İnsanlar və qacetlər

Müəlli̇f: Emin Mathers

28.05.21
Buraxılış: Rəqəmsal izlər

Smartfonların meydana gəlməsi ilə insanlarla qacetlər (kiçik qurğular) arasında sıx əlaqənin təməli qoyulmuş oldu. Bu cihazlar hələ ki bizim qolumuza yerləşdirilməmiş ola bilər, lakin son on il əzrində bizim ünsiyyət qurma və axtarış etmə tərzimizi köklü surətdə dəyişib. Bu gün bu cihazlar hətta rəqəmsal dünyanın da yaranmasına təkan verib. Demək olar ki, bizim hər birimiz bu yastı və düzbucaqlı əşyalardan asılı vəziyyətə düşmüşük. Onları nə əlimizdən yerə qoyur, nə də onlardan ayrı qala bilirik.

2007-ci ildə birinci nəsil “İphone”ların buraxılışından bəri, smartfonlar bir yenilik olmaqla yanaşı, həyatımızın vacib hissəsinə çevrilməkdədirlər. İnsanların rəqəmsal asılılığı artıqca, qeyri-maddi alətlər olan tətbiqlərdən də asılılıq getdikcə artmaqdadır.

Bu gün smartfonlar demək olar ki, insanlar üçün oksigen qədər vacibdir. Bu cihazlar bəşər tarixində kəşf edilmiş hər hansı məlumatı bir göz qırpımında tapıb çıxarmağa qadirdirlər. Məsələn, “dairənin çevrəsinin uzunluğunu necə hesablamaq olar?” sualına “Google” axtarış sistemi vasitəsilə cavab tapıb bir neçə saniyə ərzində istənilən mübahisəyə son qoymaq olar. Bu, bizə incəsənət nümunələri yaratmaq, beynəlxalq tədbirləri izləmək, eləcə də məkanımızdan asılı olmayaraq, dünyanın müxtəlif nöqtələrində səsimizi eşitdirmək imkanı yaradır.

Bundan başqa, bu cihazlar bizə imkan verir ki, öz həmfikirlərimizi tapaq, xüsusi günlərimizdə sərhədləri aşaraq virtual görüşlər təşkil edək, öz xatirələrimizi yaddaşda saxlayaraq paylaşaq, artıq mövcud olmayan bir dildən sözləri tərcümə edək. Onların təklif etdiyi imkanlar həmçinin bizi sonsuz “like” ovuna” çıxmağa təşviq edir...

Bu cihazların gəlişi ilə biz artıq pulqabı, maqnitofon, gündəlik, rəsm albomu, foto və videokamera, xəritə, qəzet və ya video-oyun aparatları kimi əşyaların istifadəsindən imtina etmişik. Biz hətta bəzi tətbiqlər sayəsində smartfonlarımızdan kitab və televizor pultu kimi də istifadə edə bilirik.

Son 13 il ərzində smartfonlar “hər zaman onlayn” olan və hər cür rəqəmsal simulyasiyaya reaksiya verə bilən nəslin meydana gəlməsinə səbəb olub. Bu cihazlar sayəsində artıq heç vaxt təsəvvür edə bilməyəcəyimiz bir tərzdə işləməyə başlamışıq.  İndi isə nanosaniyələr ərzində əlaqə yaratmağa və ildırım sürətilə məlumat paylaşmağa imkan verən 5G texnologoyası bu cihazların imkanlarını daha da artırıb insan bədəninin bir hissəsinə çevrirərək, bizim ulduzlara çatma arzularımızı bir az da yaxınlaşdırır.

 

 

İnsanların çoxu gün ərzində 2 saatdan 10 saatadək məhz bu cür görünür.

 

Yeni və çox sadə texnologiya bizə imkan verdi ki, bədənimizin məhdudiyyətləri ilə bağlı təhlükələri və qorxuları dəf edə bilək. İnsanlar artıq bu şəkildə transplanetar varlıqlara çevrilməkdədirlər.

 

Qədim insanlar təbiət qarşısında yetərli fiziki gücə sahib olmadıqları üçün iti daşlardan alətlər düzəltmişdilər. İndi ətrafımızdakı dünyanı təhlil etmək və öz təcrübələrimizi qeydə almaq üçün kiçik cihazlardan istifadə edirik. Qədim daşları artıq “iTool” ilə əvəz etmişik.

 

“gTranslation” iki müxtəlif dövrün toqquşması və birgə mövcudluğunu əks etdirir: Azərbaycanda ərəb əlifbasından istifadə edildiyi period və bu gün ərəb əlifbasını bilmədiyimiz halda, cibimizdəki cihaz vasitəsilə keçmişi “tərcümə” edə bildiyimiz dövr.

 

Smartfonlarımızın peyklərə qoşulmaq imkanı bizim hərəkət istiqamətimizi tapmaq vərdişlərimizi köklü surətdə dəyişib.

 

Hətta qədim dövrlərdə insanların mənəvi ehtiyaclarını ödəməsi üçün istifadə etdikləri itiuclu alətlər rəqəmsal bədii yaradıcılıq forması ilə əvəz olunub.

 

Kiçik qulaqlıqlardan istifadə insanların zaman və məkan üzərindən ünsiyyət qurmasına imkan verir.

 

Yeni texnologiya o deməkdir ki, biz istənilən yerdə demək olar ki, hər bir şey edə bilərik. Hətta parka uzanmış vəziyyətdə belə. Lakin bu, bizimlə ətraf dünya arasında baryer yaratmış olur.

 

Biz ov nizələrimizi bir kənara qoyub hazır məhsullardan yemək bişirməkdən imtina etmişik. Artıq saysız-hesabsız onlayn variantlar arasından seçim edib səbrlə yeməyin düz qapımıza çatdırılacağını gözləyirik.

 

Öz növbəsində pandemiya da bizim əlamətdar hadisələri qeyd etmə və ünsiyyət saxlama vərdişlərimizdə texnologiyanın rolunu inqilabi şəkildə dəyişib.

 


Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.


“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir. Biz hazırda "Rəqəmsal izlər" mövzusu üzərində işləyirik. Həyatımızda mühüm rol oynayan kompüterlərin, tabletlərin və mobil tətbiqlərin rifahımıza, münasibətlərimizə, icmalarımıza və cəmiyyətlərimizə necə təsir etdiyini - rəqəmsal bir dövrdə yaşamağın nə demək olduğunu araşdırırıq. Sizin ianəniz bu mövzu üzərində işləyən əməkdaşlarımıza dəstək üçün istifadə olunacaq.
ianə verin