Azərbaycanın Talış dilində yeganə qazeti

Müəlli̇f: Anonymous

29.06.17
Buraxılış: Kommunikasiya

Azərbaycanın Talış dilində yeganə qazeti

 

Xanəli Talış doğma dildə oxumağın nə qədər vacib oldunu gözəl anlayır və bu ehtiyacını ödəmək üçün uzun məsafə qət etməkdən çəkinmir. 77 yaşlı təqaüdçü, ölkənin yeganə Talış dilində çap olunan qazeti “Talishon sədo”-nun yeni sayını almaq üçün  öz yaşadığı Qızılağac kəndindən Azərbaycanın cənubunda yerləşən Masallı şəhərinə gedir.

Tolishon Sədo – mənası Talışlıların səsi  olan bu qazet Azərbaycanın cənub bölgəsində, İranla sərhəddə məskunlaşan iran dilləri qrupuna məxsus talışların yeganə müstəqil mediasıdır. 2009-cu ildə əhalinin siyahıya alınması zamanı talışların sayı 112,000 olaraq göstərilir ki, bu da 9.6 milyon olan ölkə əhalisinin 1 % dən azını təşkil edir. Lakin, aktivistlər iddia edir ki, qonşu İranda 600.000, Azərbaycan  ərazısındə isə 500.000 talış  yaşayır.

Qazet ayda bir dəfə Bakıdan icma nümayəndələrinə verilir ki, cənub kəndlərində yayınsın. Təqaüdə çıxan şer həvəskarı müəllim Xanəli Talış bu məsuliyyətli işi ürəklə həyata keçirir.

“Sovet zamanında öz dilimizdə qazet çıxartmaq imkanı yox idi, lakin Sovetlər  dağılması şəraiti dəyişdi. “Dilimizi, yazımızı yaşatmaq olduqca vacibdir”, o deyir.  

Qızıl Talış 1931 –ci ildə çap olunmuş ilk Talış dilli qazet idi, lakin 7 il sonra Sovet rejimi qazetin çapını qadağan etdi. Və Talış dilində yazili mətbuat uzun müddət unuduldu. 1980-ci il, Mixail Qarbaçovun yenidənqurma siyasəti kiçik xalqların dillərinin inkişafı üçün yeni pəncərə açdı.

Talış dilində ilk müstəqil mətbuat Talışı sədo ilk dəfə 1992-ci ildə çap olunmağa başladı. 2007-ci ildə alim və qazetin redaktoru Novruzəli Məmmədov İrana casusluqda ittiham olunaraq  10 il müddətinə həbs edildi və bir iki il sonra 2009-cu ildə həbsdə öldü. Onun ölümündən sonra Hilal Məmmədov qazetin redaktorluğunu öz üzərinə götürdü, lakin onun da fəaliyyəti uzun çəkmədi-2012-ci ildə o narkotik saxlama, xəyanət, nifrət yaymağa təşəbbüs və vəzifədən sui- istifadə ilə ittiham olunaraq 5 il müddətinə həbs edildi. 2016-ci ildə Hilal Məmmədov prezident İlham Əliyev tərəfindən əhv olundu.

Həmin vaxt  Talışı Sədo öz çapını dayandırdı və 2011-ci ildən etibarən Tolişon Sədo qazeti Alem jurnalı ilə yanaşı  talış dilində yeganə mətbu orqandır. 2015-ci ildə maliyyə sıxıntıları səbəbi ilə qazet həftəlik yox ayda bir dəfə çap olunmağa başladı.

Bu dəyişiklik hamıya xoş olmadı.

 

Qəzet 2011-ci ildən Bakıdakı mətbəədə çap olunub yığılaraq Azərbaycanın cənub bölgələrinə - talışların sıx yaşadığı rayon mərkəzlərinə göndərilir.
“Talışların səsi” qəzetnin hər ay 1000-ə qədər nüsxəsi çap olunur. Bir qəzetin qiyməti 0.50 Azn-dir.

“Bir ay sonra məlumatlar artıq köhnə olur”, Xanəli Talış Masallıdakı çayxanada çayını içə-içə  deyir.

