Müsəlman Məzarları Azərbaycanda

Müəlli̇f: Lalə Əliyeva
21.05.16
Buraxılış: Adət-ənənə


 

 

İslam dini insan təsvirlərini qadağan edir. Buna baxmayaraq, Azərbaycanda qəbir daşlarının üstündə vəfat etmiş şəxsin təsvirinin olması geniş yayılmış bir haldır. İslam dini müəyyən zaman keçdikdən sonra qəbrin itməsinin lazım olduğunu tələb edirsə də Azərbaycan təcrübəsində hər şey fərqlidir: Azərbaycanlılar məzarın ətrafında heykəl və abidələr ucaltmağa üstünlük verir.

İnsan təsvirlərinin çəkilməsinə əsasən kommunizm dövründə başlanıldığı ehtimal edilir. Kommunizm istənilən dini fəaliyyəti qadağan edən bir ideoloqiyadır.  Qəbir daşlarının üzərində vəfat edən insanın şəkli ilə yanaşı, onun ölüm səbəbi və hansı sənətin sahibi olmağı ilə bağlı da məlumatlar olur.

Azərbaycanın İslam ölkəsi olmağı, İslam dininin istənilən təsviri qadağan etdiyini və qəbirüstü təsvirlərin məhz Sovet dövründə meydana gəldiyi ehtimalını diqqətə alaraq deyə bilərik ki, əslində İslam dini tam şəkildə bütün təsvirləri qadağan etmir.

Müsəlman qəbirlərinin problemli və müxtəlif cür nəql olunan tarixi var. Məhəmməd peyğəmbər öz evində üzərində heç bir nişan və əlamət olmayan şəkildə dəfn edilməsini istəmişdi.

O deyirdi ki, “Mənim qəbirimi səcdəgaha çevirməyin”.  

Buna baxmayaraq, nə islamdan öncəki ərəblərdə, nə sasanilərində nə də Mesopotomiya xalqlarında qəbrin üzərində heykəl ucaltmaq adəti olub.  

 


 

Sumqayıt

Bu halda böyük, gözəçarpan qəbirlərlərin məna və formaları öz başlanğıcını hardan götürüb?

 

Bəzi mənbələrdə, alimlər böyük qəbirdaşları ucaldılmasının bir  versiyasını qeyd ediblər. Çox güman ki, bu bir çox insanın İrana muzdlu əsgər, müharibə əsiri və qul kimi axın etdiyi Abbasilər dövrünə ( 8-13-cü əsrlər) təsadüf edir. Buraya axın edən insanların özləri ilə məzarı çadırla örtmək mədəniyyətini gətirdikləri ehtimal olunur. Lakin bu da bir fərziyyə olaraq qalır.

Adı çəkilən dövrdə üzəri bahalı naxışlarla bəzədilmiş qəbir daşları bəzi insanların bir növ nəzərə çarpan xərcləri idi. İndi əbədi həyatın rəmzi olaraq, məzraların üzərinə sərv ağacları və həmişəyaşıl ağaclar əkilir. Ağaclarla əhatə olunmuş qəbir cənnətin təsviri kimi qəbul edilir.

İslami qəbristanlıqlar müsəlmanların ibadətgahı sayılan  Kəəbənin  ikonoqrafik təcəssümüdür, yəni kub şəkilindədir. Tarixən, islami qəbirlər əsasən həndəsi və kalliqrafik əsaslara söykənib və heç bir obrazlı mənası olmayıb. Ümümilikdə islami qəbrilərin demək olar ki, hamısının  üzərində Quran ayələri  həkk olunur.

 

Bəs islamı qəbirlərdə bu dəyişiklik nə zaman baş verdi və nə vaxtdan qəbirlərin üzərində cənnətin açıq təsviri yer almağa başladı?

 

Rəşad Şirin, siyasi təhlilçi düşünür ki, Azərbaycandakı hazırkı qəbristanlıq mədəniyyəti islamdan əvvəlki paqanizm dövründən qalıb. Çünki, İslam dini insanın təsvirini qadağan edir.

 “Qədimdə abidə və mavzoleylər zəngin və məhşur insanlar üçün inşa edilirdi, məsələn, krallar və Fironlar üçün. Lakin, müasir dövrümüzdə  insanların hüquqlarını bərabər olduğundan, kasıb təbəqə də qəbirlərin üzərində heykəl ucalda bilir, bununla da öz varlıqlarının əhəmiyyətli olduğunu bildirmək istəyir.   

Türbə və məqbərələrin inşası ümümilikdə qadağandır və bütpərəslik hesab olunur. Məhəmməd peyğəmbər açıq şəkildə bunu bütpərəsliyə bərarbər tutmuşdur.

Bu məsələ də xususi qeyd olunmalıdır ki, İslamdan əvvəlki mədəniyyətlərin təsiri güclü olan  Hindistan, İran, İsrail, Pakistan və Azərbaycan kimi bir sıra  ölkələrdə müsəlmanlar müqəddəs hesab etdikləri insanların qəbirləri üzərində mavzoleylər inşa etmiş və  hətta zamanla qızıl və qiymətli daşlarla bəzədilmələri ( Hindistan) bu türbələri daha da eqzotik etmişdir.

 

Nikoloz Lekveşvili, hazırda Tükriyədə yaşayan gürcü memar hesab edir ki, böyük qəbirlərin inşası ölən insanlara bir növ hörmət mənası daşıyır və onları ölümsüzləşdirir.

O, bildirir ki, İslamda ölüm mövzusu Xristian mədəniyyətindən fərqli olaraq daha çox xatırlanır. Məsələn,  Gürcüstanda qəbristanlıqlar əsasən şəhərdən kənarda olur, ancaq müsəlman ölkələrində ölüm mövzusu yaşaqmaq ilə bərabər olaraq xatırlanır. Bir çox müsəlman ölkələrində qəbristanlıqlar şəhərin mərkəzində olur.  “Ölümdən sonrakı həyat. İnsanların dəyəri ancaq öldükdən sonra bilinir. İnsanlar düşünür ki, daha böyük qəbirdaşı inşa etməklə ölmüş şəxsə daha çox ehtiram göstərmiş olurlar.  Bəlkə də onlar düşünür ki, sirli qüvvələr onları izləyir”, o vurğulayır.

“Özümüzü qorumaq ən təbii instinktimizdir. Hər kəs özünü ölümsüzləşdirmək istəyir. Qəbristanlıq həyatla ölümün kəsişdiyi yerdir. Buna əsaslanaraq, insanlar qəbristanlığın əhəmiyyətini göstərmək üçün bu cür məqbərələr inşa edir,” Nikoloz Lekveişvili bildirir.

İslam dininin istənilən insan təsvirini qadağan etməsinə baxmayaraq,  Azərbaycanda qəbirlərin üzərinə vəfat etmiş insanların şəkilləri həkk olunur. Bir çoxları bunu islamdan əvvəlki mədəniyyət və insaları dindən uzaqlaşmağa məcbur edən kommunizmlə əlaqələndirirlər. Buna baxmayaraq, 16-ci əsrə aid olan miniaturlərə əsaslanaraq, İslam dininin bütövlüklə insan təsvirlərini qadağan etmədiyini deyə bilərik.

Azərbaycan olan müqayisəli ədəbiyyat üzrə professor Rəhilə Qeybullayeva deyir ki, Azərbaycanda insan sürətinin təsviri Sovet zamanından əvvəl də olub. Qəbirstanlıqlarda rast gəlinməsə də İslamda təsvirlər mövcud olmuşdur. Rəhilə Qeybullayeva bildirir ki, təkcə İslam yox, bütün təkallahlı dinlər insan təsvirini qadağan edir. Bununla yanaşı o, bildirir ki, miniatürlərdə insan təsvirlərinə rast gəlmək olur. Bütün şərq kitablarındakı miniatürlərdə insanın üzü görünür.

Məsələn, 16-cı əsrin əvvəllərində, Şah Abbasın öz  kitablarında insan təsvirlərinə rast gəlmək olar: lakin insanlar bütünlüklə yox, yari insan yarı heyvan şəklində təsvir olunurdular ki, bu da öz növbəsində şəkildəki insanların artıq öldüklərini ifadə edirdi.

Vəfat etmiş insanların şəkillərin yanındakı simvollara gəldikə isə, Qeybullayeva bunu din ilə yox, insanların olmüş şəxs haqqında daha çox məlumat vermək arzusu ilə izah edir.

Burada siz adi şəkillər və onların ətrafında olan simvolları görə bilərsiz. Məsələn, gənc yaşlarında ölen subay qızın qəbrinin yanında gəlin paltarı görmək olar.

 

Sumqayıtın dini lideri olan Molla Mirzə deyir ki, gəlin paltarı geyinmiş qız şəkli ərə getmədən ölən xanımların məzarının üzərində olur. Mənası isə valideyinlərinin onu gəlin paltarında görmək arzusunun həyata keçmədiyi deməkdir. “ Evlənmək və ailə qurmaq həyatın təməl prinsiplərindən biridir”. Bu cür məzarların üzərində xonça ( valideyinlərin toydan əvvəl  gəlinə gətirdikləri içərisi şirniyyat ilə dolu olan podnos), məzar daşının ətrafına dolanmış qırmızı lent ( vəfat edənin gənc olduğunu bildirir) görə bilərsiz. Onun sözlərinə görə, bəzən də ölən gənc qızın  nəşi evdən vağzalı ( gəlinin ata evindən çıxardardılıb şadlıq evinə aparılarkən  çalınan toy musiqisi) sədaları altında çıxarılır.

Lekveişvili bunu valideyinlərin öz ovladına olan sonsuz məhəbbəti ilə izah edir. “ Onların qızlarını gəlin paltarında görmək arzusu artıq  reallaşmayacaq”

Dini Qurumlar üzrə dövlət katibi Mübariz Quranlı ANS TV-yə verdiyi müsahibədə  bildirmişdir ki, insanların böyük qəbir daşları və məzarın üzərində heykəllər inşa etmək ənənələri hardasa 50-60 il əvvəl yayılmağa başlayıb. İnsanlar iri məzardaşları üçün minlərlə manat xərcləyir.  Halbuki, İslam dinində qəbir yox olmalıdır.

“Bu ənənə davam etsə, bir meddət sonra Abşeron yarmadası böyük bir qəbirstanlığı xatırladacaq, Qəbristanlıqlar Panteona dönəcək.  Bütün qəbirlər standart ölçüdə olmalıdır,” Mübariz Qurbalı 2014-cü ildə verdiyi müsahibədə həmçinin bildirmişdir ki, qəbirlərin standartlaşdırılması lahiyəsi müzakirə edilir və tezliklə qəbul olunacaq”.

“Belə olduqda, heç kim qəbrin üzərində bahalı daşlar və heykəllər ucalda bilməyəcək”.

Azərbaycanın zəngin insanları qəbirdaşlarını mərmərdən hazırladır. Mərmər daşlar daha bahalı və “hörmətli” sayılır və bu səbəbdən mərmər biznesi ölkənin ən gəlirli sahələrdindən birinə dönüb.

“Vəfat etmiş insanın qəbir daşı onun social statusunu müəyyənləşdirən meyar olmamalıdır. Bütün qəbirlər standart ölçüdə olmalıdır. Heç kim “gələcək qəbirlər” üçün əlavə yer ala bilməyəcək”, Qurbanlı deyir.





 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin