Givi

8 min.

Rejissor: Gulər Abbasova

Givi

21.01.21

Dünyanın bir çox yerində albino insanlar bütün həyatları boyunca tez-tez ayrı-seçkiliklə qarşılaşırlar. Onlara “ağbaş”, “ağ adam” damğası vurulur və ətrafdakılar onlara “özlərindən olmayan biri” kimi yanaşır. Azərbaycanda albinolar özlərini cəmiyyətdən gizlətməyə və təcrid etməyə üstünlük verirlər. Onlar nadir hallarda sosiallaşmaqda maraqlıdırlar.

Doğulduğu gündən anası tərəfindən istənməyən Givi də dərisinin rənginə görə çətinliklərlə üzləşib. Ancaq o, özünü cəmiyyətdə təsdiq etmək, başqalarından fərqlənmədiyini göstərmək, cəmiyyətin bir parçası olduğunu sübut etmək istəyirdi. Givi hesab edir ki, o, özü kimi özgələşdirilən insanlar üçün körpü ola bilib.

Bu film Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Filmdə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.