Ailəmin Sovet Albomu

Müəlli̇f: Lalə Əliyeva

25.02.17
Buraxılış: Sovet Gündəlikləri

Atalar və Oğullar əsərində, rus yazıçısı İvan Turqenyev, Nikolay və onun oğlu Arkadinın simasında iki nəsil arasında böyüyən ziddiyyəti təsvir edir.  Nikolay liberal şəhər  Sankt –Peterburqda təhsil alıb kəndə qayıdan oğlu Arkadinin fikirlərini anlamır və qəbul etmək istəmir. Onun təsvir etdiyi dövr 1862 - ci ildi, lakin eyni vəziyyət 2017-ci ildə də var.

Mən Turqenyevin təsvir etdiyi Arkadiyəm. 2015-ci ildə xaricdə oxuduğum müddət ərzində, ayda iki –üç dəfə doğma Sumqayıta qayıdanda, anlayırdım ki, dünya dəyişsə də atamın dünyasında heç nə dəyişmir. Biz iki ayrı dövrün nümayəndələriyik. O, Sovet dövrünün stabilliyinin tərəfdarı, mən - onun 29 yaşlı qızı isə söz azadlığı, insan hüquqları və buna bənzər demokratik dəyərlərin tərəfdarıyam. 

“SSSR-i mənim vətənim idi. Mən o dövrün geri qayıtmasını istəyirəm” – o, deyinir. Mən o qadağalar və represiyyalar dövrü üçün necə darıxmaq mümkün olduğunu təsəvvür edə bilmirəm. Mənə o dövrün ağ-qara  şəkillərindən ibarət ailə albomunu göstərirdilər, lakin hər kəsin və hər şeyin bir-birinə bənzədiyi o dövrün şəkilləri mənə maraqli gəlmirdi.

2017-ci ilin yanvar ayına qədər, daha dəqiq yeni ildən sonra mən evdə idim və valideyinlərimin albomuna baxmağa qərar verdim, düşündüm ki, bəlkə az da olsa Sovet nostalgiyasına anlaya bildim. Sovet dövründəki həyat haqqında heç də  inandiricı olmayan hekayələri güman ki, gələcək nəsil də eşidəcək, lakin onda Sovetlər Birliyi yaddaşlarda deyil, tarix kitablarının səifələrində olacaq.

Mən uzun zamandır baxılmayan üstü tozlanmış albomu götürdüm. Valideyinlərimin hər ikisinin ayrı şəxsi albomu var.

Anam Gülnarə Seyidova 1964-cü ildə - Brejniyevin hakimiyyətdə olduğu zamanda dünyaya gəlib. Bu dövr iqtisadi və sosial durğunluq dövrü kimi xarakterizə olunur. Atam Azər Əliyev isə, 1959 –cu ildə Stalin rejiminin qadağalarının yumuşadığı “Mülayimləşmə” kimi tanınan dövrdə dünyaya gəlib. Bir çox şəkillər 1980-ci ilə qədər davam edən durğunluq dövrünə təsadüf edir. Bu dövrü bir çoxları “inkişaf etmiş sosializm” adlandırır. 

Atamın albomunu vərəqlədim, hərbi qulluqda olduğu illərin şəkillərinə baxdım. Sovet Ordusunda xidmət etmək böyük bir şərəf idi. Dövlətin inteqrasiya və miqrasiya siyasətinə uyğun olaraq əsgərlər SSSR-nin istənilən ölkəsinə göndərilə bilərdi. İki illik məcburi hərbi xidmətdən sonra 1978-ci ildə ona xidmət etdiyi Qazaxıstanda qalmaq və işləmək təklif olunur. Lakin bu xəbər atamın ailəsinin qulağına çatanda ona teleqram göndərib təcili olaraq Azərbaycana gəlməyi istənilir. Ona qohumlardan birinin ağır xəstə olduğu deyilir. Əlbəttə ki, bu onu Azərbaycana qaytarmaq üçün hazırlanmış yalan idi. Mənim atam Qazaxıstanı tərk edir və Sumqayıta gəlir. Burada o, boru zavodunda işə düzəlir. Atam burada doğulur burada anamla qarşılaşır və 1982-ci ildə onlar evlənir.  1984-cü ilə  mənim bacım dünyaya gəlir, üç il sonra isə mən doğuluram. Bizim üçün də yeni sovet albomu hazırlanır. Albomları əlimə alanda bir şeyi düşünürdüm: bu şəkillər o dövrü necə işıqlandıra bilər, mənim üçün o dövr repressiya, və şəxsi düşüncənin yox olduğu zaman kəsiyi idi.

Nəyə görə o vaxt üçün belə darixirlar? Bəlkə o dövrün  stabilliyi və günlük həyatlarında heç bir sürprizlə qarşılaşmadıqları üçün? Bəlkə sabaha olan inam? Bəlkə də heç vaxt ölkələrinin müstəqilliyini görmədikləri üçün?

 

1978-ci ildə atam Qazaxıstanın Emba şəhərində raket əleyhinə qoşunların tərkibində xidmət edib. Bütün Sovet Sosialist respublikalarından olan insanlar hamısı bu orduda xidmət edirdi. “Aramızda millət söhbəti yox idi”, o, xatırlayır.
Orduda tək problem “dedovşina” idi. Bir il müddətində sən özündən rütbəcə yüksək olanların təhqirlərinə dözürsən, bir il sonra isə öz acığını yeni gələn əsgərlərdən çıxırsan.“
Mahnı yazdırmaq qadağan olunsa da biz bəzən bu qadağanı pozurduq. Dinlədiyimiz mahnılar əsasən, ordu və bizi gözləyən analarımız və sevgililər haqqında idi”
“Mən tək Azərbaycana yox, bütün Sovet Ordusuna xodmət edəcəyimə and içmişdim . SSSR bizim vətənimiz idi.”
Sevgilisi olmayan qızlar tək qalmasın deyə digər qızların onlarla rəqs etməsi anormal sayılmırdı. Əksinə olduqca nəzakətli davranış saylırdı.
Bahalı qablar və fincanlar şkafda saxlanılır və istifadə edilmirdi - demək olar ki, bütün socialist ölkələrində bu belə idi. Bu adət demək olar ki hələ də qalır. Sovet dövrünün insanları, elə mənim valideyinlərim də ən gözəl və bahalı qabların, toy hədiyyələrinin şkafda saxlanılmasının tərəfdarıdır.
Oyuncaqları saxlamaq. Uşaqların oyuncaqları səliqə ilə divardan asılır və ya bir küncə qoyulur, gələcək nəsillərə saxlanırdı.
Musiqi məktəbində oxumaq olduqca dəbdı idi. Demək olar ki bütün valideyinlər uşaqlarını piano məktəbinə yazdırırdı. Sovet musiqi məktəblərinin hamısında eyni proqram üzrə dərs keçilirdi- fərqi yox idi sən Moskvadasan ya Bakıda. Uşaqlar 7 yaşında musiqi məktəbinə daxil olurdu, lakin hamısı çətin imtahanlardan keçib məzun ola bilmirdi. Mənim anam da musiqi məktəbini bitirib, lakin musiqi karyerasını davam etdirməyib.
Babam ağ –qara TV-ni təmir edir. Ailələr təzə televizor ala bilmədikləri üçün on illərlə eyni televizora baxırdılar və onu təmir etməyə artıq öyrəşmişdilər.
Tipik Sovet mənzili – divarda xalça, içərisi fincanlarla dolu şkaf və lampa
Anam 12 yaşında basketbol oynamağa başlayır. Məktəbin uşaq və gənclər komandasında oynayır. O, Azərbaycanın milli komandasında oynamağa namizəd olsa da, oynamır. Komandanın tərkibində onlar Rusiyanın Həştərxan, Volqaqrad, Ukraynanın Donesk şəhərlərində səfər etmişdilər. İdmançılar lazım olan bütün ləvazimatlarla – forma, top, ayaqqabı- təmin olunurdu. “İndi isə hər şeyi valideyin öz pulu lə almalıdır”- o şikayət edir.
SSSR məkanında idman ən çox sevilən sahələrdən biri idi. Atletlər məktəb yaşlarından Olimpiya Oyunlarında iştiraka hazırlanırdılar. SSSR 1952-ci ildən 1988-ci ilə qədər ( 1980-ci ildə Moskvada keiçirilən oyunları boykot edən Amerikaya cavab olaraq SSSR 1988-ci ildə Los Angelesdə keçirilən Olimpiya Oyunlarını boykot etmişdi) bütün Olimpiya oyunlarında iştirak edib. İdman həmçinin zavodlarda və digər sahələrdə işləyən SSSR vətəndaşları üçün də məcbur idi.
Anam öz doğma şəhəri Sumqayıtı təmsil etmişdi, dediyinə görə də yaxşı oyunçu idi. O idman üniversitetinə qəbul olmaq istəyirdi, lakin uzgüçülük imtahanından kəsildiyi üçün instituta daxil ola bilmədi.
Sovet dövrünün nikah mərasimi. Dərziyə tikdirilən gəlin paltarı və şlyapa ona uyğun əlcəklər. Uzun güllər və sampan bütün sovet toyları üçün səciyyəvi idi.
Bütün sovet idarələrində istifadə olunan lələkli qələm.
Bayramlar və ad günləri əsasən evdə keçirilirdi.
Valdieyinlərim bütün Sovet respublikalarında təntənəli şəkildə keçirilən 1 May şənliklərində. Bu bütün fəhlə sinifinin ən sevdiyi bayram idi.
Bacım Səbinə və mən. İldə bir dəfə valdieyinlərimiz bizə ən yaxşı paltarlarımızı geyindirib foto-studiyaya şəkil çəkdirməyə aparırdı. Biz həmin günə xüsusi hazırlaşırdıq, bizim üçün həmin gün bayram idi. İndi isə geriyə baxanda şübhə və xatirələrlə dolu günləri xatırlayıram.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin