Müharibə Zamanı Sülhdən Danışmaq
ianə verin
Digər video
Azərbaycandan olan gənc, yaradıcı insanlar pandemiyadan sonra daha yaxşı iş və təhlükəsiz mühit üçün Tbilisiyə köçürlər.
Tbilisidə azərbaycanlı incəsənət icması
Azərbaycanın bir çox ucqar kəndlərində, Tovuzun Şamlıq kəndində olduğu kimi, ailələr yoxsul həyat şəraitindən xilas olmaq üçün evlərini tərk etmək məcburiyyətində qalır.
Yoxsulluqdan qaçış
54 yaşlı Əfqan Məhərrəmov 20 ilə yaxındır Bakının mərkəzi küçələrində taksi sürür. O, ailəsinin yeganə gəlir mənbəyidir. Ancaq bir çox klassik taksi sürücüsü kimi, o da yeni texnologiyadan – mobil tətbiqlərdən yararlanan şirkətlərlə rəqabətə girə bilmir. Məhərrəmov deyir ki, əmək bazarında ənənəvi taksi fəaliyyəti getdikcə yoxa çıxır, onun kimi sürücülər dolanışığını təmin etməkdə çətinlik çəkir. Bakıda işləyən minə yaxın sürücü 2020-ci ilin yayından bəri taksi şirkətlərini boykot edir. Onlar hüquqlarını qorumaq üçün Taksi Sürücülərinin İctimai Birliyini də təsis ediblər. Bununla belə, bir çox insan, o cümlədən gənc sahibkar Rəhim Xoyski texnologiyanın gələcəyinə inanır. Bir müddət mobil tətbiqlərə qoşulub taksi sürücüsü kimi işləmiş Rəhim özü hazırda sürücülər və sərnişinlər üçün yeni bir mobil tətbiq hazırlamaqdadır. ______________________________________________________________________________________________ Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir. ______________________________________________________________________________________________
Mobil tətbiqlər, yoxsa ənənəvi taksi sifarişi?
Oğlan övlad istəyən ailənin dördüncü qızına Qızbəs adı verilib, qıza “bəs” demək üçün. Lakin Qızbəs qoymayıb ki, adı onun taleyini müəyyən etsin. O, bu gün Lənkəranda yerli musiqini qorumaq üçün istedad, cəsarət və əzm göstərən qadınlardan ibarət folklor ansamblına rəhbərlik edir. Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.
Musiqidən güc alan “Nənələr”
Digər Qısa sənədli film
Daha rahat həyat arzusuyla Kanada vizasına müraciət edən ailə rədd cavabı aldıqdan sonra Bakıda ev almaq qərarına gəlir. Lakin bu, məhdud gəlirli vətəndaşlar üçün olduqca çətin məsələdir.
Ev axtarılır
Posttravmatik stress pozuntusundan əziyyət çəkən üç müharibə veteranı mülki həyata qayıtmaq üçün apardıqları mübarizəni müzakirə edir.
İki od arasında
20 ilə yaxındır ki, Abşeron sakinləri dənizə çıxış hüququndan məhrum ediliblər: qanunsuz tikilmiş hasarlar, villalar, müxtəlif obyektlər uzun illər çimərliklərə gedən yolu zəbt edib, beləcə, yerli əhalinin dəniz sahillərindən azad şəkildə istifadəsinin qarşısını alıb. Lakin 2022-ci ildə Buzovna qəsəbə sakinləri bu gedişatla razılaşmayıb, dəniz sahillərinə yenidən qovuşmaq üçün fəaliyyətə başladılar. Onların əldə etdiyi nadir qələbə Abşeronda digər sahil kənd və qəsəbələri üçün ümid yerinə çevrildi.
Hasarların arxasında
Eldar doğulub boya-başa çatdığı Tbilisinin göbəyindəki evini binanın uçma riskinə baxmayaraq tərk etməməkdə qərarlıdır. O, daim dəyişən dünya və yeni reallıqların həyatına təsiri ilə barışa bilmir.