Qanun və Azadlıq Hüququ

Müəlli̇f: Anonymous
29.10.16
Buraxılış: Vətəndaş cəmiyyəti

Sözlər hər hansı bir hərəkətdən daha çox zərər verə bilər, bunu Azərbaycan jurnalistləri yaxşı başa düşür. Belə ki, hakimiyyətin “qara siyahısına” düşən müxbirlərin sayı  gündən günə artır və nəşriyyatlar da bundan yan keçmir.

Azərbaycanın kitab bazarında xüsusi yeri olan Qanun nəşriyyatı fəaliyyəti boyunca hakimiyyət və yerli idarəetmə orqanları  tərəfindən 2000ci ildən başlayaraq təzyiqlə üzləşib. Dəfələrlə vergi yoxlamasına məruz qalması, elektriklərin söndürülməsi, nəşriyyat sahibinin həbs edilməsi bu təzyiqlərin bir neçəsidir.

Nəşriyyat 1992-ci ilin yanvarında “Qanun” jurnalı redaksiyasının tərkibində bir şöbə kimi yaradılıb və yalnız 4 il sonra, yəni 1996-cı ildə müstəqil nəşriyyata çevrilib. Həm jurnalın təsisçilərindən biri olan, həm də nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu, 48, deyir ki, nəşriyyat ilk illərdə əsasən hüquq və tərcümə ədəbiyyatı çap edib.

"O zaman düşünürdük ki, yeni olan Azərbaycan respublikasına belə nəşrlərlə yardım edə bilərik", o deyir. Nəşriyyat rəhbəri yardımın dünya ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə hüquq sənədlərini tərcümə edib nəşr etməkdən ibarət olduğunu bildirir. O, bu işin "effektiv" olduğunu da qeyd edir.

"Qanun nəşriyyatı” artıq on il olar ki, bədii ədəbiyyat və tərcümə ədəbiyyatının nəşrinə üstünlük verir. "Əvvəlcə gündə 30-40 nüsxə kitab satılırdısa, indi bu say 80-100 olub", deyən cənab Xuduoğlu sayın az olduğunu vurğulasa da, gələcəkdə satışın daha çox olacağına ümidlidir.

Qəzet mətbəəsinin yaranması 2000-ci illərin əvvəllərində ölkədə müşahidə olunan siyasi təzyiqlər olub. Cənab Xuduoğlu o zaman mətbuata çox təzyiq olduğunu vurğulayır.

"Görəndə ki, qanunun işlək gücü, azad məhkəmə yoxdur, hər şey hakimiyyətin əlindədir  və çap etdiyimiz sənədlər əhəmiyyət vermir, çapı dayandırdıq", deyən cənab Xuduoğlu bundan sonra populyar ədəbiyyatın nəşrinə başladıqlarını deyir.

 

Fəliyyətinə əvvəlcə jurnalist kimi başlamış Şahbaz Xuduoğlu nəşriyyatdakı fəaliyyəti ilə bərabər jurnalist fəaliyyətini də davam etdirib.

Mətbəənin yaradılması isə Azərbaycandakı digər mətbəələrin onun 2000-ci ildə təsis etdiyi "Millətin səsi" qəzetini çap etməkdən imtina etməsi olub. Şahbaz Xuduoğlu deyir ki, bu qəzet 6 ay çap olunub və o, qəzetdəki fəaliyyətinə görə məhkəməyə verilib, sonra isə həbs edildikdən sonra qəzetin yayımı dayanıb.

O, həbsdə 2005-ci ildə sui-qəsd nəticəsində ölürülmüş hakimiyyəti sərt tənqid edən, müstəqil jurnalist Elmar Hüseynovla birgə cəza çəkib.

"Ona qarşı Bakı Şəhər İcra Hakimiyyətinin iddiası var idi. Məni isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri şərəf və ləyaqətin təhqir olunması iddiası ilə məhkəməyə vermişdi ", deyən Şahbaz Xuduoğlu birbaşa məhkəmə zalından həbs olunduğunu və ona 6 ay iş kəsildiyini deyir.

Sonradan azadlığa buraxıldığını deyən cənab Xuduoğlu özünün və Elmar Hüseynovun rəhbəri olduğu mətbu orqanların heç bir mətbəədə çap edə bilmədiklərini əlavə edir.

"Belə qərara gəldik ki, mən mətbəə yaradım, Elmar "Monitor" jurnalını çap etsin.

Həmin vaxta qədər ancaq kitab nəşr etdiklərini deyən nəşriyyat rəhbəri, qəzet mətbəəsini yaratmaq çünü bankdan kredit götürdüyünü qeyd edir.

 

"2002-2003-cü illərdə dövlət mətbəəsi də müxalifət qəzetlərini çap etməkdən imtina etdi. Prezident seçkiləri öncəsi mətbuata ciddi təzyiq var idi. O qəzetlər bizə üz tutdular", deyən cənab Xuduoğıu mətbəədə gündəlik 24 qəzetin nəşr olunduğunu bildirir.

Bundan sonra nəşriyyata təzyiqlərin başladığını deyən müsahibmiz, bütün mətbəənin işıqlarının söndürüldüyünü əlavə edir.

