İnternet istifadəçisi azərbaycanlı nənə

Müəlli̇f: Çinarə Məcidova

01.06.17
Mövzu: Texnologiya

Belə bir stereotip var ki, nə qədər yaşlısansa, o qədər zəif internet istifadəçisisən. Həqiqətən də  Azərbaycanda yaşlı insanların smartfonlarla oynadığı və internetə girdiyi nadir hallarda görünür.

Freedom house təşkilatının verdiyi məlumata görə, Azərbaycanda   2000-ci illərdə  0.1, 2000-ci ildə, 2008 – ci ildə 17, 2016-ci ildə isə 77 % əhalinin internetə çıxışı olub. Qeyd edək ki, hazırda Azərbaycan əhalisinin sayı 9 mln nəfərdir.  

İnternet istifadəsinin tam yayqın olduğunu demək elə də doğru deyil, istifadəçilərin çoxu kişilər və cavan, şəhər əhalisidir. 46 yaşından yuxarı kişilərin 16 % internet istifadəçisidir. Qadınların isə 8 %-i beynəlxalq şəbəkədən istifadə edə bilir.

Rəsulova Rühəngiz istisna təşkil edir.  Yaşadığı dogma Şəki şəhərindəki poliklinikada  40 il qeydiyyat işçisi kimi çalışan  və iş yoldaşlarının Ofeliya kimi tanıdığı 75 yaşlı qadın müntəzəm olaraq internet istifadə edir.

Kompyuteri ve internet şəbəkəsi onunla geniş ailəsi arasında körpü yaradıb. Paytaxt Bakıda yaşayan  beş uşağı, on nəvəsi və iki nəticəsi ilə internet vasitəsi ilə əlaqə yaradır.

Sovet zamanında doğulub böyüyən bir çox insan kimi Ofeliya üçün də  5 yaşına qədər üzbəüz ünsiyyətin alternativi yox idi. 1960-cı illərə qədər telefon çox az sovet ailəsində var idi. İllər sonra telefonlar adiləşəndə zəng etmək böyük səbr istəyirdi.

“Biz poçt məntəqələrinə gedib, zəng edəcəyimiz nömrəni operatora deyirdik, daha sonra evə gedib zəng gözləyirdik”, o deyir. “Xətti olmayanlar ofis telefonundan istifadə eləmək üçün xüsusi gün təyin edirdi. Əgər vacib zəngin olurdusa poçt məntəqəsindən birbaşa qoşulmaq üçün əlavə pul ödəməli idin. Lakin 1980-ci illərdə bu daha asan oldu lakin onda da bunu  Şəkidəki bütün ailələrə şamil etmək olmazdı”.

Ofeliyanın qardaşı oğlu Nizami 75 yaşlı xalasına qorxulu video göstərir. Ofeliya rəqəmsal texnikanı Azərbaycanın müxtəlif rayonlarında yaşayan yaxınları ilə əlaqə yaratmaq üçün öyrənir.
Ofeliya Yunis ilə nərd oynayır.
Ofeliya oğlu Poladın Facebook səifəsinə baxır. Polad Bakıda yaşayır və Ofeliyanın 5 övladının içində Polad yeganə oğludur.
Ofeliyanın Bakıdakı qohumları ilə Skype vasitəsi ilə danışdığını əks etdirən 2010-cu ildən olan şəkil.
Ofeliya televizorda xəbərlər izləyir. Ona kompyuter hədiyyə ediləndən sonra xəbərləri əsasən online oxuyur. Statistika göstərir ki, azərbaycanlı ev xanımlarının 77 faizinin internetə çıxışı olsa da, yalnız 50 % ondan istifadə edə bilir.Ofeliya televizorda xəbərlər izləyir. Ona kompyuter hədiyyə ediləndən sonra xəbərləri əsasən online oxuyur. Statistika göstərir ki, azərbaycanlı ev xanımlarının 77 faizinin internetə çıxışı olsa da, yalnız 50 % ondan istifadə edə bilir.
Ofeliya sacda qutab bişirmək üçün göyərtiləri hazırlayır.
Ofeliyanın ən sevimli məşğuliyyəti muncuq işləri və toxumadır. Bu qabiliyyət ona anasından keçib. O, öz nəvələrinə hətta oğlan nəvələrinə də tikiş öyrədib. Kompyuter bilikləri sayəsində jurnallardan topladığı dizaynları internetdə axtarış verməklə tapır.
Ofeliya Şəkidəki evinin bağında. Ailə üzvlərinin çoxu Bakıda yaşayır və Ofeliya onlarla Skype vasitəsi ilə əlaqə yaradır

2000-ci illərdə Ofeliya rəqəmsal texnika ilə tanış oldu. 2001-ci ildə onun nəvəsi Aysel Gənc Liderlər Mübadiləsi (FLEX)  proqramına qəbul olur. Proqram Avropa və Asiyalı şagirdlərə bir il müddətinə ABŞ-ın hər hansı bir ailəsində yaşamaq və Amerika məktəbinə getmək şansı verir. Bu əla bir fürsət idi, lakin Amerika Şəkidən çox uzaq idi. Çox uzaq.

 O zamanlar Şəkidə bir internet kafe var idi. Ofeliya həftədə iki dəfə email yazmağa getməyə başladı. Kompyuterdən istifadə etməyi bacarmadığı üçün Ofeliya, kafe sahibinə yazmaq  istədiklərini deyirdi, o isə yazırdı. Bir neçə il sonra isə Ofeliyanın həyatına mobil telefon daxil oldu.

“ 2006-ci ildə ilk mobil telefonumu aldım. Emin ( digər nəvə) Türkiyəyə oxumağa gedirdi və mən onlarla danışmaq istəyirdim  buna görə də sadə telefon aldım. Hələ də onu istifadə edirəm. Uşaqlarım mənə gülür ki, bu telefonun zəng etməkdən və zəngləri qəbul etməkdən başqa funksiyası yoxdur”.

O, buna görə narahat deyil, fikirləşir ki telefonun elə əsas funksiyası bundan ibarətdir.

 Bu gün Ofelya rəqəmsal texnikanı tam mənimsəyib. 2016-cı ildə Ofeliyanın sevimli nəvələri ona laptop hədiyyə etdilər. Onun ən gənc nəvəsi 14 yaşlı  Nigar ona laptopdan istifadə etməyi öyrədir.

Çox vaxt olmasa da bəzən.

"Bəzən Nigar mənə laptopdan istifadə etməyi öyrətmək üçün bizə gəlir, amma mənə öyrətmək yerinə özü laptopdan əl çəkmir. Öyrənmə prosesi uzun çəkir.”

Ofeliya öz evinin salonundan Skype ile ailəsi ilə danışır, Youtube-da köhnə filmlərə baxır, Google-da axtarış edir, onlayn xəbərlər oxuyur, muğam dinləyir, konsertlərə baxır. Ofeliyanın Facebook hesabı onu ailə üzvləri ilə daha yaxınlaşdırıb.

“Skype istifadə etməyən insanlarla əlaqə yaratmağın ən rahat yoludur. İstədiyim vaxt onlara yaza bilirəm, görə bilirəm. Onların necə yaşadıqları nə etdikləri ilə daha yaxından tanış ola bilirəm”, o vurğulayır.

Texnologiyaya müqavimət göstərmək yerinə onu qəbul etmək Ofeliyaya cins və yaş sərhədlərini aşaraq yeni nəsil ilə daha yaxın əlaqə qurmağa, eyni “rəqəmsal dildə” danışmağa kömək etdi. 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin