İki od arasında

11 min.

İki od arasında

18.01.24

II Qarabağ müharibəsindən sonra həm Azərbaycanda, həm də Ermənistanda müharibə iştirakçıları arasında intihar halları artıb. Yerli mətbuata görə, Azərbaycanda 50 nəfərdən çox müharibə iştirakçısı intihara cəhd edib. İntiharların səbəbləri kimi veteranların sosial vəziyyətinin pis olması, dövlət orqanlarının laqeyd münasibəti, əlillik dərəcəsini ala bilməmələri göstərilir. İntiharların əsas səbəblərdən biri də müharibə iştirakçılarının posttravmatik stress pozuntusundan (PTSP) əziyyət çəkmələridir.

Rəsmi məlumata görə, müharibədən sonrakı 2 il yarım ərzində Fövqəladə Hallar Nazirliyi 7 mindən çox şəhid ailəsi və veterana psixoloji yardım göstərib. Bəzi veteranlar göstərilən psixoloji yardımın davamlı olmadığından və laqeyd münasibətdən şikayətlənərkən, bəziləri isə yardım almaqdan imtina edirlər. Müharibə iştirakçılarına ödənən aylıq məbləğ isə 80 AZN-dir.

Bu filmin çəkilişi prosesində PTSP-dən əziyyət çəkən 15 nəfər müharibə iştirakçısı ilə əlaqə saxlansa da, onlardan yalnız üçü müsahibə verməyi qəbul edib. Film müharibədən qayıdan, lakin başqa bir döyüşün içinə düşən veteranların hekayəsindən bəhs edir. Bu dəfə onlar posttravmatik stress pozuntusu daxil olmaqla, saysız-hesabsız problemlərə qarşı yaşamaq uğrunda mübarizə aparırlar. Gözlə görünən yaraları olmasa da, aldıqları psixoloji zədə normal həyatlarına qayıtmaq yolunda əngələ çevrilib.



Film Avropa Birliyinin maliyyə dəstəyi ilə ərsəyə gətirilib. Filmin məzmununa yalnız EU4IM-in benefisiarı [ChaiKhana Media] məsuldur və burada səsləndirilən fikirlər Avropa Birliyinin mövqeyini əks etdirmir.