Bağlı sərhədlər və açıq suallar
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiyanın başa çatdığı rəsmən elan olunsa da, Azərbaycan hökuməti xəstəliklərin yayılmasının qarşısının alınması zərurətini əsas gətirərək 2020-ci ilin mart ayından bəri quru və dəniz sərhədlərini bağlı saxlayır. Naxçıvanla Türkiyə arasında bu il açılmış sərhəddən başqa, ölkəyə girişin yeganə yolu hava ilədir. Qapalı sərhədlərin vətəndaşlar üçün yaratdığı ciddi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti rəsmi olaraq sərhədlərin vəziyyəti ilə bağlı o qədər də geniş məlumat açıqlamır.
Bəziləri hesab edir ki, bu siyasət Rusiyadan, xüsusən Dağıstandan ölkəyə axınının qarşısını almaqdan ibarətdir, məsələn, Qazaxıstan və Gürcüstan 2022-ci ildə Ukraynanın işğalından sonra Rusiyadan köç edənlərə nəzarət etməkdə çətinlik çəkirlər. Bununla belə, rusların onsuz da təyyarə ilə ölkəyə daxil olduqları vurğulanır: Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm İdarəsinin hesabatlarında bildirilir ki, 2023-cü ilin ilk altı ayında Rusiya Federasiyasından ölkəyə ümumilikdə 375,100 nəfər gəlib.
Məsələ ilə bağlı başqa variantlar da var: bəzi analitiklər hesab edirlər ki, bu siyasət, xüsusən də İran və Ermənistanla davam edən gərginliyi nəzərə alsaq, təhlükəsizlik problemləri ilə bağlı ola bilər. Digərləri yeni magistralın və ya modernləşdirilmiş dəmir yolu xətlərinin tikintisini asanlaşdırmaq üçün sərhədlərin bağlanması fikrini irəli sürürlər.
Tənqidçilər həmçinin iddia edirlər ki, sərhədlərin bağlı qalması dövlətə məxsus aviaşirkətin daha yüksək gəlir əldə etməsi kimi xüsusi maraqlara səbəbindən ola bilər; bu, ümumiyyətlə, vətəndaşların hüquqlarının pozulması kimi dəyərləndirilir.
Onlar əcnəbilərin ölkəni quru yolla tərk etməsinə və Naxçıvan sakinlərinin sərhədi keçməsinə icazə verildiyi halda, digər Azərbaycan vətəndaşlarının bu imkandan məhrum edilməsini ardıcıl olmayan siyasət kimi izah edirlər.
Sərhədlərin bağlı qalması zərərçəkən vətəndaşlar arasında qəzəbin artmasına səbəb olur, xüsusilə onlayn platformalarda bunu aydın görmək mümkündür. İctimaiyyətin emosional vəziyyətindən və öz marağımdan ilhamlanaraq bu foto-layihəni işləməyə başladım.
Fotoreportaj Chai Khana Fellowship proqramı (yay-payız 2023) çərçivəsində hazırlanıb.
Fotoreportaj Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.
ianə verin