“2015-ci ilə qədər biz qazeti köşkdən ala və ya ona abunə yazıla bilərdik.Lakin sonradan qazet mənə verildiyi kimi müəyyən şəxslərə paylanmağa başladı. Qazeti tapmaq müşkülləşdi. Bəzən isə qazeti olduqca gec əldə edirdik.İndi isə hər şey daha mürəkkəbləşib” Hilal Məmmədovun hüquqlarını qorumaq üçün yaradılmış Komitənin sədri  jurnalist deyir.

Talişı Sədo qazetinin hazırkı redaktoru Rafiq Cəlilov qazetin ofisinin olmadığını və əsasən frilans əməkdaşların yazıları ilə fəaliyyət göstərdiyini deyir.

“Mən evdən işləyirəm. Mən tapşırıq verirəm, redaktə edirəm və qazetin paylanmasını həyata keçirirəm”

“Tək adamlıq iş elə də asan deyil, çünki nüsxələri kəndlərə çatdırmaq lazımdır”, Cəlilov deyir. Cəlilov həmçinin Bakıda yerləşən Talış Mədəniyyət Mərkəzinin sədridir. Qazetin reklam gəlirləri yoxdur, əsasən icma nümayəndələrinin maliyyə dəstəyi ilə ayaqda qalır.

“Hokümətdən dəstək almaq işimizi asanlaşdırardı. İki il əvvəl prezidentə bu barədə məktub yazdıq, lakin hələ də cavab almamışıq”.

Mərkəzi hökümət talış icmasının öz dilində 4-cü sinifə kimi təhsil kimi hüquqlarını qəbul etmək istəmir, bu isə fəalları daimi təyziq altında yaşamağa məcbur edir. Cəlilovun özü Baş Prokurorluğun   Ağır cinayətlərə dair istintaq idarəsi tərəfindən dindirilib.

Bütün çətinliklərə baxmayaraq, Xanəli Talış kimi minlərlə insan üçün öz dilində çap olunan qazeti əlində tutmaq böyük xoşbəxtlikdir.

“Kəntdəki poçt məntəqəsi işləmir, heç olmasa mərkəzi məlumat köşkündən onu almaq yaxşı olardı. Qazeti əldə etmək üçün uzun müddət gözləyirik. Lakin bizim o qazetə ehtiyacımız var.

 

Baş redaktor Rafiq Cəlilov qəzetin yeni buraxılışını Masallı rayon mərkəzinə çatdırır. Buradan qəzetlər əl yayımı ilə paylanmaq üçün pərakəndə şəkildə kənd nümayəndələrinə həvalə olunur.
77 yaşlı oxucu Xanəli Talış qəzetin yeni buraxılışını almaq hər dəfə üçün Qızılavar kəndindən rayon mərkəzinə gəlir. “Köşkdə qəzet satılsa idi, vaxtında gecikmədən qəzeti ala bilərdim.İndi isə Bakidan gətirilməyini gözləyirəm.”
“Talışların səsi” qəzetinin heç bir kommersiya gəliri yoxdur. Qəzetin nəşr xərclərini təkcə talış birliyinin nümayəndələri və baş redaktor şəxsi maddi vəsaiti hesabına qarşılaya bilir.
Oxuyucuları uzaq kəndlərdən olan "Tolishon sədo" qəzeti xüsusi ilə qış aylarında çatdırılma zamanı çətinliklə üzləşir.
“Dövlət dəstəyi olsaydı mətbuat yayım şirkətləri zamanında qəzetləri uzaq kəndlərə də çatdırardı.
2015-ci ilədək həftəlik nəşr olunan qəzet həm köşklərdə satılırdı, həm də birbaşa abunəçilərinə çatdırılırdı.
Maliyyə probleminə görə qəzet sonradan yalnız ayda bir dəfə nəşr olunmağa başladı və əl yayımı ilə rayon və kəndlərə paylandı.
Rayon mərkəzindən 20km uzaq, Mahmudavar kəndininin oxucularına da qəzet bəzən günlərlə geç çatır.
Amma yeni yazılarla tanış olmaq üçün kənd oxucuları hər nömrəsini əldə etməyə çalışır.
Bizim maddi imkanımız yoxdu, şəxsi hesabımıza təkcə pərakəndə paylaya bilirik.” –Rafiq Cəlilov deyir.

 

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin