Azərbaycanda Cek olmaq

Müəlli̇f: Aygün Rəşidova
11.07.18
Buraxılış: Kimlik

Azərbaycanın şimalında, yüksək qayalı - məxmərli yaşıl dağlarda öz xüsusi dili olan kiçik bir kənd yerləşir və çoxları hesab etməsə də, bu etnik qrup bu kəndi öz vətəni hesab edir.  

Bu, Cek kəndidir. Və onun 300 nəfərlik əksəriyyəti sünni müsəlman olan sakini özlərini qədim və yarıəfsanəvi Qafqaz albanlarının törəmələri olan etnik ceklər hesab edirlər. Deyirlər ki, onların şimal-şərqi Qafqazın ləzgi qrupuna daxil olan dilləri ceklərin vizit kartı hesab olunur.

Lakin, buna baxmayaraq bir çox azərbaycanlı tədqiqatçılar onları Azərbaycanın şimal hissəsində, Rusiya Dağıstanı ilə sərhəddə - Şahdağda yaşayan digər ləzgidlli qrupun üzvü kimi Qırızlar adlandırırlar.

Ancaq Cek məktəbinin 70 yaşılı keçmiş müdiri Aydəmir Qaflanovdan onun kim olduğunu soruşanda, tərəddüd etmədən cek olduğunu bildirir. Amma, belə qalmaq da bir mübarizədir. Qafqazın digər dağ kəndlərində olduğu kimi, Cek sakinləri də iş üçün başqa yerlərə yollanırlar -  əgər pulları varsa iri bölgə şəhərləri olan Quba və Sumqayıta ya da Bakıya üz tuturlar. Kənddə qalanlar üçün isə əsas gəlir mənbəyi heyvandarlıqdır.

Onların həyatı çox çətindir. Kənddə elektrik və zəif WİFİ var, ancaq su sistemi və təbii qaz yoxdur. Əvəzində isə bu dağların başqa yerlərində olduğu kimi, yerli əhali suyu quyulardan çıxarır, istilik üçün isə propan qazı çənləri alır və ya sobalarda mal-qara təzəyindən olan kərpicləri yandırır.

 

Uzun illərdir kəndin bəzi sakinləri şikayət edirlər ki, kəndə yaxın olan 38 kilometr şimaldakı şəhərə asfalt yol olmayıb. 2006-cı ildə nəhayət Xınalıq-Quba yolu salındı. 

Amma buna baxmayaraq həkim, ictimayi nəqliyyat, minimal kommunal xidmətlər olmayan və ancaq bir məktəbi olan kənd sakinləri özlərini unudulmuş hesab edir.  [bu yolda son təmir işləri 12 il əvvəl aparılıb. ]

 Ceklilərə edilən dövlət dəstəyi ilə bağlı suala Əlik kənd inzibati-ərazisi üzrə nümayəndə Mübariz Ağasıyev “onların lazım olan hər bir şərayiti var - məktəb, asfalt yol. Başa düşmürəm, başqa nəyə ehtiyacları ola bilər ki? Cek çox kiçik bir kənddir”, - deyərək cavab verib.

Digər Şahdağ etnik qruplarını tədqiq edən Bakıdan olan sosioloq Əliağa Məmmədli qeyd edir ki, praktik problemlər bütün başqa çətinliklərdən daha önəmlidir.

“Biz görürük ki, onlar lap ekzotik yerlərdəki kimi yaşayırlar, amma, onların gündəlik həyatında, xüsusilə də qış zamanı çoxlu çətinliklər var” – Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsinin müdiri Ə. Məmmədli bildirir,  “Cekdəki insanları kimlikləri çox düşündürmür. Onlar daha komfortlu yaşamaq istəyirlər”.

Amma, buna baxmayaraq, Cek kimliyi ilə bağlı təlaşlar var.

“Gənclər daha çox smartfonlara və yeniliklərə aludə olublar və cek dilində danışmaq istəmirlər” – deyə Cek kəndinin 58 yaşlı tur bələdçisi Ağəli Muradov bildirir. “Mən Azərbaycan dilinin əleyhinə deyiləm, ancaq cek bizim doğma dilimizdir və biz onu birlikdə qorumalıyıq”

 

78 yaşlı Ağayar Qaflanov

Kəndin bəzi sakinləri isə Qaflanovun rus dili müəllimi olan 78 yaşlı qardaşı Ağayar Qaflanovu onların uşaqları ilə cek dilində deyil, Azərbaycan dilində danışdığı üçün qınayırlar.

Amma, A.Qaflanov deyir ki, onun başqa seçimi yoxdur. “Yazılı əlifbası olmayan cek dilinin  kənddən qıraqda heç bir faydası yoxdur” - deyə o, bildirir.

“Uşaqlar Azərbaycan dilini bilməlidir. Əgər onlar məktəb proqramının keçməsələr, müəllimin danışdığını başa düşməsələr, onların gələcəkdə təkmilləşməyə və təhsilə heç bir marağı olmayacaq” – deyə Qaflanov vurğulayır.

O, uşaq vaxtlarında Azərbaycan dilini öyrənməməsi səbəbindən müəllimin nə çatdırmaq istədiyini başa düşə bilməyib. Buna baxmayaraq o, kəndin yaşca böyük sakinlərinin cek dilində bilməsinin zəruriyyətini vurğulayır.

“Bizdən 14 kilometr qərbdə yerləşən populyar turistik məkan olan dağ kəndi Xınalıqda hər kəs bir-biri ilə Xınalıq dilində danışır, adamlar orada öz kimliklərini qoruyurlar” - deyə o, şərh edir. 

Məktəb təhsili müəyyən rol oynaya bilərdi, amma, Cekdə yalnız ibtidai məktəb var. Qış vaxtı davamiyyət aşağı düşə bilər, belə ki, ailələr öz mal-qarasını qış otlaqlarına aparırlar.  

Orta məktəbə getmək üçün isə şagirdlər 3 kilometr uzaqlıqdakı qonşu Əlik kəndinə piyada getməlidirlər. Əvəzində isə, ictimai yerlərdə yaşmaqda gəzən yeniyetmə qızlar Cekdə qalmağı üstün tuturlar, ev işləri ilə məşğul olur və ərə getmək “vaxtı”nın çatmasını gözləyirlər.

Ağayar Qaflanovun nəvələri olan 18 yaşlı Təranə və 15 yaşlı Səranə isə iddia edirlər ki, onlar Cekin başqa cür düşünən tək-tük qızlarındandır.

Onların atası Namiq bununla bağlı nəsə bir şeylər edə bilib. O, Əlikdə dərs deyir və beləliklə də, topuğa qədər uzun don geyinən qızlarını məktəbə qədər müşayiət edə bilib.

Böyük Qaflanova olan Təranə artıq məktəb məzunudur və deyir ki, həkim olmağı arzulayırdı, çünki, Cekdə həkim yoxdur. Amma, bunun əvəzinə o tezliklə ərə getməyi planalaşdırır və heç nəyi dəyişməyi düşünmür.  Cek ənənələrinə uyğun olaraq, ona qayınatasının yanında danışmağa icazə verilmir, necə ki, onun anası da 19 il belə edib.

Ancaq, hətta belə məhdudiyyətlərin olmasına rəğmən, onun Cekdə qalması babasına təskinlik verir. “Nə qədər ki, biz Cek kəndindəyik, bizim kimliyimiz saxlanılacaq” – o deyir. “Əgər kənd məhv edilsə, biz dilimizi və ənənələrimizi lazımi qaydada qorumaq şansını itirəcəyik”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin