müəlliflər
Sevinc Vaqifqizi
Müəllifin materialları
“İyulun 1-i gəlməli idi. O vaxt yaxınlaşdıqca başqa cür oluram, əvvəlki kimi yox”.
Üç Evə Açılan Atəş
Havada 36 dərəcə istilik, iki qadın üst-başları his içində iki təndirin ətrafında dövrə vururlar. Biri təndirə kündə yapır, o biri var gücü ilə əlindəki şişə toyuq keçirməyə çalışır. Təndirin qapağın açanda oradan gələn istilik havadakı hərarəti unutdurur.
Odla “Oynayan” Iki Qadın
Heydər Əliyev adına Hava Limanı. İçəri keçib üstündə olan telefonu, saatı, kəməri plastmas qutuya qoyub təhlükəsizlik cihazının altından keçir. Hər şey qaydasındadır. Qutuya qoyduğu əşyaları götürüb əlindəki çamadanının təkərləri diyirlənə-diyirlənə bilet yoxlamasına gəlir. Pasportunu alıb, qeyd edib, qalxacağı mərtəbəni, sıranı deyirlər. Əlindəki çamadanı alıb nömrələyib, gedəcəyi təyyarəyə göndərirlər. Əlindəki yüklərdən qurtulub, yuxarı mərtəbədə sonuncu yoxlanışa- pasport nəzarətinə qalxır. Uzanan növbə getdikcə azalır, sıra ona gəlir. Sərhəd xidmətinin əməkdaşı əlindəki pasportu alıb kameraya baxmağını istəyir və kompüterdəki sistemə vurur. Orada gördüklərindən duruxur, bir ona, bir də sistemdəki qeydə baxır. “Sizin ölkədən çıxışınıza qadağa qoyulub” deyir. Vəkil Əsabəli Mustafayev və blogger Mehman Hüseynov Hava Limanında bu cür qadağa ilə üzləşiblər.
Arzularına Sərhəd Çəkilənlər
Qalın sement divar iki kiçik həbsxana kamerasını bir-birindən ayırır. Həmin o kameralarda bir-birinin səsini eşidən iki məhbus var. Yan kameradan gələn aydın olmayan səs tanış gəlir, bəzən tanış adlar, tanış mübarizə haqqında eşidilir. Tam bir həftə sonra Anar Məmmədli qonşu kameradan gələn səsin sahibini tanıdı. Bu onun dostu, həmfikiri mübarizə yoldaşı Rəsul Cəfərovun səsi idi. Onlar indi həbsxanada kamera qonşusudur.
Kamera qonşuları
Enerji ehtiyatları ilə zəngin Azərbaycan deyir ki, təhlükəsiz içməli suya çıxışın təmin edilməsi üçün işlər görür. Beynəlxalq təşkilatlar ölkənin bu istiqamətdə "əhəmiyyətli irəliləyiş" əldə etdiyini hesab edir. Amma Çələbilər kimi bəzi kəndlərdə təmiz su sakinlər üçün hələ də əlçatan deyil.
Su üçün gəzinti
Hər tərəfi yamyaşıl, evləri dövrəyə alan dağlar, qapılarının lap yaxınlığından keçən çaylar adama burada yaşayanın dərdi yoxdur dedirdir. Amma bu dağların ətəyində yaşayan 40 ailə elə problemlərdən uzaq düşmək üçün buranı tərk ediblər. Cəmi 4 ailəlik Astaranın Səkəşam kəndi 1990-cı illərin əvvəllərindən işıqsızdır.
Azərbaycanın yaşıl təpələrində qaranlıq
Bu etirazlar lokal, təşkilatlanmamış xarakteristikaya malik olmaqla, bir-birindən fərqli zamanlarda oxşar tələblərlə ortaya çıxıb