08.12.2020

“Bir Ata Haqqında” DokuBaku IDFF-da Jüri Xüsusi Mükafatı alıb

Toğrul Musanın filmi “Bir ata haqqında” DokuBaku Beynəlxalq Sənədli Film Festivalında Jüri Xüsusi Mükafatına layiq görülüb!

Xüsusi Mükafat: Mərkəzi və Şərqi Avropa istehsalı çoxsaylı sənədli filmlərə dəstək verən Praqadakı Sənədli Film İnstitutunun təltif etdiyi mükafatdır. Qalib filmin rejissoru East Silver Market film bazarında bir illik yer əldə etməklə yanaşı, Mərkəzi və Şərqi Avropa rejissorları üçün ən böyük şəbəkələşmə tədbiri olan East Doc Platformuna qatılmaq imkanı əldə edir.

DokuBaku festivalı haqqında https://www.dokubaku.az/ vebsaytından əlavə məlumat əldə edə bilərsiniz.

Yeni xəbərlər