Kamera qonşuları

Müəlli̇f: Sevinc Vaqifqizi

22.06.17

Qalın sement divar iki kiçik həbsxana kamerasını bir-birindən ayırır. Həmin o kameralarda bir-birinin səsini eşidən iki məhbus var. Yan kameradan gələn aydın olmayan səs tanış gəlir, bəzən tanış adlar, tanış mübarizə haqqında eşidilir. Tam bir həftə sonra Anar Məmmədli qonşu kameradan gələn səsin sahibini tanıyır. Bu, onun dostu, həmfikiri, mübarizə yoldaşı Rəsul Cəfərovun səsi idi.

Onlar indi həbsxanada kamera qonşusuna çevriliblər. Azərbaycan hakimiyyətinin həbs etdiyi 146 siyası məhbusdan ikisi, 39 yaşlı Məmmədli və 33 Cəfərovun hər ikisinin ortaq missiyası var – insan hüquqlarını müdafiə etmək. Anar Məmmədli Seçkilərin Monitorinqi və Demokratiyanin Tədrisi, Rəsul Cəfərov isə İnsan Hüquqları Klubunun keçmiş rəhbərləridir.

2014-2016-ci illərdə onların hər ikisi Bakı kəndlərindən biri olan Kürdəxanıda yerləşən həbsxananın sakinləri olub. Məmmədli 2013-cü il parlament seçkilərindəki qayda pozuntularını ifşa etmişdi. Bundan sonra o, vergidən yayınma, vəzifədən sui –istifadə edərək seçki nəticələrinə təsir etmə kimi ittihamlarla həbs edilib. Cəfərov da oxşar ittihamlarla 2014-cü ilin avqust ayında həbs edilib. Onun kamera nömrəsi N 7.32, Anar Məmmədlinin isə N.7.31 idi.

Onların hər ikisi 2016-ci ildə həbsdən azad olunub və həbs müddətində də insan hüquqları fəaliyyətini davam etdirdiklərinə görə beynəlxalq mükafatlara layiq görülüblər. Bəs hər iki hüquq müdafiəçisi dəmir barmaqlıqlar arxasında belə söz azadlığı üçün necə mübarizə aparır? Siyası məhbus kimi onlar hətta qazet oxumaqdaan belə məhrum edilmişdilər. Heç bir ünsiyyət vasitələri yox idi. Onlar həbsxananın xaricindəki dünya ilə necə əlaqə yaradırdı?