Özümlə səkkiz həftə

Müəlli̇f: Tural Hacı

Özümlə səkkiz həftə

27.05.20

“Şəxsən mənə [karantin] çox rahatlıq gətirdi, uzun müddətdən bəri sanki ilk dəfə nəfəs ala bildim. İndi yaradıcı olmağa vaxtım var - “dəlixana” bir zamanda buna vaxt ayıra bilmirdim. İllərdir yaza bilmədiyim bir ssenari üzərində işləməyə başlamışam” - deyə, pandemiyaya görə sərhədlər bağlananda Hollandiyada qalmış rejissor Leyli Qafarova özünütəcrid təcrübəsi barədə danışır.

Dünyada bir çox sənaye sahələri kimi, videoqrafiya və fotoqrafiya da COVID-19 pandemiyasından təsirlənib. İş sahəsi vizual yaradıcılıq olan insanlar bu mürəkkəb dövrdə kreativ olmağın yollarını axtarır: izolyasiya fayda gətirir, yoxsa yaradıcılığa mane olur? 

Rejissor Tural Hacı bu mövzunu Skype vasitəsilə çəkdiyi “Özümlə səkkiz həftə” adlı sənədli filmində işıqlandırır.