müəlliflər
Günel Səfərova
Günel Səfərova, 1988-ci ildə anadan olub. Bakı Dövlət Universiteti Jurnalistika fakultəsindən məzun olub. Bakı Jurnalisika məktəbinin tələbəsi olub. Universiteti bitirdikdən sonra 3 il müxtəlif media orqanlarında reportyor kimi çalışıb. Hal-hazırda GİPA-da magistratura təhsili alır. Video jurnalistikanı çox sevir. Gunel, özünü sənədli filmə və video jurnalistikaya həsr etmək istəyir. Hal-hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.
Müəllifin materialları
"Valideynlərimizin öz əlləri ilə tikdiyi evi tərk edəndə qardaşımın 9 mənim isə 5 yaşım var idi. O vaxtdan ailəmizin hər xoş günü "bircə bu ev işimiz düzəlsin" arzusu ilə müşayət olunurdu. Bu arzu təkcə anamla atamın deyildi, həm də uşaqlığını natamam təmirli evdə qoyub gəlmiş bizim idi. Biz tam anlamını qavramadığımız o 4 divar üçün hər gün dua edərdik. Anlamını qavramırdıq amma o 4 divarən hamımızın üzünə təbəssüm gətirəcəyinə əmin idik. 1993-cü ildən başlayaraq Bərdə İsmayıllı və Bakı-da 10-dan cox ev dəyişdik. Onlardan yalnız biri yaşayış məqsədli tikili idi. Digərləri isə ya yarımçıq bina, ya istifadə edilməyən tikili, ya da vaqon olub. Bərdə və İsmyıllıdakı evləri yaxşı xatırlamasam da Bakıda dəyişdiyimiz yerləri heç vaxt unutmaram. Çünki məhz bu şəhərdə yaşadığımız yerdən zorla çıxarıldıq, vaqonda və pəncərəsiz tikililərdə yaşadıq, tikdiyimiz evi isə başımıza uçurtdular. O yaşayış yerlərində itirdiklərimizin sayı yoxdur, amma indi onlar uzaq görünür. Çünki illər sonra özümüzə üzümüzü güldürəcək qədər şərait qura bilmişik. Ev deyəndə ailə üçün 4 divardan daha artıq bir mövhum canlanır. Ev bizim ailəni bir yerə toplayacaq, qardaşımla mənə normal təhsil almağa şərait yaradacaq, dolanışığı təmin edəkən digər qayğıları düşünməməyə yardım edəcək bir mövhum idi. Ev bizim müharibənin bədbəxtliyindən az da olsa ovudacaq bir mövhum idi..."
Dörd Divar
Avropada homoseksualların ən pis yaşadığı ölkə Azərbaycan sayılır. Avropanın 49 ölkəsinin insan haqlarını və LGBTİ icmalarına təsirini araşdıran ILGA –Avropa təşkilatının Göyqurşağı İndeksi bunu göstərir. İndeksdə bildirilir ki, Azərbaycanın LGBTİ icması 2015-ci ildə ağır problemlərlə üzləşməyə davam edib, icma nümayəndələrinə qarşı zorakı hücumlar olub, bir neçə qətl törədilib. Həmçinin, siyasi xadimlər eynicinsli nikahları pisləyib. Hesabatda Azərbaycanda LGBTİ nümayəndlələrinin daha yaxşı qorunması üçün çağırış edilib. Söhbətləşdiyimiz LGBTİ nümayəndələri və fəalları da bu hesabatla razıdır.
Görünməz İnsanlar
Dörd sahibkar məcburi köçkünlər üçün Ağdamda, Dağlıq Qarabağ ilə sərhəddə tikilmiş Baharlı və Bənövşələr qəsəbələrində yaşayır və işləyir. Ağdam rayonunun bir hissəsi Ermənistan qüvvələrinin nəzarəti altındadır.Sərhəddəki son atışmalar bu qəsəbələrdə yaşayan insanlara təsirsiz ötüşməyib. Atışmalara baxmayaraq sakinlər evlərini tərk etməkdən imtina edirlər. Sakinlərin əksəriyyəti 2005-2006-cı illərdə qəsəbələr salınandan sonra Ağdamın və Bərdənin digər kəndlərindən köçərək burada yerləşiblər. Onların arasında əvvəllər çadır şəhərciklərində yaşayanlar da var. Söhbətləşdiyimiz hər sahibkar müharibə olmasaydı həyatlarında nələrin dəyişəcəklərindən danışırlar…
Müharibə Olmasaydı...
Hakimiyyət orqanlarının siyasi rəqiblərini sistemli təqib, həbs və azadlıqdan məhrumetməsi beynəlxalq ictimaiyyətin diqqətində olan Azərbaycanda endemik korrupsiya və insan haqları pozuntuları geniş yayılıb. Düzdür, heyvanlara vurulmuş ziyan hələ də çarpmadan gedir və geniş yayılmış qalır. 2007-ci ildə Azərbaycan Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub.