Qafqazın LGBTİQ+ləri və təcrid

Fotoqraf: Sofi Mdivnişvili, Nata Vahabova, Diana Karapetyan

14.04.20
Buraxılış: Təcrid

Cənubi Qafqazdakı bir çox LGBTİQ+ gənclər üçün ev sığına biləcəkləri yer deyil.

Valideynləri, ailələri - Ermənistan, Azərbaycan və Gürcüstanın ənənəvi cəmiyyətlərində rahatlıq və təhlükəsizliyi təmin edən münasibətlər halqası - çox vaxt onları dəstəkləmək istəmirlər və ya bacarmırlar.

Bu, onları daha çox təcrid edir, müdafiəsiz qoyur, çoxalmaqda olan nifrət cinayətləri və ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün üz tutacaq yerləri, demək olar ki, qalmır. Cənubi Qafqazda LGBTİQ+lərə təhlükə nəqliyyatda adi sataşmadan tutmuş, evdə döyülməyə, iş yerindən qovulmağa və hansısa bəhanə ilə həbslərə qədər bir çox formada özünü göstərir.

Beynəlxalq hesabatlara görə, Azərbaycan Avropa Şurası ölkələri arasında LGBTİQ+ icması üçün ən pis yer olaraq qiymətləndirilib. Polisin qey və transgenderləri qeyri-qanuni həbs etdiyi, işgəncələrə məruz qoyduğu qeydə alınıb.

Ermənistanda ayrı-seçkilik və nifrət cinayətləri riski insanları cinsi oriyentasiyasını gizlətməyə və sosial həyatdan təcrid olunmağa məcbur edir. Ölkə LGBTİQ+ icmasının haqlarını təmin edən qanunlar və hüquqlar baxımından Azərbaycandan bir qədər yüksəkdədir, lakin ayrı-seçkiliyə qarşı heç bir hüquqi təminat yoxdur. Mediada homofob dil, nifrət nitqi çox yayğındır; LGBTİQ+lərə tez-tez hücumlar baş verir.

Gürcüstan LGBTİQ+lərin qorunmasını təmin edən bəzi qanunlar qəbul etsə də, homofobiya burda da geniş yayılıb. LGBTİQ+lərin təhlükəsizliyini təmin etmək üçün siyasi iradənin olmaması polis zorakılığı, nifrət cinayətləri ilə nəticələnir. Ölkədə ayrı-seçkilik də hakimdir. Xüsusilə, fəallar qeyd edirlər ki, LGBTİQ+lər daim iş yerlərini itirmək təhlükəsi altındadırlar və əksər hallarda dövlət tərəfindən maliyyələşdirilən sığınacaqlara və ya tibbi müalicəyə çıxışları yoxdur.

Müdafiəsiz qalmaq regionun LGBTİQ+lərinin səslərini eşidilməz edir.

Özlərini ifadə etmək üçün çox az məkana sahib Azərbaycan, Ermənistan və Gürcüstan LGBTİQ+ləri əsasən sosial mediada sıxışıb qalıblar.

Bu foto-layihə LGBTİQ+lərin öz həyatları və ümidləri haqqında danışmaq üçün açıq bir platforma rolu oynayır.

Onların xəyalları hər 3 ölkədə bənzərdir: LGBTİQ+lər də hər kəs kimi ailələri və cəmiyyət tərəfindən qəbul olunmaq, ictimai-sosial hüquqlarından, yaşamaq haqqından istifadə etmək arzusundadırlar.

Məsələn, ixtisasca tibb bacısı olan Nora bir gün seks işçisi olaraq pul qazanmaq əvəzinə öz sahəsində çalışacağına ümid edir. Ümid adaptasiya əməliyyatı etdirmək və özünü rahat hiss etdiyi bədənə qovuşmaq istəyir. Ani isə ictimaiyyət içində heç kəsdən çəkinmədən sevgilisinin əlini tuta biləcəyi günü xəyal edir.


