Özgə evlərində 25 il

Müəlli̇f: Məltəm Talıbzadə

19.06.20
Buraxılış: Keçid
Mövzu: Qadınlar

32 yaşlı Aygün Bağırova tez-tez keçdiyi həyat yolunu düşünür: Ucarda başlayıb Bakıda davam edən həyatı paytaxtın bərbad evləri və bərbad ev sahibləri ilə bağlı xatirələrlə doludur.

Uşaqlığından bəri bir kirayə mənzildən başqasına köçməklə keçən ömrün səhifələri həm də Bakının və Azərbaycanın müasir tarixindən hansısa fəsillərlə örtüşür - ölkə neft və qaz pulları ilə zənginləşsə də, Aygünün ailəsi kimi bir çoxunun payına yoxsulluq, borclanma, qeyri-stabil yaşayış şəraiti düşüb.
 

Boşanma, müharibə və yeni başlanğıc

Aygün ilk dəfə bir evdən başqa bir evə köçmək təcrübəsini 5 yaşında ikən yaşayıb. 1995-ci il idi və Azərbaycan müharibə şəraitində idi. Ailəsi Bakıdan 230 km məsafədə yerləşən Ucar rayonunda bir kənddə yaşayırdı. Balaca Aygün burada həm də Ermənistan ilə müharibənin mərkəzindəymiş kimi hiss edirdi - gecələr atışma səsləri gəlirdi.

Atası Rusiyada işləməyə gedən Aygün anası ilə birlikdə nənəsigildə yaşayırdı - o vaxtacan ki, anası Aybəniz ərinin Rusiyada başqa bir arvadının olduğunu, hətta hamilə qaldığını öyrənir. Əslində Aybəniz qaynanasıgillə yaşamağa davam edə bilərdi, sadəcə baldızının təhqirləri də səngimək bilmirdi. Odur ki, Aybəniz əşyalarını yığıb öz valideynlərinin yanına köçür. Amma orda da yemək gözləyən ağız çox, yemək isə az idi.

“Babamgil anama dedi ki, övladlarını da götür buradan get, onlara həyat qur”, Aygün xatırlayır. 

Həmin vaxt kənd yerlərindən paytaxta insanların köç dalğası var idi.

“Regionlarda Sovet dövründən qalma kolxozların fəaliyyəti dayandı və işsizlik yarandı. Müstəqillikdən sonra ilk illərdə yalnız kişilər Bakıya gəlirdi və kirayə ev götürüb, bir yerdə qalıb, ailələri üçün pul qazanırdılar. Daha sonra onlar ailələrini də Bakıya gətirməli oldular. Ona görə də Bakıda kirayədə yaşayan insanların sayı da artdı”, sosioloq Sənubər Heydərova qeyd edir.

O illər Azərbaycanda hər hansı bir işə başlamaq üçün çətin vaxtlar idi. Ölkə 1991-ci ildə Sovet İttifaqından çıxaraq müstəqilliyini elan etmişdi və Ermənistanla müharibə şəraitində idi. Rəsmi olaraq, 1991-1994-cü illər arasındakı orta gəlir müstəqillikdən əvvəlki dövrün dörddə birini təşkil edirdi.

Aygün dövlətin mənzillə təmin etməyəcəyi illərə düşən ilk nəslin nümayəndəsi idi. 1995-ci ilə qədər hökumət yalnız dövlət qulluqçusu ailələrinin mənzillə təmin olunmağına kömək edirdi.

Aygün Bağırovanın ailəsində isə heç bir məmur yox idi. Ailə ilkin olaraq əkin-biçinlə dolanışıq əldə etməyi götür-qoy edib, lakin buna başlamaq da pulsuzluq ucbatından mümkün olmayıb.

O ərəfədə ailənin bir yaxını Aybəniz Bağırovaya Bakıda çörək zavodunda işə düzəlməyə köməklik göstərib və beləliklə o, iki uşağını götürüb paytaxta yeni həyat qurmağa yollanıb...
İlk köç ailə üçün ciddi zərbə olub.. “1995-ci ildə ilk dəfə Bakıya gələndə 9 mərtəbəli hündür binaların üstümə aşacağından qorxurdum”, Aygün deyir.
Aybəniz üçün bu, davamlı mübarizə demək idi: o, tez-tez çörək sexində növbədə qalanda uşaqlarını da özü ilə aparmalı olurdu. Bu yeni işdən əldə olunan qazanc ilə ailə ilk olaraq “Qara Şəhər”də mənzil kirayələyə bilib. Aygün və ailəsi orada yaşayanda kirayə 15 manat olub. Bu, anasının aylıq maaşının yarısı idi. Həmin vaxt “Qara Şəhər” Dağlıq Qarabağdan köçkün düşmüş insanlarla dolu idi.

