Dəhlizdə

24 min.

Rejissor: Amil Amal

Dəhlizdə

30.09.21

Aktyor Rauf Şahsuvarov ikili həyat yaşayır: reallıq və zehnində yaratdığı dünya. Hazırda teatrdan uzaq olan aktyor pul qazanmaq üçün tikintidə işləyir, baxmayaraq ki, ADR dövründə Maarif və Dini Etiqad Naziri işləmiş babası Nurməmməd Şahsuvarov kimi böyük işlər görmək arzusundadır.

Raufun arzusu doğulduğu Laçın şəhərinə qayıtmaq və orada bir teatr qurmaqdır. Ancaq hələ ki, bu, mümkün deyil: keçən il Azərbaycan I Qarabağ Müharibəsində itirdiyi ərazilərin böyük hissəsini geri alsa da, Laçın şəhərinə gedən yollar hələ ki, bağlıdır. Çünki şəhər Laçın dəhlizinin üzərində yerləşir və 5 illik müqaviləyə əsasən, Laçın şəhəri rus sülhməramlılarının nəzarəti altındadır.