GÜRCÜSTAN

 

Gürcüstan LGBTİQ+lərin təhlükəsizliyini təmin etməli olan ayrı-seçkiliyə qarşı qanunlar qəbul edib. Ancaq reallıq çox fərqlidir. Nifrət nitqi tez-tez rast gəlinən hadisədir; indiyədək LGBTİQ+lərin keçirdiyi tədbirlər ultra sağ qruplar və dini təşkilatlar tərəfindən dəfələrlə təhdid edilib. Ombudsmanın 2018-ci il hesabatında qeyd olunur ki, “homofob və transfobik münasibətlər cəmiyyətdə hələ də güclüdür. Buna görə də LGBT+ şəxslər hələ də təzyiqlərdən, ayrı-seçkilikdən əziyyət çəkir və tez-tez zorakılıq qurbanı olurlar”. 


18 yaşındakı Ani digər qızlara marağı olduğunu biləndə 14 yaşında idi. “Kişilərin deyil, qadınların şəkillərini çəkirdim. Bədənin hər hissəsini və ya detallarını bir fırça ilə rəngləmək çox xoşuma gəlirdi. O vaxt başa düşmürdüm, amma sonradan qadınlarla daha yaxın olduğumu dərk etdim. Bu, kim olduğumu və əslində nə istədiyimi düşünməyə məcbur etdi. Onda hər iki cinslə münasibət qurmağa qərar verdim”.

Ani yadına salır ki, öz cinsi oriyentasiyası barədə bir neçə dostuna ürəyini açıb, amma bunu normal qarşılamadıqları üçün dostluqlarına son qoyulub.

“Bacım bu barədə bilən yeganə şəxsdir və o, bu mövzuda olduqca tolerantdır. Ailədə başqa heç kəsə deyə bilməmişəm - qorxduğum üçün yox, onları məyus etmək istəmədiyim üçün. Ailəmin mənlə bağlı ümidləri var. Düşünmürəm ki, oriyentasiyam onları məyus etsin, amma yenə də çətinlik çəkirəm ailəmə başa salım ki, mən onların təsəvvüründəki obrazdan, yaxud kim olmağımı istədikləri obrazdan tamamilə fərqliyəm”.

21 yaşlı Lika ilk dəfə 13 yaşında valideynlərinə lezbiyan olduğunu bildirib. Onlar qəzəbləniblər və bu fikri qəbul etməkdən imtina ediblər. “Dostlarımdan uzaqlaşdırdılar, telefonumu əlimdən aldılar və məktəbdə mənə nəzarət etməyə başladılar. Dəhşətli depressiyaya düşdüm. Otağımı tərk etmirdim və bir şey yemirdim. Atam hər dəfə sərxoş olanda məni döyürdü”.

Bir neçə il ərzində o döyülməkdən və fiziki zorakılıqdan tutmuş ekzorsizmə qədər hər şeyə məruz qalıb. “Düşündüyüm yeganə şey ölüm idi... İntihara cəhd etmişdim. Bir neçə dərman atdım, amma bacım bunun fərqinə vardı və məni xəstəxanaya apardılar”.

Lika 18 yaşında kənddəki evlərindən qaçaraq Tbilisiyə gəlib, burada Bərabərlik Hərəkatı QHT fəallarına yardım üçün müraciət edib. Təşkilatın dəstəyi ilə Lika ölkədən çıxıb gedib.

“Almaniyaya gəlmək kortəbii bir qərar idi. Hər hansı bir ölkə yaxşı ola bilərdi, ancaq ora getməyin daha asan olacağını düşündük. Əsas məqsəd artıq Gürcüstanda yaşamamaq idi. Qalan şeylərin əhəmiyyəti yox idi”.

Bu gün Lika Almaniyada yaşayır, evdən qaçdıqdan sonra orada sığınacaq üçün müraciət edib. Tələbədir və Gürcüstana qayıtmağı planlaşdırmır.

“Evdə fiziki zorakılığa məruz qalırdım. Bədənimdəki zədələrə görə məktəbə getməyə icazə verilmədi. Valideynlərim qorxurdular. İnsanlara qızılca xəstəliyim olduğunu demişdilər. Məni məcbur edirdilər ki, yemək yeyim. İmtina etsəm, üzümə vururdular və ya yeməyi götürüb yerə atırdılar”.
“Bəzən düşünürəm ki, kaminq out etməsəydim, hər şeyin öhdəsindən indiki qədər yaxşı gələ bilməzdim və daha zəif olardım. Bu gün əlimdəki ən dəyərli şey azadlığımdır. Mənə lazım olan hər şey budur”.

17 yaşlı Mariam üç il əvvəl ilk dəfə bir qıza aşiq olub. Təxminən bir il sonra yenidən həmin qızla rastlaşıblar və o vaxtdan bəri münasibətdədirlər. Mariam bunu anasınına bildirməyə çalışıb, ancaq anası qadınlara olan həvəsinin ötüb-keçəcəyini iddia edərək onu ciddi qəbul etməyib. Ondan sonra Mariam bu söhbəti anası ilə açmayıb və başqalarına da açıqlamaqdan çəkinib. “Hər gün insanların bu soyuq, təhqiredici baxışlarını hiss edirəm. Bu, mənim üslubum və zövqümlə də əlaqəli ola bilər. Oriyentasiyama görə ölkəmdə təhlükə içərisində olduğuma öyrəşmişəm. Ona görə heç vaxt hisslərimi açıq şəkildə bildirmirəm. Küçədə heç vaxt sevgilimi öpməyə çalışmamışam. Bunu özümə icazə verə bilmirəm”.

“Əvvəllər qızlarla münasibət qurmağa başlayanda yalnız onları bəyəndiyimi başa düşə bilmirdim. Bu, o vaxtlar sadəcə sarsıdıcı görünürdü. Mən 14 yaşında idim”.
“Bir ildən çoxdur ki, çox sevdiyim, güvəndiyim və hörmət etdiyim bir qızla ciddi münasibətdəyəm”.
“Keçən il anamla söhbət etdim, qızları bəyəndiyimi izah etdim. Bütün gürcü anaları kimi, o da bu yaşda hər şeyin qəliz olduğunu dedi. Dedi ki, böyüdükcə hisslərim və düşüncələrim yox olacaq. Dəyişməyəcəyimi başa düşəndə həqiqətən, dəli olmuşdu”.
“Münasibətimiz hamıda necədirsə, bizdə də elədir. Dalaşmışıq, küsmüşük, mübahisə etmişik, ayrılmışıq, barışmışıq. Bu gün də bir yerdəyik”.
“Başqalarının fikirlərini nəzərə almağa və heç kimi təhrik etməməyə çalışsam da, özümü olduğum kimi sevməyi və qəbul etməyi bacarıram. Sizə verə biləcəyim bütün tövsiyəm budur”.

21 yaşlı Salome qızlardan xoşu gəldiyini başa düşəndə 11 yaşında olub. Onun cinsi oriyentasiyası illərlə ailəsi, dostları və hətta yad şəxslər ilə qarşıdurmalara səbəb olub. Bir dəfə, evlərini tərk etməyə çalışıb, lakin ailəsi onun dalınca düşüb və evə qayıtmaq üçün yola gətirib.

“Mənə daha yaxşı münasibət göstərəcəklərini vəd etdilər. Qayıtdıqdan sonra məni kilsəyə apardılar. Özümü itirirdim, bədənimə zərər verirdim, davamlı olaraq yuxusuz qalır və narahat olurdum. Heç kimlə danışa bilmirdim”.

“Annanın mənə yaxınlaşmağı qadağan olundu və onu evə kilidlədilər. O günlərdə başımıza gələnləri dil ...
“Annanın mənə yaxınlaşmağı qadağan olundu və onu evə kilidlədilər. O günlərdə başımıza gələnləri dilə gətirmək mənim üçün çox çətindir. Bununla belə, bayırda və heç kimin görə bilməyəcəyi yerlərdə görüşürdük. Bu günədək belə yaşayırıq. Həmişə gizlənirik”.
“Mən heç vaxt ailə üzvlərimlə, o cümlədən anamla cinsi oriyentasiyam barədə açıq danışmamışam. Əminəm ki, hər şeyi bilirdilər, amma bunu məndən eşitməmək və bunun normal olduğuna inanmamaq onlara rahat idi. Buna görə də səssiz qalmağı üstün tutdular”.
“İnsanların baxışları çox usandırıcıdır, məsələn, ictimai yerdə ikimiz bir qulaqlıqla musiqi dinləyərkən qəribə baxırlar. Küçədə gedərkən çox dəhşətli atmacalar eşitmişəm. İnsanlar mənim haqqımda danışanda xüsusilə ucadan səslənirlər ki, “indi bu qızdır, yoxsa oğlan?”
“Bəzən oğlanlarla münasibət qururdum və əvvəllər xoşuma gəlirdi, amma heç vaxt onlarla orqazm yaşamamışdım. Özümü günahlandırırdım və problemin məndə olduğunu düşünürdüm. Bu utancverici idi, amma bir söz deyə bilmirdim”.
“LGBT icması haqqında heç bir şey bilmirdim və onlardan heç birini tanımırdım. Buna görə də heç kimdən məsləhət istəyə bilmirdim. Danışa da bilmirdim. Qadınlara qarşı hansı hisslərimin və maraqlarımın olduğunu müəyyən edə bilmirdim”.
“Kiməsə ürəyini açmaq çox təbii bir şeydir. Oriyentasiyama görə heç bir problem yaşamadığım bir mühitdə doğulduğım üçün xoşbəxtəm. Buna görə heç vaxt dostlarımı itirməmişəm”.
“Nikahımdan iki övladım var. Əvvəllər homofob hərəkətləri ciddiyə almırdım və qorxmurdum. Ancaq indi uşaqlarım üçün qorxuram”.
“Ümumiyyətlə, mən hər şeyi terminlərlə açıqlamağı və ad qoymağı xoşlamıram. Qadınları sevən bir qadı ...
“Ümumiyyətlə, mən hər şeyi terminlərlə açıqlamağı və ad qoymağı xoşlamıram. Qadınları sevən bir qadın olduğumu söyləməyi üstün tuturam. Yalnız bu cür - heç bir termin və ad olmadan”.

AZƏRBAYCAN

Azərbaycanda cəmiyyətin əksəriyyəti köhnə ənənələrə söykənir. Kəskin şəkildə kişi və qadın rollarını ayırmış bir patriarxal cəmiyyət olaraq, yazılmamış qaydalara uyğun gəlməyən hər hansı mövqeyi rədd edir. Nəticədə, LGBTİQ+ icması gizlənməyə və sərt reaksiyalara məruz qalmağa məcbur olurlar, çünki ailələri - xüsusən də kənd yerlərində - onların cinsəlliyi ilə barışmır və buna qarşı çıxırlar. Kamunq out [gender kimliyinin ailəyə və ətrafa açılma prosesi] çox vaxt zorakılık, istismar və imtina ilə nəticələnir. Bu isə bir çox insanı ikili həyat yaşamağa, bəzilərini öz kimliklərindən dərin utanc hissi keçirməyə, intihara, istismara məcbur edir.


21 yaşlı Ümid transgenderdir. O, çox ənənəvi və mühafizəkar bir ailədə cəmiyyətin inşa etdiyi qadınlıq norması ilə böyüdülüb. Uşaqlıqdan Ümid özünü dünyaya gəldiyi bədəndə narahat hiss edib və cəmiyyətin müəyyənləşdirdiyi “qız roluna” uyğun yaşamaqda çətinlik çəkib.

Təcrübələrini ailəsi ilə bölüşə bilməyən Ümid rahatlığını Bakıda yerləşən Salaam Cinema incəsənət məkanında tapır. Bu köhnə binanın divarları arasında incəsənət sevən, açıq fikirli və yaradıcı insanların əhatəsində Ümid özünü evdə hiss edir.

“Həmişə özümü öz bədənimə yad hiss etmişəm. İllər keçdikcə içimdəki bu hiss daha da böyüdü və artıq ...
“Həmişə özümü öz bədənimə yad hiss etmişəm. İllər keçdikcə içimdəki bu hiss daha da böyüdü və artıq davam edə bilməyəcəyim nöqtəyə qədər çatdı. Ona görə qərar verdim ki, bədənimi istədiyim şəklə adaptasiya edim”.
Ümid deyir ki, hər günü mübarizə içində keçir. “Görünüşüm, saç düzümüm, bədən formam ilə bağlı hər gün çox suallarla qarşılaşmalı oluram. Bu problemlər tamamilə kişi bədəninə adaptasiya olanadək davam edəcək və ancaq o zaman bədənim və ruhum bir-biriylə barışacaq”.
Ümid inanır ki, o, bir gün Azərbaycanda LGBTİQ+ icması üçün ümid mənbəyinə çevriləcək. “Məni öz adımla çağır - Ümid. Mənim kimi insanların ümidə ehtiyacı var”. Ümid özünü kişilərin mühitində daha rahat hiss edir. “Çox istərdim ki, yaxınlarımın portretlərini çəkə bilim. Bizi xüsusi edən fərqləri vurğulamaq üçün. Fərqli olmaq gözəldir”.

Nigar


32 yaşlı Nigar lezbiyan olduğunu açıqlayır. O, 9-cu sinifdə ikən homoseksual olduğunu başa düşüb. Bir tanışlıq saytında tanış olduğu 7 illik sevgilisi ilə bu yaxınlarda ayrılıb. 

Azərbaycanın LGBTİQ+ icmasından bir çoxları kimi, Nigar da bir gün mühacirət etməyə ümid edir.

“Ən böyük çətinliyim insanlarla münasibət qurmaqdır. Hər zaman səhv başa düşülməkdən və ya məni ələ salıb gülməklərindən qorxuram”.
“Ailəmlə münasibətlərim yaxşıdır, amma onlara ürəyimi aça bilmərəm. Cinsi oriyentasiyam ilə bağlı onlara heç nə məlum deyil. Azərbaycandan köçmək istəyirəm. Avropada insanlar sərbəst yaşaya bilirlər. Heç kim Avropada cinsi oriyentasiyasına görə heç kimə gülmür və ya ayrı-seçkilik etmir. Halbuki burada bunu reallaşdırmaq üçün illər lazımdır. İnsanların təfəkkürü dəyişməlidir, ancaq bu, zaman tələb edir”.
Nigar evlərinin hər yerini bitkilərlə bəzəyib. O istəyir ki, ev bitkiləri satışı həyata keçirən bir ...
Nigar evlərinin hər yerini bitkilərlə bəzəyib. O istəyir ki, ev bitkiləri satışı həyata keçirən bir dükana sahib olsun. Nigar ixtisasca film montajçısı olsa da, hazırda qida çatdırılması firmasında kuryer işləyir. Velosiped sürmək onun ən böyük əyləncəsidir.

Aidə


21 yaşlı Aidə özünü lezbiyan olaraq təqdim edir. İlk dəfə sinif yoldaşlarından birindən xoşu gəldiyini hiss edəndə 12 yaşında olub - həmin vaxt qorxu və qarışıq hisslər içində olduğunu xatırlayır. Özü ilə bağlı günahkarlıq hissi keçirməsini ənənəvi bir Azərbaycan ailəsində tərbiyə edilməsi ilə əlaqələndirir.

Aidə universitetdə oxuyarkən öz hisslərinin üzərində düşünməyə başlayıb. O, LGBTİQ+ə dair məsələləri araşdırmaq üçün çox vaxt sərf edib və 2019-cu ildə Bakıdakı Y-peer təşkilatına qoşulub, oranın aktiv üzvünə çevrilib. Təşkilat cinsi, reproduktiv sağlamlıq və gənclərin hüquqları mövzularına diqqət yetirir.