Zibillikdə bir ev

Ailə burada 1998-ci ildə Əhmədliyə köçənə qədər, 3 il yaşayıb. O vaxt hökumət artıq Bakıda və başqa yerlərdə kütləvi dövlət layihələrini maliyyələşdirəcək neft və qaz kəmərlərinin inşasını başladan əsrin müqaviləsi imzalanmışdı.

İki il sonra, 2000-ci ildə hökumət, nəzəri olaraq, Bağırovlar kimi ailələrə yeni mənzillərə köçməyə imkan yaradan bir layihəyə start verdi.

Aybəniz, nəhayət, uşaqlarını yaxşı evlə təmin etmək üçün bir şans yarandığını düşünürdü. Hökumət layihəsi Aygün və ailəsi üçün mükəmməl görünürdü: bu layihə ailələrə endirimli qiymətə yeni mənzillər əldə etmək imkanı verirdi. Rəsmi statistikaya görə, 2000-2018-ci illər arasında layihə çərçivəsində təxminən 25.000 ailə mənzil alıb.

Ancaq Aybəniz müraciət edəndə onun ailəsinin tələb olunan meyarlara cavab vermədiyi deyilib: o və övladları əsgər, məmur və ya əlil deyildi. Odur ki, bu üç nəfərlik kiçik ailə göstərilən tələblərə uyğun gəlmirdi.

İqtisadçı Toğrul Vəliyev qeyd edir ki, bu cür aztəminatlı ailələrin problemləri onu göstərir ki, vətəndaşların mənzillə təmin edilmələri ilə bağlı keçən illər ərzində çox az iş görülüb.

Zibillikdə bir ev

Ailə burada 1998-ci ildə Əhmədliyə köçənə qədər, 3 il yaşayıb. O vaxt hökumət artıq Bakıda və başqa yerlərdə kütləvi dövlət layihələrini maliyyələşdirəcək neft və qaz kəmərlərinin inşasını başladan əsrin müqaviləsi imzalanmışdı.

İki il sonra, 2000-ci ildə hökumət, nəzəri olaraq, Bağırovlar kimi ailələrə yeni mənzillərə köçməyə imkan yaradan bir layihəyə start verdi.

Aybəniz, nəhayət, uşaqlarını yaxşı evlə təmin etmək üçün bir şans yarandığını düşünürdü. Hökumət layihəsi Aygün və ailəsi üçün mükəmməl görünürdü: bu layihə ailələrə endirimli qiymətə yeni mənzillər əldə etmək imkanı verirdi. Rəsmi statistikaya görə, 2000-2018-ci illər arasında layihə çərçivəsində təxminən 25.000 ailə mənzil alıb.

Ancaq Aybəniz müraciət edəndə onun ailəsinin tələb olunan meyarlara cavab vermədiyi deyilib: o və övladları əsgər, məmur və ya əlil deyildi. Odur ki, bu üç nəfərlik kiçik ailə göstərilən tələblərə uyğun gəlmirdi.

İqtisadçı Toğrul Vəliyev qeyd edir ki, bu cür aztəminatlı ailələrin problemləri onu göstərir ki, vətəndaşların mənzillə təmin edilmələri ilə bağlı keçən illər ərzində çox az iş görülüb.

Həmin ev Naxçıvanskidə idi. Onlar bir neçə ailə ilə birlikdə ikimərtəbəli bir evi paylaşıblar. Orada Aygünün bacısı Aytac dünyaya gəlib və Aygün ilk işini tapıb - məktəb ləvazimatları sataraq evin xərclərinə kömək edib.

Aygünün ögey atası isə avtobus konduktoru işləyir, amma bütün gəlirini içkiyə verirmiş. İşləməyəndə içib, arvadını və uşaqlarını döyürmüş. Daha yaxşı bir yer tutmaq üçün ailənin nəinki pula qənaət etmək imkanı var idi, hətta yaşadıqları evin kirayəsini belə ödəyə bilmirdilər.

Nəticədə səkkiz aylıq kirayə borcu yığıldıqdan sonra ev sahibi ailəni qovub. 2005-ci ilə qədər Aygün Əhmədliyə qayıdıb və borc içində olub: ögey atası bu dəfə onun şəxsiyyət vəsiqəsini girov kimi istifadə edərək ailə üçün başqa bir otaq kirayə tutub. Bir neçə aydan sonra isə özü yoxa çıxıb və ailəni aylıq kirayə pulu ilə baş-başa buraxıb.

Kirayə pulunu ödəmədən Aygün şəxsiyyət vəsiqəsini geri ala bilməyib. Vəsiqəsi olmadan isə maaşını ala bilməyib və universitetə qəbul üçün müraciət imkanından məhrum olub.

Nəhayət, keçmiş sinif yoldaşlarından bəziləri ona dərzi kimi iş tapmağına kömək ediblər, bu da ona pul qazanmağa imkan verib, ancaq bu da borcları ödəməyə kifayət etməyib.

Bir gecə Aygün uzun iş növbəsindən sonra evə qayıdanda anasını, qardaşını və bacısını küçədə, əşyaları ilə birlikdə görüb. Əgər parkı təmizləyən bir qadın onlara əl uzatmış olmasaydı və ailəni öz qaldığı binaya aparmasaydı, yaxınlıqda yerləşən parkda yatacaqdılar. Onlar həmin gecə zirzəmidə yatıblar.

Növbəti illər də borc, gecikmiş kirayə pulu, qəzəbli ev sahibləri və köçhaköçlə yadda qalıb.

Artıq 2009-cu ildir. Bu vaxta qədər maliyyə böhranı Azərbaycanı da bürümüş və ölkə iqtisadiyyatı da zərər görmüşdü. Aygünün ailəsi üçün bu, daha az pul və daha az imkan demək idi. Milli valyuta mübarizə aparan vaxt kirayə qiymətləri sürətlə yüksəlmişdi və onlar ancaq Qara Qarayev metro stansiyasının yaxınlığında bir ev tuta bilmişdilər. Hamamsız olan bu evdə çimmək üçün böyük bir çəllək almalı idilər:

“Bir gün anam gəldi və məni evdə tapmadı, mən həmin vannada yuxuya getmişdim. Vanna həm də mənim beşiyim idi”, Aygünün bacısı Aytac əlavə edir.

Elə həmin il qardaşı Seymur iki il müddətinə hərbi xidmətə göndərilib, ailə yenidən başqa evə köçüb - bu dəfə ünvan Həzi Aslanov qəsəbəsi olur.

Burdakı evdə yerin döşəməsi yox idi. Aygün xatırlayır: “Bu ev də siçanlar, nəmişlik və xəstəliklə dolu idi”. O vaxta qədər mənzil almaq barədə heç bir fikirləri olmayıb: qazancları gündəlik dolanışığa güclə çatırdı. 2011-ci ildə Bağırov Seymur hərbi xidmətdən qayıtdıqdan sonra vəziyyət bir qədər yaxşılaşmağa başlayıb: onlar Bakıxanov qəsəbəsində bir evə köçüb, orada səkkiz il yaşayıblar. Ümumi mənzərə onu deyir ki, ailə bu evdə rahat və xoşbəxt illərini keçirib: Aytac məktəbə başlamış, Aygün də, Seymur da evləmişdilər...

Amma bir soyuq fevral günündə onlara bir xəbər gəlir: mənzil satılıb. Yeni ev sahibi kirayəçilərin evi boşaltmağını istəyəndə ailə növbəti dəfə yaşayış yeri axtarışına çıxıb.

“Fevral ayı idi, qar yağırdı və hər yer buz bağlamışdı. Biz veşlərimizlə çöldə qalmışdıq və tələsik 300 manata ev götürdük”, Aygün deyir.

Kirayə çox baha idi - tikinti şirkətində çayçı işləyən Aygünün maaşı elə 400 manatdır. O, ucuz bir şey tapmaq üçün xeyli ora-bura getdi, nəticədə aylığı 200 manat olan bir yerə köçdülər.

Ancaq indi boşanmış və hələ də toy xərclərindən qalma borcunu ödəməyə davam edən Aygünün kirayə dərdindən xilas olub ev problemini birdəfəlik həll etməsi reallıqdan uzaq və çətin görünür.

“Maaşımın 200 manatı aylıq kirayəyə gedir, indiki məqamda hansı növ gəlirdən danışa bilərik ki?!” o soruşur.

İqtisadçı İlham Şaban qeyd edir ki, Bakıda bir insanın mənzil kirayə götürə bilməsi üçün 700-800 manat arasında maaşı olmalıdır.

“Azərbaycanın neft və qaz ehtiyatları var və insanlar ölkənin zəngin olduğunu düşünürlər. Reallıqda isə ölkədə kifayət qədər layihə yoxdur ki, bu ehtiyatlardan istifadə etməklə insanlara yaxşı həyat şəraiti təmin edilsin”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin