 21 yaşındadır. O, Təranənin atasının iş ortağının oğludur. Cütlük ilk dəfə toydan bir neçə gün qabaq görüşüb tanış olublar.
Təranə hələ təzəcə tanıdığı gələcək əri ilə birlikdə çox utancaq və narahat görünürdü.
Təranə 10 yaşından etibarən təhsilini yarımçıq qoyub. Atası deyir ki, özü və həyat yoldaşı işlədikləri üçün Təranəni təkbaşına hər gün məktəbə göndərə bilməzdilər. “Camaat nə deyər” fikrinin hakim olduğu cəmiyyətdə ailələr, xüsusən də atalar və qardaşlar qızlar üzərində nəzarət qurmaqla öz ləyaqətlərini qorumuş hesab edilirlər.
Təranə ata evini tərk etməyə və yeni ailəsinə qoşulmağa hazırlaşır. Maddi imkanı az olan ailələr üçü ...
Təranə ata evini tərk etməyə və yeni ailəsinə qoşulmağa hazırlaşır. Maddi imkanı az olan ailələr üçün qızı ərə vermək həm də ona görə vacibdir ki, ailə yükdən bir qədər azad olur.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin