Smartfonların meydana gəlməsi ilə insanlarla qacetlər (kiçik qurğular) arasında sıx əlaqənin təməli qoyulmuş oldu. Bu cihazlar hələ ki bizim qolumuza yerləşdirilməmiş ola bilər, lakin son on il əzrində bizim ünsiyyət qurma və axtarış etmə tərzimizi köklü surətdə dəyişib. Bu gün bu cihazlar hətta rəqəmsal dünyanın da yaranmasına təkan verib. Demək olar ki, bizim hər birimiz bu yastı və düzbucaqlı əşyalardan asılı vəziyyətə düşmüşük. Onları nə əlimizdən yerə qoyur, nə də onlardan ayrı qala bilirik.
2007-ci ildə birinci nəsil “İphone”ların buraxılışından bəri, smartfonlar bir yenilik olmaqla yanaşı, həyatımızın vacib hissəsinə çevrilməkdədirlər. İnsanların rəqəmsal asılılığı artıqca, qeyri-maddi alətlər olan tətbiqlərdən də asılılıq getdikcə artmaqdadır.
Bu gün smartfonlar demək olar ki, insanlar üçün oksigen qədər vacibdir. Bu cihazlar bəşər tarixində kəşf edilmiş hər hansı məlumatı bir göz qırpımında tapıb çıxarmağa qadirdirlər. Məsələn, “dairənin çevrəsinin uzunluğunu necə hesablamaq olar?” sualına “Google” axtarış sistemi vasitəsilə cavab tapıb bir neçə saniyə ərzində istənilən mübahisəyə son qoymaq olar. Bu, bizə incəsənət nümunələri yaratmaq, beynəlxalq tədbirləri izləmək, eləcə də məkanımızdan asılı olmayaraq, dünyanın müxtəlif nöqtələrində səsimizi eşitdirmək imkanı yaradır.
Bundan başqa, bu cihazlar bizə imkan verir ki, öz həmfikirlərimizi tapaq, xüsusi günlərimizdə sərhədləri aşaraq virtual görüşlər təşkil edək, öz xatirələrimizi yaddaşda saxlayaraq paylaşaq, artıq mövcud olmayan bir dildən sözləri tərcümə edək. Onların təklif etdiyi imkanlar həmçinin bizi sonsuz “like” ovuna” çıxmağa təşviq edir...
Bu cihazların gəlişi ilə biz artıq pulqabı, maqnitofon, gündəlik, rəsm albomu, foto və videokamera, xəritə, qəzet və ya video-oyun aparatları kimi əşyaların istifadəsindən imtina etmişik. Biz hətta bəzi tətbiqlər sayəsində smartfonlarımızdan kitab və televizor pultu kimi də istifadə edə bilirik.
Son 13 il ərzində smartfonlar “hər zaman onlayn” olan və hər cür rəqəmsal simulyasiyaya reaksiya verə bilən nəslin meydana gəlməsinə səbəb olub. Bu cihazlar sayəsində artıq heç vaxt təsəvvür edə bilməyəcəyimiz bir tərzdə işləməyə başlamışıq. İndi isə nanosaniyələr ərzində əlaqə yaratmağa və ildırım sürətilə məlumat paylaşmağa imkan verən 5G texnologoyası bu cihazların imkanlarını daha da artırıb insan bədəninin bir hissəsinə çevrirərək, bizim ulduzlara çatma arzularımızı bir az da yaxınlaşdırır.
İnsanların çoxu gün ərzində 2 saatdan 10 saatadək məhz bu cür görünür.
Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.
ianə verin