"Biz generator aldıq və fəaliyyətimizi bərpa etdik. Bu zaman bütün rayonun işıqlarını söndürdülər və məktəb, uşaq baxçalarını bizə qarşı qaldırdılar", deyən Şahbaz Xuduoğlu məktəb və başça nümayəndələrinin hər gün mətbəə qarşısında etiraz etdiyini xatırlayır.

Nəşriyyat rəhbəri həm ərazidən ayrılmalı olduqlarını və  bir sıra beynəlxalq təşkilatlara bu təzyiqlər barədə yazaraq dəstək aldığını da bildirir.

"O zaman Norveç səfirliyi bizə nəşriyyat üçün yer almağa yardım etdi", deyən cənab Xuduoğlu "o zaman azad sözə daha çox ehtiyac var idi" deyə qeyd edir.

Lakin 2011-ci ildə qəzet mətbəəsinə yenidən təzyiqlər olduğunu qeyd edən Şahbaz Xuduoğlu, yüksək məbləşğdə cərimələndiklərini də bildirir.

"Bununla da çap evi fəaliyyətini dayandırdı və biz fəaliyyətimizin bir istiqamətindən məhrum olduq".

 

2013-cü ilin Noyabr ayında vergi yoxlaması nəticəsində Qanun nəşriyyat evi 112,000  AZN ($68,625) Qanun jurnalı isə 47,000 AZN ($27,798) məbləğində cərimələndi. Şirkət ona qarşı olan ittihamları rədd edir. Bundan əlavə,   nəşriyyat evinə məsus kompyuter və printerlər də götürülüb və bütün şikayətlərə baxmayaraq onlara geri verilməyib.

Qanun 74,000 AZN məbləğində cərimələnibdir ki, bu da 2013-cü ildə $94,720 idisə 2016cı ilin Oktyabrında $45,119 olmuşdur. 

 

 

 

2013-cü ildə isə nəşriyyata yenidən təzyiq olur. Nəşriyyat rəhbəri deyir ki, Vergi yoxlaması zamanı  kompüterlər və bir sıra sənədlər aparılıb və çoxsayılı şikayətlərə baxmayaraq bu günə qədər sənədlər onlara geri qaytarılmayıb.

Məkəmədə Qanun nəşriyyatının hüquqlarını müdafiə edən vəkil Müzəffər Baxışov həm 2011-ci ildə, həm də 2013-cü ildə baş vermiş nəşriyyatda vergi yoxlamalarını qanunsuz adlandırır. "Qanun jurnalının redaksiyası ilə bağlı məhkəmə işimizlə bağlı burda ədalətə nail ola bilmədiyimiz üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Qanun nəşriyyatı ilə bağlı iş isə artıq Apellyasiya məhkəməsindədir", vəkil bildirir.

"Bu axtarışların heç bir hüquqi əsası yoxdur və vergi məcəlləsinin tələbini pozur", o qeyd edir.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov nazirliyin Qanun Nəşriyyatında qanunsuz axtarış aparılması iddiası ilə razı olmadığını deyir.  Onun sözlərinə görə, Vargilər Nazirliyi nəşriyyatda “qətiyyən” təzyiq məqsədilə yoxlama aparmayıb.

“Hansı sahələrdə vergi öhdəliyində və ya hansı vergidə yayınma olması barədə dəqiq məlumat olduqdan sonra səyyar vergi yoxlamaları təyin olunur. Yoxlamanın nəticələrinə əsasən vergi öhdəliyi hesablanır”, Şahin Məmmədov deyir.

Nəşriyyata son təzyiq isə bu ilin iyununda baş verib. Vəkil Müzəffər Baxışovun sözlərinə görə, təzyiq nəşriyyatda hazırda həbsdə olan REAL-ın sədri İlqar Məmmədov barədə broşurların çap edilməsi ilə bağlı olub.  "Bakı Şəhər polis idarəsi bomba axtarışı Qanun" nəşriyyatının binasına günorta saatlarından başlayaraq baxış keçirib", vəkil deyir. O, nəşriyyatdan yarımfabrikat materiallar və bir neçə çap kağızlarının götürüldüyünü bildirir.

Şahbaz Xuduoğlu bu təzyiqlərin səbəbini tam anlamadığını bildirir və deyir ki, "bu bəlkə də şəxsi qıcıqdan" irəli gəlir.

 

On ildir tərcüməçiliklə məşğul olan və Qanun Nəşriyyatı üçün onlarla kitab tərcümə etmiş Kifayət Haqverdiyeva, 42, kitab işinə olan təzyiqi anlamadığnı deyir. Hazırda 44 işçisi olan Qanun nəşriyyatında müxtəlif mövzulu, dini ədəbiyyatdan tutmuş, mətbəx və sağlamlıqla bağlı, həmçinin bestlesellerlərə qədər, kitablar çap edilir. 

"Kitab xalqın maariflənməsinə xidmət edir. Ona pəl qoymaq xalqın maariflənməsinə pəl qoymaqdır", deyən Haqverdiyeva nəşriyyata olan təzyiqin naşirə, nəşriyyat işçilərinə və oxuculara eyni qədər ziyan vuracağı fikrindədir. 

 

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin