Nəvələr üçün hekayələr

16 min.

Müəlli̇f: Fatimə Kərimova

Nəvələr üçün hekayələr

18.08.22

“Nəvələr üçün hekayələr” filmində gənc jurnalist Fatimə Kərimova Avropaya gedən yolda həyat yoldaşı ilə birlikdə mühacirətdə keçirdiyi illərini əks etdirir. O, mobil telefondan istifadə edərək, bəzən darıxdırıcı, bəzən çətin, bununla belə, ümid ilə dolu reallığı sənədləşdirir. Onun üçün üç fərqli ölkəyə köçmək könüllü seçim deyil, öhdəlik idi. “Nəvələrimiz üçün daha bir hekayə”  - Fatimə yeni həyat yolunda keçdikləri çətinlikləri bu cür xatırlamağa üstünlük verir.


Rejissor qeydi:

“Mikroskop Media” təzə yarananda, hələ cəmi 2 nəfərin zəhməti hesabına fəaliyyət göstərəndə bir çox insan elə bilirdi ki, ən azı 5 nəfərlik redaksiya mövcuddur. Amma bu işin pərdəarxasında mühacir həyatı, qaçqın düşərgəsi, deportasiya, ev axtarışları, uyğunlaşma cəhdləri, iş yeri yaratmağa çalışmaq və s. çətinliklər var idi. İndi ilk dəfə öz istəyimizlə, daha hazırlıqlı olaraq başqa ölkəyə köçürük. Yenə də oxşar çətinlikləri yaşayırıq və işimizlə paralel bir çox məsələnin öhdəsindən gəlməyə çalışırıq. Bütün bunlara baxmayaraq, biz ilk günlərdəki həvəslə “Mikroskop Media”nı inkişaf etdirməyə davam edirik.



Bu film Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Filmdə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.