“Mən artıq məni incidən hər şeylə mübarizə aparır və təslim olmuram, qorxmuram. Bilirəm ki, hələ də evdən çıxarıla bilərəm, lakin evdə iqtisadi azadlığım olduğu üçün, yəni özüm işləyib, ailəmdən heç bir məbləğ almadığım üçün qorxmuram, mənim qorxum sadəcə anamla olan emosional bağımı itirməkdən ibarətdir, çünki homofob olsa da, onu sevirəm”.
Aidə həm də həvəskar aktrisadır; o, tez-tez cinsi istismar, ayrı-seçkilik və LGBTIQ+lər haqqında tamaşalarda çıxış edir. Gəlir əldə etmək üçünsə supermarketlərdən birində işləyir.

ERMƏNİSTAN

 

LGBTİQ+ icması Ermənistanda müstəsna dərəcədə damğalanma ilə üzləşir. Ayrı-seçkilik və zorakılıq təhdidləri insanları sosial həyatdan təcrid olunmuş vəziyyətdə qalmağa məcbur edir.

Reallıq budur ki, bir çox LGBTİQ+lər xoşbəxtlik əldə etmək haqqı uğrunda hər gün mübarizə aparır. Səssizliyini pozan və açıq şəkildə həyatlarını davam etdirənlər cəmiyyətə insan olduqlarını qəbul etdirmək üçün hər gün üzləşdikləri problemlər barədə açıq danışmaqla əsl cəsarət nümayiş etdirirlər.


20 yaşlı Nora bigenderdir. 18 yaşındaykən məişət zorakılığı və sözlü təhqir səbəbilə evdən ayrılmaq məcburiyyətində qalıb. Tibb bacısı olmaq xəyalları ilə tibb məktəbinə gedib, ancaq LGBTİQ+ icmasına qarşı ayrı-seçkilik bunu qeyri-mümkün edib.

Evdən ayrıldıqdan dərhal sonra Nora ofisiant işləməyə başlayıb, amma işverənin dediyinə görə, “müştərilər homoseksual ofisiant istəmirlər” deyə, qısa müddətdə işdən qovulub. Sonda seks işçiliyinə başlayıb. O, partnyoru Feliks və onu olduğu kimi qəbul edən bir qrup dostunun yanında xoşbəxtlik tapıb.

“Ümid edirəm ki, bir gün elə mərhəmətli cəmiyyətdə yaşayacağam ki, orada kimsə qəbul edilmiş normadan fərqli olsa da, ona empatiya ilə yanaşılacaq”.
“Seks işi pul qazanmağın ən yaxşı yolu deyil. Daha yaxşı bir iş tapmaq şansım olsaydı, seks işini seçməzdim. Bir tibb bacısı kimi peşəmi bəyənirəm, amma cəmiyyətimizdə çox böyük bir paradoks var: insanlar seks işçilərini mühakimə edirlər, lakin pul qazanmaq üçün başqa imkan vermirlər. Biz yalnız əlimizdən gələnin ən yaxşısı ilə həyatda qalmağa çalışırıq”.
“Mən çox qorxaq uşaq olmuşam, çox danışmaqdan, ucadan danışmaqdan, hisslərim və ehtiyaclarım barədə ...
“Mən çox qorxaq uşaq olmuşam, çox danışmaqdan, ucadan danışmaqdan, hisslərim və ehtiyaclarım barədə danışmaqdan, ailədə və kənarda özümü müdafiə etməkdən qorxmuşam. Ancaq azadlıq xəyalım hər qorxudan daha güclü idi. Biz hamımız azadlıq arzusu ilə doğulmuşuq”.

35 yaşlı Mo kuir aseksualdır və iki il əvvəl valideynlərinin evini tərk edib. Gənclərin, xüsusən qadın kimi kodlanan insanların valideynləri ilə birlikdə yaşamaları gözlənilən ənənəvi bir cəmiyyətdə evdən ayrılmaq çox cəsarətli addımdır.

Mo heç vaxt gender kimliyini valideynlərinə açıqlamayıb, ancaq sosial platformalarda eynicinsli münasibətlər və kuir təcrübələri haqqında açıq danışır. Monun qardaşı və valideynləri onun çeşidli kimlikləri haqqında söhbətlərdən qaçırlar, baxmayaraq ki, Mo onların suallarına açıq cavab verməyə hazırdır.

“Etiraz olaraq uzun saçlarımı kəsdiyim zaman valideynlərim evdən ayrılmağıma icazə verdilər. Ənənəvi ...
“Etiraz olaraq uzun saçlarımı kəsdiyim zaman valideynlərim evdən ayrılmağıma icazə verdilər. Ənənəvi gözləntilərdən azad olandan sonra xoşbəxtliyimi yenidən əldə etdim”.
“Onlar üçün digər insanların fikirləri daha əhəmiyyətlidir, nəinki mənim rifahım. Hisslərimi ailəmlə bölüşmək baxımından heç vaxt özümü təhlükəsizlikdə hiss etməmişəm”.
Monun ailəsi onun lezbiyan olduğunu sadəcə ehtimal edir. Mo bildirir ki, onlarla adi söhbət etmək çox çətindir; ailəsinin öyrənməyə açıq olmamağı onun üçün ağrılıdır.
“Anam heç vaxt mənə baş çəkmir. Vaxt ötdükcə daha nadir hallarda zəngləşirik. İndi ora gedəndə paltarlarımı yuyuram və tezbazar çıxıram. Bir dəfə o, məndən xahiş etmişdi ki, evə qonaq gələcək, şort əvəzinə uzun bir şey geyinim ki, ayaq tüklərim görünməsin. Bəlkə, bu hadisənin də təsiri olub”.

29 yaşlı Elvira Vanadzorda yaşayır və özünü heç bir oriyentasiyaya aid etmir. “Müxtəlif dövrlərdə hetero, biseksual, panseksual və kuir olmuşam, amma indi oriyentasiyamı ifadə etmək istəmirəm”.

Ermənistanda ənənəvi cinsiyyət rollarından kənarda yaşamaq çətindir - xüsusilə paytaxtdan uzaq bölgələrdə ayrı-seçkilik, zorakılıq, stereotiplər mühiti hakimdir. Bununla belə, Elviranın bəxti gətirib ki, onun çox yaxın olduğu ailəsi var.

“Biz daş çatları arasından böyüməyə çalışan güllər kimiyik. Özünüzü ifadə etməyə və eşitdirməyə, müz ...
“Biz daş çatları arasından böyüməyə çalışan güllər kimiyik. Özünüzü ifadə etməyə və eşitdirməyə, müzakirə etməyə və araşdırmağa yer yoxdur. Bəzən özümü Robinzon Kruzo kimi hiss edirəm: ətrafda həyat var, amma sizin üçün vacib olanları ifadə edə bilmirsiniz, yaxud qorxursunuz”.
“Bəzən bu mübarizə ilham mənbəyi olur, bəzən də məyusluq gətirir. Sadəcə hiss edirəm ki, indi özümə ...
“Bəzən bu mübarizə ilham mənbəyi olur, bəzən də məyusluq gətirir. Sadəcə hiss edirəm ki, indi özümə daha çox güvənirəm və yükümü başqası ilə bölüşəndə bir anlıq da olsa, məmnun qalıram”.

23 yaşlı Marqo agenderdir. O, drag-queen [adətən əyləncə məqsədi ilə qadın paltarı geyinən şəxs] olaraq gündəlik həyatını istədiyi kimi yaşaya bilmir. 

Marqo kimliyinin çox vacib bir tərəfini qohumlarından gizlətməklə qapalı həyat tərzi yaşayır. Hansısa tanışı onu olduğu kimi görsə, Marqonu alçalda bilər. Anası və qardaşı Marqonun kişilərə hisslər bəslədiyini bilirlər, ancaq gender kimliyi barədə məlumatsızdırlar və onu dəstəkləmirlər.

“Ailəm məndən imtina edəcək və varlığımı inkar edəcək. Məni hamıdan əvvəl qəbul etməli və dəstəkləmə ...
“Ailəm məndən imtina edəcək və varlığımı inkar edəcək. Məni hamıdan əvvəl qəbul etməli və dəstəkləməli olan insanlarla - qohumlarımla aramızdakı sonsuz məsafəni qəbul etmək çox ağrılıdır”.
“Hamımız həyatda təkik. Bir-birimiz üçün edə biləcəyimiz yeganə şey yardım və dəstək göstərmək, təklik hissini azaltmaqdır”.
“Arzum ailəmin anlayışını qazanmaqdır. Axı ailənin əsl mənası şərtsiz sevgi və dəstək mənbəyi olmasındadır”.
Marqo yalnız dostlarının yanında həqiqətən özü ola bilir.

24 yaşlı Mxonun razılığı olmadan iki dəfə ailəsinə cinsi həyatıyla bağlı xəbər veriblər. İlk dəfə 16 yaşında olub. Qardaşı sosial mediadakı yazılarını oxuyub, onu döyüb və bayıra çıxmağı qadağan edib. İkinci dəfə isə 23 yaşında ikən bacısı onun cinsi həyatı barədə müzakirə apardığını eşidib və ailənin digər üzvlərinə deyib. Ailəsi hələ də onun qey olduğunu inkar edir; iddia edirlər ki, bu həqiqət deyil və ya dostlarının təsiri altındadır.

Mxo ofisiant işləyir; deyir ki, işdə hamı mehribandır və ona dəstək göstərir. Bu, həmişə belə olmayı ...
Mxo ofisiant işləyir; deyir ki, işdə hamı mehribandır və ona dəstək göstərir. Bu, həmişə belə olmayıb: cinsi oriyentasiyasına görə əvvəllər işlədiyi yerlərdə dəfələrlə gözümçıxdıya salınıb və ya işdən çıxarılıb.
“Mən gizlənmək məcburiyyətində qalmadığım bir yerdə işləməkdən məmnunam. Yalan, mühakimə və saxtakarlıq olmadan yaşamaq daha asandır. Oriyentasiya yalnız sevgi ilə əlaqədardır, gizlətməyə heç bir səbəbim yoxdur”.
“Evdə çox gərginlik var. Orada olmamaq daha yaxşıdır. Evdə olanda isə otağımdan çıxmıram. Öz evimdə özümü təhlükədə hiss edirəm, çünki atam həmişə dalaşmaq üçün bir səbəb tapır. Mənə bir qədər qayğı göstərən və dəstəkləyən şəxslər anam və nənəmdir ki, onlar da bu mövzuda susurlar; o ikisindən başqa ailənin sənin üçün əhəmiyyətsiz olduğunu qəbul etmək çətindir”.

23 yaşlı Luna lezbiyandır. Anası və digər qohumları ilə illərlə davam edən gərgin münasibətlərdən sonra - 17 yaşındaykən ailəsi onu evdən qovub. Bir nöqtədə anası onu psixoloqa müraciət etməyə məcbur edib.

Həkim ailəsinə deyib ki, Luna “müalicə olunmalıdır” və psixoloq onu “müalicə etməyə” çalışdığı üçün iki ay ərzində psixoloji təzyiqə məruz qalıb. Nəhayət, psixoloq onunla işləməkdən imtina edib.

Luna və anası 6 ildir danışmırdılar, amma qardaşının səyləri sayəsində bu yaxınlarda aralarında yenidən əlaqə yaranıb.

“Mən tənha və nifrət dolu hiss edirdim. Öz anam tərəfindən tərk edildiyimi başa düşmək dözülməz ağrı ...
“Mən tənha və nifrət dolu hiss edirdim. Öz anam tərəfindən tərk edildiyimi başa düşmək dözülməz ağrı gətirirdi. Bağışlamalı, sevməli və qəbul etməliyik, çünki oriyentasiyamızı seçmədiyimiz kimi, ailəmizi də seçmirik və bir ailə də uşağını seçmir”
“İndi anamın məni anladığını və ya qəbul etdiyini deyə bilmərəm. Mübahisələrin qarşısını almaq üçün ...
“İndi anamın məni anladığını və ya qəbul etdiyini deyə bilmərəm. Mübahisələrin qarşısını almaq üçün sadəcə bu mövzuya məhəl qoymuruq. Hazırda partnyorumla və pişiyimizlə yaşayıram. Mən olduğum şəkildə özümlə harmoniya içindəyəm”.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin